Məhkəmə qərarları › İş №2(125)-5029/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5029/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5029/2023 02.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, JN-0036 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 09 iyun 1990-cı il tarixli JN:0036 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən onların ümumi mülkiyyətində Goranboy rayonu, Həmənli kəndində kənd təsərrüfatı təyinatlı 2,23 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onlara Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı ilə verilmişdir. Qeyd edilən dövlət aktında onların soyadlarında səhvə yol verildiyindən onlar öz mülkiyyətlərindən yetərli istifadə edə bilmir, onu sata bilmirlər. Belə ki, həmin dövlət aktında Xatirənin soyadı doğum günündən “Əliyeva” olduğu və ərə gedərkən soyadını dəyişmədiyi halda soyadı əri X1 ilə, “Quluyeva” yox, “Quliyeva” kimi yazılmışdır. İkincinin şəxsiyyət sənədi üzrə “X14” olduğu halda dövlət aktında soyadı səhvən “Quliyeva” yazılmışdır. Dursun ərə gedib, nikah hüququ ilə “Əhmədova” olmuş, həm də xx.xx.2023-cü il tarixdə “Dursun” adını “Əsmər” adına dəyişdirib, nəticədə “Ərizəçi2” olmuşdur. Həmin dövlət aktında üçüncünün, yəni Sənanın soyadı da “Quluyev” əvəzinə “Quliyev” kimi yazılmışdır. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin təmsilçisini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan AZE seriyalı 16501253 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1992-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-T 030721 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi1 arasında xx.xx.1992-ci il tarixdə 05 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Quluyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0036 KOD 50913028 saylı dövlət aktından görünür ki, X11, X9 və X15 Goranboy rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İ 038715 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X7 adı X12 dəyişdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildiririk ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz şəxslərə məxsus Goranboy rayonu Həmənli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0036 saylı dövlət aktında Ərizəçi1 əvəzinə səhv olaraq X3, X19 əvəzinə səhv olaraq X2, Ərizəçi3 əvəzinə səhv olaraq X6 yazılması bizə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırılaraq düzəldilməsi üçün aidiyyəti olaraq məhkəməyə müraciət etməniz məqsədəuyğun olardı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü ildə Goranboy rayonunun Həmənli kəndində anadan olmuşdur. Ata adında X13, ana adında Ərizəçi1 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ 303865 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X19 arasında xx.xx.2019cu ildə 233 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikahdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1992-ci ildə Goranboy rayonu, Həmənli kəndində anadan olmuşdur. Ata adında X13, ana adında Ərizəçi1 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü ildə Kirovabad şəhərində anadan olmuşdur. Ata adında X23, ana adında X8 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirdi ki, Xatirə onun bacısı, Əsmər bacısı qızı, Sənan bacısı oğludur. Münasibətləri yaxşıdır, heç bir ədavətləri yoxdur. Xatirənin soyadı Əliyeva idi, evləndikdən sonrada eyni soyadda qaldı. Əsmərin soyadı Quluyeva idi evlənəndən sonra əri Mirzənin soyadına keçib. Sənanın soyadı Quluyevdir. Əsmərin əvvəllər adı Dursun idi, sonra indiki adına dəyişdi, nə vaxt dəyişdirdiyini isə dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Xatirə onun xalası, Əsmər xalası qızı, Sənan xalası oğludur. Münasibətləri yaxşıdır, heç bir ədavətləri yoxdur. Sənanın soyadı Quluyevdir, Əsmərin soyadı Quluyeva idi, evlənəndən sonra ərinin soyadına keçib. Xatirənin soyadı Əliyeva idi, evləndikdən sonrada eyni soyadda qaldı. Əsmərin adı Dursun idi, ailə qurmamışdan əvvəl adını indiki adına dəyişdirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi1 soyadı, ona məxsus bütün sənədlərdə “Əliyeva” kimi göstərilsə də, JN-0036 KOD 50913028 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda soyadı “Quliyeva” kimi göstərilmişdir. Habelə, Ərizəçi2 soyadı və adı rəsmi qaydada dəyişdirilməmişdən əvvəl bütün sənədlərdə “Quluyeva Dursun” kimi göstərilsə də, JN-066F KOD 50913028 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda ata adı “Quliyeva Dursun” kimi göstərilmişdir. Bundan başqa, Ərizəçi3 soyadı, ona məxsus bütün sənədlərdə “Quluyev” kimi göstərilsə də, JN- 0036 KOD 50913028 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda soyadı “Quliyev” kimi göstərilmişdir. JN-0036 KOD 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndakı “X18” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1”nın eyni şəxs olması, habelə həmin aktdakı “X16” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi2”nın eyni şəxs olması, bununla yanaşı həmin aktdakı “X22” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi3”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-0036 KOD 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçilər tərəfindən məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində hüququnun qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-0036 KOD 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0036 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar