Məhkəmə qərarları › İş №2(125)-5034/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5034/2024

19.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5034/2024 19.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «beton dirəklərin sökülməsi və ya 50000 manat kompensasiya» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «beton dirəklərin sökülməsi və ya 50000 manat kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Göygöl rayonu, Qızılca kəndində 9,65 ha və ona bitişik 5,0 ha torpaq sahəsində cavabdeh "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətti keçən 7 ədəd beton dirəklərin sökülməsi və ya cavabdeh tərəfindən ona 50000 (əlli min) manat kompensasiyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətti keçən 7 ədəd beton dirəklərin sökülməsi və ya kompensasiya verilməsini xahiş etmişdir. İddiadan göründüyü kimi cavabdehlərin sökülməsini xahiş etdiyi beton dirəklər Göygöl rayonun ərazisində yerləşir. Belə olan halda hesab edirəm ki, qeyd edilən iddia tələbi qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddia olduğundan, iddia ərizəsi sökülməsi xahiş olunan tikilinin olduğu yerin (Göygöl Rayon Məhkəməsinə) verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «beton dirəklərin sökülməsi və ya 50000 manat kompensasiya» tələbinə dair iddia ərizəsi müstəsna aidiyyətə aid olduğundan həmin iddiaya Gəncə Şəhər Məhkəməsində baxıla bilməz. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1.3, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «beton dirəklərin sökülməsi və ya 50000 manat kompensasiya» tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar