Məhkəmə qərarları › İş №2(125)-4977/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4977/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4977/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə "xxxx" ASC Gəncə şəhər Su İdarəsi tərəfindən artıq hesablanmış 663 manat 31 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və bildirmişdir ki, 12 sentyabr 2*24-cü il tarixli 3-53-3-16/2-157/2*24 nömrəli Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə Şəhər Sukanal İdarəsindən ünvanına həmin idarəyə 354 (üç yüz əlli dörd) manat məbləğində pul borcunun olması barədə məktub daxil olmuşdur. Odur ki, Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən onun adına hesablanmış 354 (üç yüz əlli dörd) manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. 2*19-cu ildən işləri ilə əlaqədar Rusiya Federsiyasında yaşamışdır. 2*24-cü ilin iyun ayında Rusiya Federasiyasından Gəncə şəhərinə gəlmişdir. Evə gəldikdə evin elektrik enerjisi, qaz və su təhcizatı ilə təmin edilməsi üçün addımlar atmışdır. Elektrik enerjisi və qaz sayğaclarına hesab kodu üzrə ödəniş etmiş, bundan sonra ev elektrik enerjisi və qaz təhcizatı ilə təmin edilmişdir. Su üçün sayğac olmadığından su ərazi üzrə verilən zaman su nasosundan istifadə edərək su çənini doldurub istifadə etməyə başlamışdır. Lakin bir müddət evində yaşadıqdan sonra su idarəsinin əməkdaşları yaşadığı evə gələrək işlətdiyi su üçün borcunun yığıldığını və tez bir zamanda borcu ödəməyini bildirmişlər. Bu məsələ ilə bağlı Gəncə şəhər Su İdarəsinə gedib borcu ilə maraqlanmışdır. Oradan ona Abonent kartı verərək “Burda hər şey yazılıbdır” dedilər. Beləliklə, guya onun işlətdiyi suya görə 2*16-cı il üzrə 63 manat 46 qəpik, 2*17-ci il üzrə 45 manat 46 qəpik, 2*18-ci il üzrə 65 manat 35 qəpik, 2*19-cu il üzrə 52 manat 65 qəpik, 2*2*-ci il üzrə 54 manat 45 qəpik, 2*21-ci il üzrə 1*2 manat 15 qəpik, 2*22-ci il üzrə 1*8 manat, 2*23-cü il üzrə 1*8 manat 9 qəpik, 2*24-cü il üzrə 63 manat 9 qəpik borcunun yığıldığını bildirmişlər. Eyni zamanda onun tərəfindən ödənişlər edilmişdir. 24.*8.2*18-ci il tarixdə 13 manat 5* qəpik, 21.*9.2*21-ci il tarixdə 5 manat, 24.*5.2*19-cu il tarixdə 173 manat, 27.*7.2*19-cu il tarixdə 14 manat 16 qəpik,16.*8.2*19-cu il tarixdə 2 manat 7* qəpik, 25.12.2*2*-ci il tarixdə 1** manat, 18.*7.2*24-cü il tarixdə 1* manat, ümumilikdə 318 manat 36 qəpik ödəniş etmişdir. "xxxx" ASC Gəncə şəhər Su İdarəsindən ona təqdim etdikləri *9.*8.2*24-cü il tarixli ‘Abonent kartı” adlanan sənəddə özlərinə sərf edəcək qaydada riyazi düstur qurub, 663 (altı yüz altmış üç) manat 31 (otuz bir) qəpik məbləğində pul hesablanaraq, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin istifadəsində olan abunə kodu 8*364*26***** üzərinə hesablanmışdır. Qeyd etmişdir ki, “Azəriqaz” İB-nin X12 İstismarı İdarəsindən alınan arayış və "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsindən verilən elektrik enerjisinin sərfiyyatı barədə sistemnən çıxarılmış siyahıdan görünür ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evində cüzi miqdarda qaz və elektrik enerjisinin sərfiyyatı olmuşdur. O, 2*19-cu il tarixdən Rusiya Federasiyasında olduğundan adına olan borcu əsassız olduğuna görə qəbul etmir. Məhkəmənin əvvlki iclasında İddiaçı iştirak etmiş, idddianı müdafiə etmiş, məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən borc yoxlanılmış və aparılan araşdırma zamanı ünvan 1 ünvanına hesablanmış borcdan 216 manat 43 qəpik məbləğinin düzgün hesablanmadığı müəyyən edilmiş, cəmi 137 manat 57 qəpik borc olduğu aşkarlanmışdır. Belə ki, həmin ünvanda 2 nəfər qeydiyyata olmaqla arabir yaşayış olduğuna görə "xxxx" ASC tərəfindən hesablanmış borcdan 137 manat 57 qəpik hissəsi düzgün hesablanmışdır. Həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Mülki işim materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanlı fərdi yaşyış evi İddiaçı mülkiyyətindədir. Belə ki, işdə olan abonent kartından görünür ki, ünvan 1 ünvanında abonent İddiaçı 2 nəfər adam sayına görə 2*16-cı il üzrə 63 manat 46 qəpik, 2*17-ci il üzrə 45 manat 45 qəpik, 2*18-ci il üzrə 64 manat 35 qəpik, 2*19-cu il üzrə 4* manat 5 qəpik, 16.1*.2*24-cü il tarixə 216 manat 43 qəpik borc hesablanmışdır. İşdə olan Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə Şəhər Sukanal İdarəsinin 12.*9.2*24-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvanlandığı 19.*8.2*24-cü il tarixli, B-67 nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında 2*19-cu il tarixdən indiki dövrə kimi yaşayış olmadığı və su təchizatı xidmətindən istifadə olunmadığı dövrdə yaranmış 354 manat borcun silinməsi Gəncə şəhər Sukanal İdarəsinin səlahiyyətləri xaricində olduğundan borcun silinməsi və müraciətə baxılması üçün tərəflərindən yazılmış rəsmi məktub, həmçinin STKM-a təqdim etdiyi İşıq və Qaz idarəsindən həmin illərə dair sərfiyyat haqqında çıxarışlar Azərbaycan Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 İdarə Heyətinə göndərilmişdir. Borcun silinib və ya silinməməsi ilə bağlı məlumat veriləcəkdir. İşdə olan X4 Qaz İstismarı İdarəsinin *5.*8.2*24-cü il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X12 İstismarı İdarəsinin Gəncə Xidmət Sahəsi üzrə əhali sektorunda 292*6*2*****26* saylı hesab kodu altında İddiaçı adına olmaqla *1.*1.2*1*-cu il tarixindən qeydiyyata alınmış və qeyd olunan ünvanda istismarda olan qaz sayğacının hesab kodu üzrə *1.*1.2*19-cu il tarixdən *2.*8.2*24-cu il tarixinədək 18 manat ödəniş olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 3*cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X3”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 354 manat su pulunun artıq hesablandığını qeyd etmiş və tələbini həmin ünvanda yaşayış olmaması, özünün isə Rusiya Federasiyasında olması ilə əsaslandırmışdır. Lakin iddiaçı sərhədkeçmə barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə Sistemi vasitəsi ilə də bu barədə məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə borc barədə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışı borcun məbləğini düzgün əks etdirən sübut kimi qəbul edir. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya sudan istifadəyə görə hesablanmış 354 manat borcun 137.57 manatdan artıq hissəsi, yəni 216.43 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 354 manat borcun 216 manat 43 qəpik hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar