Məhkəmə qərarları › İş №2(125)-4810/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4810/2024

26.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4810/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “yararsız qaz sayğacının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “yararsız qaz sayğacının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər qaz idarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız olan qaz sayğacının ünvanından götürülərək, 2009-cu il tarixdən 05 may 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını qanunsuz və əsassız formada ünvanından götürdükləri, istifadəyə tam yararlı smart kart tipli qaz sayğacının bərpa edilməsinə və yaxud istifadəyə tam yararlı digər smart kart tipli qaz sayğacının ünvanına quraşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “yararsız qaz sayğacının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar