Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4725/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gəncə X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Azərbaycan küçəsi 6-cı döngə, 2A saylı evə onun adına əsassız yazılmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun mülkiyyətindədir. 2023-cü ilin noyabr ayında illik qaz sərfiyyatını ötdüklərindən qaz pulunun dəyərini artıq ödəmişlər. Həmin vaxt oğlu ondan xəbərsiz qaz xəttinə müdaxilə etmiş, qaz sayğacına gələn qaz borusunu rezin boru ilə evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilmiş, abonentin sayğacın giriş xəttini sökərək rezin boru vasitəsilə sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış (4 x 12 x 360 =17280 m3) məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Lakin onun tərəfindən dəymiş ziyan hesablanarkən noyabr ayında ikiqat dəyəri ilə qaz sərfinə pul ödədiyi nəzərə alınmamışdır. Həmin ay və ondan əvvəlki aylar üçün üçün cərimənin hesablanması doğru deyil. Onun qaz sayğacı yaşayış sahəsinin içərisində yerləşməmişdir. Deməli, sayğacına ən geci 3 aydan bir baxış keçirilməli idi. Bu isə təsdiq edir ki, qaz sərfiyyatı hesablanarkən heç bir halda 12 ay müddət götürülməli deyil. Sonradan onların ünvanına 2073,60 manat borc hesablanmışdır. Onun tərəfindən bu həcmdə ziyan vurulmamışdır. Qeyd edilən ziyan şişirdilərək qeyd edilmişdir. Dəymiş ziyan hesablanarkən 12 ay nəzərə alınmamalı, yalnız dekar və yanvar ayları nəzərə alınmalı idi. Bu zaman dekabr ayı bütöv, yanvar ayı üçün isə yalnız 22 gün nəzərə alınmalı idi. Üstəlik, il dəyişdiyindən yanvar ayı üçün aşağı qiymətlə hesablanmalı idi. Odur ki, məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun olan izahat verərək, qaz sayğacına onlar tərəfindən müdaxilə edildiyini, lakin onlara hesablanmış borcun məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə araşdırmaları zamanı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi qaz sayğacına müdaxilə faktının qeydə alındığı videogörüntüləri məhkəməyə təqdim etmiş, İddiaçı həmin videogörüntülərin onlara məxsus olan həyətyanı sahədə çəkildiyini etiraf etmişdir. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə XS-nin TQQ və SXnin əməkdaşları tərəfindən ünvan 2 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman abonentin sayğacın giriş xəttini sökərək rezin boru vasitəsilə sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. Bu hal video çəkilişlə qeydə alınmışdır. Bu səbəbdən itirilmiş təbii qazın bərpası məqsədilə akt tərtib edilərək abonent hesabına 17280 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, rezin boru ilə sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. İstehlakçının nümayəndəsi kimi Jəbi Məmmədovun adı qeyd edilmiş və nümayəndənin həmin aktda imza etməkdən imtina etdiyi qeyd edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyətində olan 0.0387 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi, qeyri-qanuni qaz xəttinin isə ləğv edilməsi tələb olunmuş, dəymiş ziyanın həcmi 17280 m3 qeyd olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayı üçün abonent İddiaçı 17280 m3 qaz sərfinə görə 2073.60 manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh nümayəndələri ünvan 1 ünvanında sayğacdan kənar xətt aşkarlamışlar. Məhkəmədə iştirak edən İddiaçı həmin videogörüntülərin onlara məxsus olan həyətyanı sahədə çəkildiyini etiraf etmişdir. Məhkəmə aparılan araşdırmaların nəticəsi olaraq belə qərara gəlir ki, irəli sürülən iddia əsassızdır və ona görə də təmin oluna bilməz. Belə ki, işin məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunan halları ondan ibarətdir ki, iddiacının yaşadığı ünvan 1 ünvanında Cavabdeh nümayəndələri tərəfindən 26 noyabr 2024-cü il tarixdə sayğacdan kənar qaz xətti aşkarlanmışdır. Məhkəmə hesab edir ki, bu fakta görə Cavabdeh tərəfindən hesablanmış borc da qanunauyğun hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndi ilə nəzərdə\ tutlmuşdur ki, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İş materiallarından müəyyən olunur ki, iddiaçının evində quraşdırılmış qaz sayğacı G-4 tipli qaz sayğacıdır, həmin sayğacın nominal qaz sərfi saatda 4 kubmetrdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən də müəyyən edilir ki, həmin sayğacın nominal qaz sərfi olan saatda 4 kubmetr günün 12 saatına və ilin 360 gününə vurulmaqla, dəymiş ziyanın həcmi 17280 m3 müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddia əsassız sayılmalı və təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4725/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4725/2024
01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver