Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-502/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması və ata mülkünün satılaraq əldə edilmiş vəsaitin vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması və ata mülkünün satılaraq əldə edilmiş vəsaitin vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüquqlarının tanınmasına və ünvan 1 ünvanda yerləşən ata mülkünün satılaraq əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar eyni atadan və eyni anadan ünvan 1 ünvanda doğulmuşlar. Onlardan başqa iki qardaşları, o cümlədən Cavabdeh və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 da, həmin ünvanda doğulmuşlar. X1 1979-cu ildə, ataları X7 isə 1997-ci ildə vəfat etmişlər. Valideyinlərin mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mülkdən istifadə və sahiblik hüquqları qardaşları Cavabdeh tərəfindən tanınmır və hər birinin sözügedən ünvandan istifadə və sahiblik hüququnun qarşısı qətiyyətlə alınır. Vəfat edən qardaşlarının ailəsi olmamış və o, subay ikən dünyasını dəyişmişdir. Hal hazırda həmin mülkdən cavabdehin təkbaşına istifadə etməsi və heç birinin həmin mülkə yaxın buraxılmaması onların bir sıra hüquqlarının cavabdeh tərəfindən pozulması deməkdir. Vəfat edən qardaşlarının başqa yerdə evi olmasa da belə, dəfn mərasiminin ata evində həyata keçirilməsinə cavabdeh icazə verməmişdir və mərhum qardaşlarının dəfn mərasimini məcburi Goranboy rayonun Əhmədabad kəndində keçirməli olmuşlar. Cavabdeh ailə həyatı qurduğu gündən yəni 2002-ci ildən Goranboy rayonunun Yolpaq kəndində həyat yoldaşı ilə birgə yaşamışdır. O, valideyinlərinin evindən faktiki olaraq istifadə etmir və giriş qapısını kilidləyərək açarları bir başqasına verməkdən imtina edir. Odur ki, ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüquqlarının tanınmasına və ünvan 1 ünvanda yerləşən ata mülkünün satılaraq əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur Məhkəmə iclası zamanı İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh iddianı etiraf etməyərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən mülk 2004-cü ildən onun mülkiyyətindədir. O həmin evi alqı-satqı müqaviləsi ilə almışdır. İddia təlbini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2004-cü il tarixli, 2134 saylı Qeydiyyat Vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Q.Hacılı küçəsi, 3 döngə, 4 saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2004-cü il tarixli inventar nömrəsi 504-62 saylı texnikii pasportun surətindən görünür ki, Gəncə şəhəri, Q.Hacılı küçəsi, 3 döngə, 4 saylı fərdi yaşayış evinə dair Cavabdeh adına texniki pasport verilmişdir. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X3r. İşdə olan xx.xx.1992-ci il tarixdə Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X3r. İşdə olan xx.xx.2023-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X3r. İşdə olan xx.xx.1974-cü il tarixdə Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X3r. İşdə olan xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.1997-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların atası olan X5 xx.xx.1997-ci ildə ölmüşdür. İddiaçılar atalarının ölümündən sonra ünvan 1 ünvanda yerləşən mülkə dair Vərəsəlik hüquqlarının tanınmasına və ünvan 1 ünvanda mülkün qaldığını bildirərək hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı maddələri qeyd etməyi zəuri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246.1-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edilə bilər. Məhkəmə ilk öncə iddia tələbinin ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüquqlarının tanınması hissəsi ilə bağlı qeyd edir ki, ünvan 1 ünvanda yerləşən mülkə dair hər hansı vərəsəlik hüquqlarının tanınmasını tələb etmək üçün həmin mülkün miras əmlak olmasını təsdiqləyən sübutlar təqdim edilməlidir. İddiaçılar ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüquqlarının tanınmasını xahiş etsələr də, həmin mülkə dair mərhum atalarının mülkiyyət hüququnu təsdiqləyəcək sübutlar təqdim edə bilməmişlər. Bu baxımdan iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanda yerləşən ata mülkünün satılaraq əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən mülkə dair mərhum atalarının mülkiyyət hüququnu təsdiqləyəcək sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi ünvan 1 ünvanda yerləşən ata mülkünün satılaraq əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsi hissəsində də, əsassızdır və təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüquqlarının tanınmasına və ünvan 1 ünvanda yerləşən ata mülkünün satılaraq əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsi tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-502/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-502/2023
13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver