Məhkəmə qərarları › İş №2(125)-5021/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5021/2025

15.08.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5021/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi,Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00403 nömrəli barışıq sazişiqnin təsdiq edilərək, Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Həsənzadə Səma \Eşqin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 30-dən hər uşaq üçün 200 manat olmaqla,ümumilikdə 400 manat alimentin tutulmasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, ərizə ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, tərəflərin şəxsiyyət məlumatının elektron məlumat bazadan olan çıxarışından görünür ki, tərəflərin qeydiyyat ünvanı ünvan 1a icraata qəbul olunmuşdur. Məhkəmə iclasında Maraqlı şəxs işin ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə ərizəçinin qeydiyyatda olduğu Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267,268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə 2(125)- 5021/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar