Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5037/2025 13.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı əsassız tutulmuş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq tutulmuş 136,80 manat pulun geri alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsi əsl cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, mübahisə məhkəmədənkənar qaydada öz həllini tapdığına görə işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı əsassız tutulmuş pulun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə maneə deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı əsassız tutulmuş pulun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5037/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5037/2025
13.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver