Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5042/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X34 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı mülkə dair verilmiş 24 noyabr 1982-ci il tarixli Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun Pir-Murtuz Həsən oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ünvan 3 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid verilmiş 402-403-41 inventarizasiya nömrəli texniki pasportun Pir- Murtuza Həsən oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Gəncə şəhərində doğulmuşdur. 26 iyul 1991-ci ilədək Bakı şəhərində yaşayıb işləmiş və həmin tarixdən Gəncə şəhərinə qayıdıb öz ata evi olan Gəncə şəhəri, Cavadxan (keçmiş ünvan 1 ünvanda yaşamaqla Gəncə şəhərində işləyir. Həmin mülk şəxsi mülkiyyət hüququ ilə mərhum nənəsi Əlizadə X8 və mərhum atası Əlizadə (sonradan Pir) Murtuza Həsən oğlunun adlarına qeyd olunmuşdur. X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş və müraciətinə əsasən atası X16 xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, 440 saylı məktubla notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə bununla bağlı Gəncə şəhəri ərazisində yerləşən torpaq sahəsinə və tikiliyə dair hüquq müəyyənedici sənədin-çıxarışın verilməsi xahiş olunmuşdur. Bu zaman onun 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətinə cavab olaraq həmin idarə tərəfindən “Araşdırma zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 24 noyabr 1982-ci il tarixli Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiriməsinə aid pasportu Əlizadə X8 və X7 (səhvən qızının qeyd edilmişdir) adlarına işlənmişdir. X7 (atasının əvvəlki soyadı ilə aparılan qeyddir və Həsən oğlu əvəzinə Həsən qızı kimi qeyd edilmişdir) X26 ilə eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir.” məzmunlu məktubla müraciəti cavablandırılmışdır. Azərbaycan Respublikası Dövlət X22 tərəfindən ona ünvanlanmış 23 may 2024-cü il tarixli məktubda bildirilir ki, .... vətəndaş X28 (Seyidhəsən) oğlunun 1917-ci ildə doğum aktının qeydi və 1945-1947-ci illərdə Əlizadə soyadının Pir olması barədə sorğunuza cavab olaraq bildiririk ki, Dövlət X22nda mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyat Şöbəsi arxiv fondlarının 1936-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri, 1945-1947-ci illərdə doğum aktlarının qeydləri yoxlanılmış, X28 (Seyidhəsən) oğlunun doğum qeydi və Əlizadə soyadının Pir olması haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunuzun müsbət cavablandırılması mümkün olmadı.” Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 30 may 2024-cü il tarixli məktubunda isə bildirilir ki, “.... Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri üzrə 1917-1918-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X28 (Seyidhəsən) oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb.” Göründüyü kimi, ünvan 3 saylı mülkə atasının əvvəl daşıdığı soyadla hüquqmüəyyənedici sənəd mövcuddur və həmin sənəd sonradan soyadı Pir kimi qeyd olunmuş atası X24 məxsusdur. Məhz bu problemin aradan qaldırılması üçün o, həmin mülkə dair sənədlərin surətinin verilməsi barədə ərizə ilə yenidən müraciət etmişdir və DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin vəzifəli şəxsləri ərizəni təmin etməyərək “arxiv məlumatlarında mülkiyyətçinin soyadının şəxsiyyəti təsdiq edən sənədlə uyğunsuzluq” təşkil etdiyini bildirmişlər və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə biləcəyini və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini” bildirmişlər. Buna görə də hazırda yaşadığı ünvan 3 saylı mülkə dair hüquq müəyyənedici sənədin atası X24 məxsus olmasını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini və itirilmiş sənədlərin bərpasının mümkün olmamasını nəzərə alaraq bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası Pir (Əlizadə) Murtuza Həsən oğlunun atası Əlizadə Seyid X19 və atasının doğma əmisi Əlizadə X4 dövrlərinin elm adamları olmuşlar. Bu səbəbdən X27rın hər ikisini 1934 və 1935-ci illərdə təhsil müəssisələrində dərs vermək üçün Bakı şəhərinə çağırtdırmışdır. Lakin babasından və onun qardaşından qiyafələrini dəyişmələri, ateist olmaları və partiya üzvlüyünü qəbul etmələri tələb olunmuşdur. Həmin tələb və təkliflərdən imtina etdiklərinə görə əvvəlcə 1936-cı ildə atasının əmisi Mirnəsrullahı və 1937-ci ildə isə babası Seyid Həsəni ailələri ilə birlikdə İrana sürgün etmişdilər. Həmin vaxt atası Əlizadə (Pir) Murtuza Bakı şəhərində tibb institutunda təhsil aldığına görə ona toxunmamışdılar. Atası 1941-ci ildə öyrənmişdir ki, anası İranda vəfat etmiş, atası isə iflic olaraq yataq xəstəsi olmuş və azyaşlı bacı, qardaşları pis vəziyyətdə qalmışlar. Həmin ilin 15 oktyabrında atası 266235 saylı viza əsasında İran dövlətinə getməli olmuş və həmin vizanın da müəyyən ediləcək faktın təsdiqlənməsində əhəmiyyətli olacağını düşünərək surətini ərizəsinə əlavə etmişdir. Eləcə də atasının soyadının Əlizadə soyadından necə Pir soyadı ilə əvəzlənməsinə gətirib çıxaran səbəbin təfərrüatını aşağıda qeyd etmiş və iş üçün əhəmiyyətli olacağını güman etmişdir. Belə ki, ərizəsinə əlavə etdiyi “REZONANS” qəzetinin üçüncü səhifəsində “Mir Rens” başlığı altında məqalə verilmişdir və həmin məqalədə Rza Şahin həmin Mir Rens adlı şəxsin bir vaxtlar mehtəri olduğu, sonradan isə onun Rza Şahın məşhur qoşun sərkərdələrindən biri olduğu göstərilmişdir. İş elə gətirmişdir ki, atası həmin o Mir Rens deyilən sərkərdənin oğlunu müalicə etmiş və Allahın köməyi ilə onu həyata qaytarmışdır. Bu münasibətlə Mir Rens atasına minnətdarlıq olaraq və xidmətinin haqqı olaraq müəyyən qədər vəsait ayırmış və atası bunun müqabilində özünə bir ambulatoriya açmışdır. Burada o əsasən kasıb insanları müalicə edir və hətta dərman üçün yazdığı “resept’in sonunda “ailəm üçün” qeydini edirmiş və hər ayın axırı atasının vəsaitindən həmin dərmanların pulu tutulurmuş. Elə bu xidmətinə görə ona el arasında Doktor Pir demişdirlər və sonradan atasının soyadı da sənədlərdə “Əlizadə” kimi deyil, Pir kimi qeyd olunmağa başlamışdır. Atası bundan sonra həm İranda və həm də Azərbaycanda Doktor Pir kimi tanımışdır. Bunu sübut edən Sovet ordusunun yaranmasının 61-ci ildönümünə və Böyük Oktyabr Sosialist İnqilabının 65 illiyi münasibəti ilə göndərilmiş iki dəvətnamənin surətini ərizəsinə əlavə etmişdir. Elə həmin vaxtlardan atasının soyadı rəsmi sənədlərdə də Pir kimi yazılmağa başlanmışdır. Amma soyadının dəyişdirilməsini təsdiq edən hər hansı arxiv və ya digər sənəd əldə etməsi mümkün olmamışdır. Atası Murtuzanın doğma bacı və qardaşlarının soyadları isə Əlizadə olaraq qalmışdır. Bunu sübut edən SSRİ-nin İrandakı səfirliyinə göndərilən məktubun surətini əlavə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi ilə qohumluqları olmuşdur. Atası ilə ərizəçi Saleh xalaoğlu olmuşdur. Uşaq vaxtı onlarda böyümüşdürlər. Ərizəçinin atasının Soyadı Əlizadə olmuşdur, Pir adını İranda ləqəb kimi vermişdirlər. O vaxt İranda həkimlik etmiş, onu istədiklərindən Pir adı vermişdirlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş X20 ifadəsində göstərdi ki,ərizəçi ilə qohumluğu yoxdur. Ərizəçinin atasını Pir olaraq tanımışdırlar. Ərizəçinin atası həkim işləmiş, kasıblardan pul almamışdır. Ona görə də ləqəb kimi adını Pir qoymuşdurlar. 2003-cü ildə rəhmətə getmişdir. İranda yaşamışdır. Əvvəl soyadı Əlizadə olmuşdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X16 vərəsəsi Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, X16 adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Araşdırma zamanı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair 24 noyabr 1982-ci il tarixli Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu Əlizadə X9 və X7 adlarına işlənilmişdir. X7 X26 ilə eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət X22 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-Q-955//6/2024 nömrəli məktubdan görünür ki, Dövlət X22nda mühafizə olunan Gəncə Şəhər Nikah Evi və Stalin rayon X2 Qeydiyyat şöbəsi arxiv fondlarının 1936-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri, 1945-1947-ci illərdə doğum aktlarının qeydləri yoxlanılmış, X28 (Seyidhəsən) oğlunun doğum qeydi və Əlizadə soyadının Pir olması haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-Q- 126-6-206/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri üzrə 1917-1918-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X28 (Seyidhəsən) oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 440 nömrəli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, mərhum X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi Ərizəçi ərizəsi əsasında vərəsəlik işi açılmış, Gəncə şəhəri ərazisində yerləşən torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənədin (Çıxarış) verilməsi xahiş edilmişdir. AZ-İİ 347648 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 xx.xx.2003-cü ildə ölmüşdür. İ-İE 189599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı ildə anadan olmuş Ərizəçi ata qrafasında Pir Murtuz, ana qrafasında isə X6 qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmiş ünvan 3 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 402-403-41 inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında Əlizadə X14 və X5 qeyd olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin X3 miras qalmış əmlaka dair evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair verilmiş 402-403-41 inventarizasiya nömrəli texniki pasportda ərizəçinin atasının adı X5 qeyd olunmuşdur. Ərizəçi həmin sənədin atası X21 məxsus olması faktını başqa yolla əldə edə bilmədiyi üçün ərizəçi atasından miras qalmış əmlaka dair vərəsəlik işləri ilə bağlı sənədləşmə apara bilməmiş, əmlak üzərində hüquqlarının qeydə alınmasını həll edə bilməmişdir. Məhkəmə hesab edir ki, həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün məhkəmə qaydasında təsdiq olunmalı, ünvan 3 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dar verilmiş 402-403-41 inventarizasiya nömrəli texniki pasportun X10 münasibətdə X21 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. ünvan 3 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 402-403-41 inventarizasiya nömrəli texniki pasportun X11 münasibətdə X21 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5042/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5042/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver