Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4839/2025 06.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X47 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 Gəncə Şəhər Sukanal İdarəsi”nin etibarnamə üzrə nümayəndəsi X25 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 Gəncə Şəhər Sukanal İdarəsi”nə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 Gəncə Şəhər Sukanal İdarəsi”nə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvana yazılmış 1258,32 (bir min iki yüz əlli səkkiz manat otuz iki qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə göndərərək, cavabdeh idarə tərəfindən Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında yerləşən evə yazılmış 1258,32 (bir min iki yüz əlli səkkiz manat otuz iki qəpik) manat borcun ödənilməyən hissəsinin silinməsinə və ödənilən hissənin gələcəkdə yaranacaq borcla əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin mahiyyəti: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ev mərhum atası X14 mülkiyyətindədir. Atası 2*11-ci ildə vəfat etmişdir. Atası anasının ölümündən sonra mülkdə tək yaşamışdır. Mülkdə X1, onun övladı X18 və X5 qeydiyyatda olsa da, orada yaşamamışlar. X1 öz ailəsi ilə o cümlədən oğlu X18 ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Onlar 2***9356 saylı sayğac üzrə su pulu ödəyirlər. Qardaşı X2 rayonunun Goran qəsəbəsində yaşayır. Həmin evdə 2*11-ci ildən heç kəs yaşamasa da, onlara 1258,32 manat həcmində borc yazılmışdır. O, 2*25-ci ilin fevral ayında həmin evdə təmir işləri aparmağa başlamışdır. Həmin vaxtdan suyun verilməsinin dayandırılmaması üçün məcburi qaydada su pulu ödəmişdir. Cavabdehlə onun arasında olan münasibətlər istehlak hüququndan irəli gəlir. O, istehlak etmədiyi pulu ödəməli deyildir. Həmin ünvanda su istehlak edilmədiyi halda ünvana su borcunun yazılması doğru deyildir. Həmin ünvanda 7 ay ərzində su sayğacı 31 kubmetr su sərfini qeyd etmişdir. Bu illər ərzində bu qədər çox borcun yazılması doğru deyildir. Üstəlik, atası 2*11-ci ildə öldüyü halda borc onun adına yazılmışdır. Bu isə təsdiq edir ki, heç zaman həmin ünvandan su pulu tələb edilməmiş, evdə heç kəsin yaşamaması cavabdeh orqana məlum olmuşdur. 459-3 inventar nömrəli Texniki pasportdan və eyni nömrəli cizgi plandan görünür ki, Gəncə şəhəri, Proletar küçəsi, ev 1* (indiki Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16) ünvanında yerləşən ev atası X19 məxsusdur. *1.*7.2*11-ci il tarixli, AZ-İ, 474*78 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, atası X29 29.*6.2*11-ci il tarixində rəhmətə getmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *1.*7.2*11-ci il tarixində 12 nömrə ilə qeyd edilmişdir. Atasının ölümündən sonra evdə yaşayış olmamışdır. Atasının ölümündən sonra evdə yaşayış olmamasına baxmayaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44nin tarixi qeyd olunmayan 573154 saylı xəbərdarlıq məktubundan görünür ki, 15.*2.2*25-ci il tarixinə sudan istifadə edilməsinə və kanalizasiya xidmətlərinə (çirkab suyun axıdılmasına) görə 1258.32 manat ödənilməmiş borc hesablanmışdır. Sağlamlıq imkanlarının məhdudluğuna dair 12.*7.2*21-ci il tarixli, *278**3AAJ52 forma 88 arayışından görünür ki, xəstəliyi ilə əlaqədar o, ikinci dərəcəli əlildir və sağlamlıq imkanları məhduddur. Baxmayaraq xəbərdarlıq məktubu ona təqdim olunandan sonra ayda 3*-5* manat civarında ödənişlə borcu hissə-hissə ödəməyə başlamışdır. Dekabr 2*24-cü il tarixindən sayğac quraşdırılmışdır. Bu ilin fevral-mart aylarından da evdə təmir işlərinə başlamışlar ki, təmir elətdirib köçüb yaşasınlar. Nəzarətçi təmir işlərini görən kimi suyun verilişini dayandırıb səlahiyyətlərindən sui-istifadə edib onu müqavilə bağlamağa və yazılan borcun məbləğini min manatdan aşağı salmağa məcbur etmişlər. Cavabdeh idarənin onların təmir işlərinə başladıqları həmən anda görə bildiyi halda uzun illər evdə yaşayışın olmadığını görə bilməməsi tamamilə absurddur. İddia qaldırmaqlarına səbəb də cavabdehin belə xoşagəlməz hərəkətləri olmuşdur. Bütün hərəkətləri və xəbərdarlıq məktublarının sonuncu abzası da bu halı sübut edir. Qaydaların 7.4-cü bəndinə əsasən evdə qeydiyyatda olanların sayına görə, habelə onların şifahi sorğularına verdikləri cavabda evdə qeydiyyatda olanlara görə borcun yazıldığını desələr də onların *6.*8.2*25ci il tarixli sorğusuna yazdıqları 22.*8.2*25-ci il tarixli, 3-53-3-16/2-728/2*25 saylı cavablarında evlər üçlüyünün təqdim etdiyi nəfər say tərkibinə uyğun 3 nəfər olmaqla aparıldığı yazılmışdır. Cavabdehin kimlərin adına borcun yazıldığını gizlətməsi və onun iddia tələbinə guya subyektiv hüququnun olmadığını ortaya atmasını da borcun əsassız və əsassız olduğunu bildikləri halda yazdıqlarını sübut edir. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 25.*7.2*25-ci il tarixli, ******* saylı arayışından görünür ki, evdə qeydiyyatda olanlar X3, X7 Müseyib Tapdıq oğlu və X5dur. *2.*2.1991-ci il tarixli, V-ЖО № 294894 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, bacısı Sədaqət Tağıyeva *2.*2.1991-ci il tarixində X22 adlı şəxslə ailə qurub evdən köçmüşdür. 21.*2.1992-ci il tarixli, XVİ-JQ № 386851 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, evdə qeydiyyatda olan 2-ci şəxs X18 15.*2.1992-ci il tarixində doğulmuşdur. X6, anası X12r. Gəncə şəhəri İHB-nin Cavadxan OİƏD üzrə Nümayəndəliyinin 21.*7.2*25-ci il tarixli 39* saylı arayışından görünür ki, evdə qeydiyyatda olan X3 və onun oğlu X4 şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayırlar. Şəkil-1-də görünən ev onların yaşadığı Cavadxan qəsəbəsində yerləşən evdir. Darvazadan görünür ki, yeni tikilən ev deyildir. Darvazadakı işiğa aid sayğac da 2**6-2**7-ci illərdən quraşdırılan sayğacdır. Cavabdeh idarənin su sərfi və su borcu ilə əlaqədar təqdim etdiyi Cəfərov Tapdığın adına olan Gəncə şəhəri, Avtozavod yeni məhəllə 1, ev 52* A ünvanında yerləşən evə dair qəbz bacısı Sədaqət Tağıyevanın və oğlu Müseyib Cəfərovun yaşadıqları Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə dair qəbzdir. Qəbzdən görünür ki, evdə quraşdırılan sayğacın nömrəsi 2***9356, plomb nömrəsi E*14712-dir. X3 və onun oğlu X18 atalarına məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olmalarına baxmayaraq Gəncə şəhəri, Cavadxan qəsəbəsində (Gəncə şəhəri, Avtozavod, yeni məhəllə 1, ev 52* A) yerləşən evdə 1992-ci ildən yaşayır və həmin evdə sərf etdikləri suyun haqqını da ödəyirlər. Həmin ünvan (ev) üzrə abonent X22 atalarına məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olan X3nın həyat yoldaşıdır (əridir), X11 da atasıdır. O evin qeydiyyatı olmadığına görə həmin evə qeydiyyata düşə bilmirlər. Cavabdeh idarə eyni adamların adına hər iki evdən (ünvandan) su sərfi hesablamışdır. Bu səbəbə görə də onların sorğularına yazdıqları yuxarıda qeyd olunan cavablarında Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evə hesablanan su sərfini kimlərin adına hesabladığını yazmamış, gizlədib əsassız olaraq evlər üçlüyünün təqdim etdikləri 3 nəfərə dair arayış əsasında hesablandığını yazmışlar. Eyni hal evdə qeydiyyatda olan X5na da aiddir. Belə ki, o, Goranboy Rayon İHB-nin Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22.*7.2*25-ci il tarixli, 184 saylı arayışından görünür ki, atası X19 məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olmasına baxmayaraq qeydiyyatsız olaraq Goranboy rayonu, Boluslu ərazisində yerləşən Goran qəsəbəsində yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı *289533 nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi də atası X19 məxsusdur. Atasının ölümündən sonra İslam Tağıyev həmin evə köçüb atasının öldüyü 2*11-ci il tarixindən hal-hazıradək də həmin evdə yaşayır və atasının iş yerində də işləyir. Məhkəmə bu barədə də sorğu verib, məlumat əldə edib araşdıra bilər. Hazırlıq iclasında cavabdehin nümayəndəsi evə sayğacın 2*25-ci ilin fevral ayında quraşdırıldığını desə də sayğac 2*24cü ilin dekabr ayında quraşdırılıb. 7 ay ərzində sayğac su sərfini 31 m3 qeyd edib. Bu da 3 nəfərin 2 ay ərzində sərf etdiyi sudur. Bu da evdə aparılan təmir işlərinin nəticəsində baş verən sərfiyyat olduğunu nəzərə alınsa evdə yaşayış olmadığı sübut olunur. Odur ki, evdə qeyd olunan borcun hesablanması həqiqəti əks etdirmir. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında atası vəfat etdiyi vaxtdan yaşayış olmamışdır. Qeydiyyatda olan qardaşı X45 qəsəbəsində, bacısı Sədaqət və onun oğlu isə Gəncə şəhərində Avtozavod qəsəbəsində yaşayırlar. Həmin ev atasına məxsus olmaqla atası isə 2*11-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edəndən sonra faktiki olaraq həmin miras əmlakı idarə etməklə qəbul etmişdir. Hesab edir ki, həmin ünvanda uzun illər heç kim yaşamadığı üçün sudan istifadə ilə bağlı cavabdehin yazmış olduğu borc əsassız sayılmaqla silinməlidir. Hazırda o, ağır şəkər xəstəsidir və aylıq qazancının böyük hissəsi onun dərmanlarının alınmasına sərf olunur. Qeyd edilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 Gəncə Şəhər Sukanal İdarəsi”nin etibarnamə üzrə nümayəndəsi X34 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının ünvan 6 ünvanda sudan istifadə edilmiş ona uyğun olaraq da borc yazılmışdır. Həmçinin ödənişlər də edilmişdir. Bundan başqa sayğac qoyulmazdan əvvəl suyun hesabatı nəfər say tərkibinə uyğun olaraq 3 nəfər olmaqla aparılmışdır. Eyni zamanda 2*11-ci ildən bəri ünvanda sudan istifadə həyata keçirilməklə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Əgər ünvanda yaşayış yox idisə bu zaman bu barədə su kanal idarəsinə ünvanda qeydiyyatda olan şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 7.4-cü bəndinə müvafiq olaraq məlumat verilməli idi. Lakin bu edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının qeyd etdikləri əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - 459-3 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Gəncə şəhəri, Proletar küçəsi, ev 1* (Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16) ünvanı X19 məxsusdur. - AZ-İ seriyalı, 474*78 nömrəli, *1 iyul 2*11-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 29 iyun 2*11-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *1 iyul 2*11-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemi, ürək çatmamazlığıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, 2*1*11***229-*51*1-*93**6 reyestr nömrəli Gəncə şəhəri, Məhrəsə bağı, bina 11, mənzil 7 X13 məxsusdur. - RX seriyalı, 15*36*7 nömrəli, 2*1*11***229-*51*1-*93**6 reyestr nömrəli, 1519**4552 qeydiyyat nömrəli, 11 mart 2*19-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ümumi sahəsi 36 kvadratmetr olan ünvan 8 ünvanında yerləşən mənzil X11 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi X19 məxsusdur. - RX seriyalı, *289533 nömrəli, 5*9*12***591-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi X14 mülkiyyətindədir. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X44 tərəfindən Rüstəm Tağıyevə ünvanlanmış 15 fevral 2*25-ci il tarixli, 573154 nömrəli məktubda 1258,32 manat borcun 3 iş günü müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - AZ seriyalı, *19*21 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Atası – X29, anası – X26r. - Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2*25-ci il tarixli, 184 nömrəli arayışdan görünür ki, X8 şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında qeydiyyatda olmasına baxmayaraq qeydiyyatsız olaraq Boluslu ərazisində olan Goran qəsəbəsində yaşayır. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 39* nömrəli arayışdan görünür ki, X15 həqiqətən Gəncə şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayır və ailə tərkibi 15.*2.1992-ci il təvəllüdlü oğlu X9 ibarətdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 25 iyul 2*25-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X18, X15 və X8 şəhəri, Ə.Quliyev küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. - Azərbaycan Dövlət Su Ehtiyatları və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X49 Gəncə Şəhər Sukanal İdarəsinin 22 avqust 2*25-ci il tarixli, 3-53-3-16/2-728/2*25 nömrəli məktubunda İddiaçı Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanının su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə mərhum mülkiyyətçi Rüstəm Tağıyev ilə STKM arasında 2**5-ci ildə müqavilə bağlandığını, 1*.*2.2*25-ci il tarixdə ünvanın su xətt üzərinə 23192694 saylı su sayğacının quraşdırıldığı, sayğac quraşdırılan dövrə kimi ünvanın hesabatının evlər üçlüyündən təqdim olunmuş nəfər say tərkibinə uyğun olaraq 3 nəfər olmaqla aparıldığı, *8.*4.2*11-ci il tarixdə ölkə başçısının fərmanı ilə ünvanın 88 manat 48 qəpik borcunun silindiyi, bundan əlavə isə ümumilikdə ünvana kod açılan tarixdən indiki dövrə kimi 43* manat 52 qəpik ödəniş olunduğu, hal-hazırda abonent bazasında ünvanın 99* manat 32 qəpik borcunun mövcud olduğu və bu borcun 28 manatının sayğacın göstəricisinin 31 m3 olmaqla hesablandığı və qalan qisminin isə ailə tərkibinə uyğun olaraq hesablandığı qeyd edilmişdir. - Abonent saldosundan görünür ki, (abonent kodu: 8*425*16*****) Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanına yazılan yekun borc 99*,32 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanı mərhum X19 məxsus olmaqla, iddiaçı onun oğludur. Tərəflər - İddiaçı Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanına cavabdeh orqanın əməkdaşları tərəfindən yazılan 1258,32 manat su borcunu mübahisələndirmiş və hesab etmişdir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi” həmin ünvana su borcu yazaraq qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı bununla razılaşmayaraq məhkəmədə həmin borcun silinməsi haqqında iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasinin Qanununun: 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. 3*-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Prosessual Məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, sudan istifadə edilməsi ilə bağlı ünvan 11 ünvan iddiaçının atasından miras qalmışdır. Atasının ölümündən sonra iddiaçı həmin ünvanı faktiki idarə etməklə miras əmlakı qəbul etmişdir. Belə olan halda onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Digər tərəfdən iddiaçı cavabdeh tərəfindən ona yazılmış 1258,32 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanına yazılan su borcu 99*,32 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 7.4-cü bəndinə əsasən həmin ünvanda sayğac quraşdıralanadək iddiaçının qardaşı, bacısı və bacısının oğlu qeydiyyatda olduğu üçün 99*,32 manat məbləğində borc yazılsa da iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2*25-ci il tarixli, 184 nömrəli arayışda iddiaçının X5nun Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında qeydiyyatda olmasına baxmayaraq qeydiyyatsız olaraq Goranboy rayonu, Goran qəsəbəsində yaşadığı qeyd edilmişdir. Bu səbəbdən məhkəmə X16 həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq orada yaşamamasını əsaslı hesab edir. Lakin Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında digər qeydiyyatda olan Sədaqət Tağıyeva və Müseyib Cəfərovun isə həmin ünvanda yaşamamaqla yanaşı sudan istifadə etməmələrini məhkəmə inandırıcı hesab etmir. Belə ki, ilk öncə Sədaqət Tağıyeva və X33 şəhərində yaşaması iddiaçının təqdim etdiyi sübutlara əsasən də öz təsdiqini tapır. Digər tərəfdən abonent kartına nəzər saldıqda müəyyən olunur ki, Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında sudan istifadə ilə bağlı 1*.*1.2*11-ci ildə, *8 aprel 2*11-ci ildə, 12 avqust 2*11-ci ildə, 3* may 2*12-ci ildə, *2 iyul 2*12-ci ildə, 31 avqust 2*12ci ildə 22 fevral 2*13-cü ildə 16 sentyabr 2*13-cü ildə, *4 noyabr 2*13-cü ildə, 25 noyabr 2*13-cü ildə, 23 dekabr 2*13-cü ildə, *7 fevral 2*14-cü ildə, 18 mart 2*14-cü ildə, *8 may 2*14-cü ildə, 1* iyun 2*14-cü ildə, *1 iyul 2*14-cü ildə, 24 iyul 2*14-cü ildə, 19 avqust 2*14cü ildə, 16 sentyabr 2*14-cü ildə, 17 noyabr 2*14-cü ildə, 27 iyul 2*15-ci ildə, 14 dekabr 2*15-ci ildə, 11 iyul 2*16-cı ildə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, 2*11-ci ildən hal hazıra kimi Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında ümumiyyətlə yaşayışın olmaması və sudan istifadə edilməməsi barədə iddiaçının gətirdiyi dəlillər əsassızdır. Bunlarla yanaşı həmçinin qeyd olunmalıdır ki, 14.*4.2*25-ci il tarixdən 14.*5.2*25-ci il tarixə qədər 8,1* manat, 14.*5.2*25-ci il tarixdən 13.*6.2*25-ci il tarixə qədər 5,4* manat, 16.*6.2*25-ci il tarixdən 16.*7.2*25-ci il tarixədək 7,2* manat və 17.*7.2*25-ci il tarixdən 16.*8.2*25-ci il tarixədək 6,3* manat olmaqla cəmi 27 manat məbləğində borc sayğac tərəfindən qeydə alınmışdır. Belə olan halda sayğacın qeyd etdiyi borc, qalıq borcdan çıxıldıqda (99*,32-27) 3 nəfərə görə qalıq borc 963.32 manat təşkil edir. Odur ki, Gəncə şəhəri, Əli Quliyev küçəsi, 16 nömrəli evdə qeydiyyatda olan Sədaqət Tağıyeva və Müseyib Cəfərova münasibətdə borc saxlanmalı və İslam Tağıyevə münasibətdə isə 963,32 manat borcun (963,32:3=321,1*) 321,1* manat hissəsi silinməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 ünvan 13 ünvanına (abonent kodu: 8*425*16*****) su borcuna görə hesablanmış 963,32 (doqquz yüz altmış üç manat otuz iki qəpik) manat borcun 321,1* (üç yüz iyirmi bir manat on qəpik) manat hissəsi silinməlidir. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X44 ünvan 13 ünvanına (abonent kodu: 8*425*16*****) su borcuna görə hesablanmış borcun 321,1* (üç yüz iyirmi bir manat on qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4839/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4839/2025
06.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver