Məhkəmə qərarları › İş №2(125)-506/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-506/2023

22.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-506/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) qardaşı 14.*9.199*-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 14.*9.199*-cı il təvəllüdlü X8 anadangəlmə “əqli zehni inkişafdan geri qalma” xəsdəsidir. O özünü sərbəst idarə edə bilmir. Onun daim başqa şəxsin qulluğuna ehtiyacı vardır. Müəyyən lazımi sənədlərin alınması zamanı qardaşımın xəsdəliyi ilə əlaqədar o heç bir yerə gedə bilmir. Ona görədə qardaşıma qəyyum təyin olunmağım zəruridir. Bunun üçündə qanunun tələblərinə əsasən qardaşı 14.*9.199*-cı il təvəllüdlü X8 məhkəmə qaydasında Şəxsin X4 hesab edilsin. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamələrin təsdiqlənmiş surətlərinə əsasən, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi və 14.*9.199*-cı il təvəllüdlü X5 atası X9, anası X6r. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısı Aparatının Ərizəçi ünvanladığı 12.1*.2*22-ci il tarixli, 2-8-**9 nömrəli məktubundan görünür ki, qardaşı 14.*9.199*-cı il təvəllüdlü X8 məhkəmə qaydasında “X4 şəxs” hesab edildikdən sonra Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilə bilər. Odur ki, aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 12.*5.2*23-cü il tarixli, 788 saylı rəylərindən görünür ki, 14.*9.199*-cı il təvəllüdlü oğlu X3 Dərəcəli Əqli Gerilik, Davranış Pozuntuları, X1* Qalıç Əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış F71.1 xəstəliyindən əziyyət çəkir. 14.*9.199*-cı il təvəllüdlü X1 X15 Gerilik, Davranış Pozuntuları, X1* Qalıq Əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış F71.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Bu səbəbdən X2 Qabiliyyəti Olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin X4 hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin X4 hesab edilməsinə dair məhkəmə qətnaməsi X4 hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən X4 sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 14.*9.199*-cı il təvəllüdlü X5 qardaşı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 14.*9.199*-cı il təvəllüdlü X8 psixi xəstəlik keçirdiyindən və psixi inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də 14.*9.199*-cı il təvəllüdlü X2 qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. 14.*9.199*-cı il təvəllüdlü X2 qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar