Məhkəmə qərarları › İş №2(125)-4725/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4725/2025

25.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4725/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, İddiaçılar İddiaçı1 Abzər qızı, İddiaçı2, İddiaçı3, X2 cavabdehlər X1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və miras mülkün vərəsələr arasında bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçılar İddiaçı1 Abzər qızı, İddiaçı2, İddiaçı3, X4 cavabdehlər X1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və miras mülkün vərəsələr arasında bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onları iddiaçı qismində cəlb edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2V-45 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkə dair Çıxarışın ləğv olunması, ünvan 1 ünvanında yerləşən miras mülkün vərəsələr arasında bölgüsünün aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılardan İddiaçı1 Abzər qızı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının xahişinə əsasən qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara аldım: İddiaçılar İddiaçı1 Abzər qızı, İddiaçı2, İddiaçı3, X2 cavabdehlər X1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və miras mülkün vərəsələr arasında bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar