Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-506/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı Konstantinovnanın və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçı Konstantinovnanın cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı Konstantinovnaya (bundan sonra-iddiaçı) əri Qarabağ müharibəsi iştirakçısı olması nəzərə alınmaqla ailə üzvlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün Gəncə şəhəri, Heydər Əliyev (əvvəlki Ş.İ.Xətai) prospekti-87 ünvanda 0,0165 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sahədə «Gözəllik» salonu inşa etdirmiş və salon 05 oktyabr 2000-ci ildə 000365 nömrəli Qeydiyyat şəhadətnaməsinə görə mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı Cavabdeh1 14 noyabr 2000-ci il tarixdə Gəncə şəhəri 7 saylı Dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş etibarnamə ilə əmlakını idarə etmək, o cümlədən alqı-satqı, bağışlama və digər müqavilələr bağlamaq səlahiyyətlərini etibar etmiş, etibarnamənin qüvvədə olma müddəti 1 il müəyyən olunmuşdur. Həmin etibarnamə üzrə Gəncə şəhəri 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş, 03 noyabr 2003-cü il tarixli, 201685 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyəti olan «Gözəllik» salonu iddiaçının nümayəndəsi kimi Cavabdeh1 tərəfindən X7 ********* (altı yüz milyon) köhnə manata satılmış, salon mülkiyyəti kimi 26 aprel 2004-cü il tarixli 002672 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən sonuncunun adına dövlət qeydiyyatına alınmış, Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunda 15 may 2009-cu il tarixdə təsdiqlənmiş 4Ə-2-166 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən Vaqif Novruzov həmin obyekti bacısı Cavabdeh1 bağışlamış, 0,0165 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 296,8 kv metr olan qeyri-yaşayış sahəsi MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2009-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4978 nömrəli “fiziki və qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış binasının yerləşdiyi 0.0165 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Müqavilə əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87A ünvanında yerləşən qeyri-yaşayış binasına dair Cavabdeh1 adına xx.xx.2014-cü il tarxili, **********56-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyri-yaşayış binası Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə görə hazırkı mübahisənin predmeti olan Gəncə şəhəri, Heydər Əliyev (əvvəlki Ş.İ.Xətai) prospekti-87A ünvanda, 0,0165 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 296,8 kv metr olan qeyri yaşayış-sahəsi Mərkəzi Bankla ləğv olunmuş "xxxx" ASC arasında 12 iyun 2015-ci il tarixdə ******* manatlıq kredit müqaviləsinin təminatı kimi İərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka 20 iyun 2015-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı cavabdehlər X5, X7, Azərbaycan Respublikasının Mərkəzi Bankına, DƏDRXin 3 saylı ərazi idarəsinə, Gəncə şəhəri 1 saylı notariat kontoruna, Gəncə şəhəri 4 saylı notariat kontoruna, Gəncə şəhəri 7 saylı notariat kontoruna qarşı (iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X8) iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4Ə-2-187 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 15 may 2009-cu il tarixli, 4Ə-2-166 reyestr nömrəli bağışlama müqaviləsinin, X6 adına verilmiş 26 aprel 2004-cü il tarixli, 002672 qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın, xx.xx.2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, Gəncə şəhəri əvvəlki Ş.İ.Xətai prospektində, hazırki H.Əliyev prospekti 87A ünvanında yerləşən "Gözəllik salonu" kimi qeydiyyatdan keçmiş daşınmaz əmlaka dair onun mülkiyyət hüququ bərpa olunaraq mübahisəli əmlakın boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(043)135/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Gəncə şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş, xx.xx.2003-cü il tarixli, 4Ə-2-187 reyestr nömrəli alqı-satqı müqaviləsi, Gəncə şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 15 may 2009-cu il tarixli, 4Ə-2166 reyestr nömrəli bəxşeyiş müqaviləsi, X6 adına verilmiş 26 aprel 2004-cü il tarixli, 002672 qeydiyyat nömrəli çıxarış, Cavabdeh1 adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC-nin müşahidə şurasının sədri Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, Gəncə şəhəri H.Əliyev (Ş.İ.Xətai) prospekti 87A ünvanında yerləşən «keçmişdə Nataşa, hazırkı Afrodita gözəllik salonu" kimi qeydiyyatdan keçmiş daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun bərpa olunması və həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(043)- 135/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1381/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və vəkili kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2579/2020 nömrəli, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, hər iki kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2760/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1381/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi qismən, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC-nin müşahidə şurasının sədri Cavabdeh1 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissədə ləğv edilmiş və iş üzrə həmin hissədə yeni qərar qəbul edilmiş, İddiaçı Konstantinovnanın Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC-nin müşahidə şurasının sədri Cavabdeh1 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsi etibarsız hesab olunması barədə iddiası rədd edilmiş, Cavabdeh1 qıznın kassasiya şikayəti təmin edilməmiş, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Gəncə şəhəri, Heydər Əliyev (əvvəlki Ş.İ.Xətai) prospekti-87A ünvanda, 0,0165 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295,8 kv metr olan qeyri yaşayışsahəsi xx.xx.2023-cü ildə İddiaçı Konstantinovnanın adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cti il tarixli, 4978 nömrəli, «Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı» müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında, Gəncə şəhəri, Heydər Əliyev (əvvəlki Ş.İ.Xətai) prospekti-87A ünvanında yerləşən, 0,0165 ha torpaq sahəsinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, **********56- 06301 reyestr nömrəli qeydin və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə aktları qanuni qüvvəsini alaraq icraya yönəldikdən sonra ddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyri-yaşayış sahəsinə dair çıxarış almasını istəmiş, lakin bundan imtina edilmişdir. İmtina ilə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, mübahisəli Gəncə şəhəri H.Əliyev (Ş.İ.Xətai) prospekti 87A ünvanında yerləşən qeyriyaşayış binasınının yerləşdiyi 0,0165 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz mülkiyyətində olan zaman onun tərəfindən xx.xx.2014-cü il tarixli, 4978 nömrəli «Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı» müqaviləsi əsasında satın alındığı və üzərində yerləşən qeyriyaşayış binası ilə birlikdə vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq Pərvanə Novruiovaya xx.xx.2014-cü il tarixli, **********56-06301 reyestr nömrəli çıxarış verilmişdi. Hesab edir ki, xx.xx.2014-cü il tarixli, 4978 nömrəli «Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı» müqaviləsi qanunsuz olduğu üçün etibarsız hesab edilməli, həmçinin həmin müqavilə əsasında verilən vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq Cavabdeh1 verilən xx.xx.2014-cü il tarixli, **********56-06301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Cavabdeh1 iddia etiraz verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə aktlarına istinad etsə də hazırkı iddia üçün predusiallığı nədə təsbit olunduğunu göstərməmişdir, çünki yoxdur. Tam əksinə istinad edilən məhkəmə aktlarının üstündə duran və mübahisənin ipoteka ilə bağlı hissəsində yeni qərar qəbul edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2760/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsini qismən, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC-nin müşahidə şurasının sədri Cavabdeh1 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilməsi hissədə ləğv edilmiş və İddiaçı Konstantinovnanın Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC-nin müşahidə şurasının sədri Cavabdeh1 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, İBQ 15-1700/1 nömrəli ipoteka müqaviləsi etibarsız hesab olunması barədə iddiası rədd edilmişdir. Məhkəmə aktlarının nəticəsi baxımında, adı çəkilən Gəncə şəhəri, Heydər Əliyev prospekti 87A ünvanda yerləşən tikiliyə iddiaçının gözlənti hüququ belə ipoteka ilə yüklü olmaqla, məhduddur. Yəni mülkiyyət hüquqları baxımından, iddiaçının həmin əmlak üzərində sərbəst səlahiyyətlərə malik deyildir. Məhz iddiaçıya həmin tikiliyə mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz edən, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2760/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı olmuşdur. Belə ki, ipoteka ilə yüklü edilmiş əmlaka mülkiyyət və ya digər sərəncam vermə hüququnun qeydinin aparılması, yalnız ipoteka saxlayanın icazəsi ilə yol verildiyi bəllidir və bu hüquq Azərbaycan Respublikası Mərkəzi Bankına aid olmaqla, davam etməkdədir. Adı çəkilən məhkəmə qərarları ilə iddiaçıya yalnız bir halda həmin əmlak hərracda satılan zaman, satın alınmasında üstünlük hüququ əldə etməsi təmin olunmuşdur. Adı çəkilən məhkəmə aktlarının aid olduğu məhkəmələr, Cavabdeh1 tərəfindən torpaq sahəsinin ayrıca əldə edilməsi aşkar məsələ olmaqla, hüququn əldə edilməsi qanuni hesab edildiyi baxımından, etibarsızlıqla bağlı məsələ yalnız tikiliyə aid hissədə təmin edilmişdir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinə və onun satın-alınmaqla üzərində mülkiyyət hüququnun əldə edilməsinə gəlincə, qanunvericilikdə o hüquq yalnız torpaq üzərində əmlak olana aid edilmir və hərracdan əldə edilməsinə başqasının hüquqna məhdudiyyət nəzərdə tutulmur. Ona görə də həmin vaxtı tikiliyə mülkiyyət hüququ cavabdehə aid olduğundan, tikilinin yerləşdiyi torpaq sahəsinə də mülkiyyət hüququnun əldə etməsinə səbəb olduğu ilə bağlı iddia ərzəsində qeyd edilənlər, formal mülahizə və məntiqə uyğun deyildir. Brlə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin 3-cü bəndinə əsasən özəlləşdirilən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. 4-cii bəndinə görə özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Göründüyü kimi Əsasnamənin qeyd olunan norması tikilinin mülkiyyətçisinin tikilinin yerləşdiyi torpaq sahəsinin əldə edilməsi hüququnun mütləqliyi, iperativliyini deyil, yalnız növbəlik baxımında ilkinliyini təsbit edir. Adı çəkilən alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsi ümumi qaydada hərraca çıxarılmış və iştirakçılardan biri olaraq, torpaq sahəsini Cavabdeh1 əldə etmişdir. Alqı-satqı zamanı hərracda üstünlük hüquqdan istifadə edilməmiş, digər iştirakçılarla eyni bərabər hüquqlu iştirak etməklə, aksionu qazanmışdır. Hərracın təşkili və keçirilməsi də digər cavabdeh tərəfindən qaydalara uyğun həyata keçirilmişdir və etibarsızlığına dəlalət edən hallar da mövcud deyildir. Halbu ki, müqavilənin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş qaydaların pozulması halı mövcud olmalıdır. Adı keçən torpaq sahəsinin hərracı qapalı olmamış, açıq şəkildə elan verilməklə, alıcıların iştirakçı ilə keçirilmiş və aksionda satılmışdır. Onunla bağlı hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyinə dair iddia ərizəsində dəlil göstərilməmişdir. Çünki torpağın hərracı keçirilməsində hər hansı pountuya yol verilməmişdir. Bundan başqa adı çəkilən məhkəmə aktlarının aid olduğu iş Kəpəz rayon Məhkəməsində baxılan zaman tikili və onun yerləşdiyi torpaq sahəsinin ayrı-ayrılıqda əldə edilməsi iş üzrə tərəflərə aşkar idi. Belə ki, adı keçən tikiliyə Nataşamn mülkiyyət hüququ qeydiyyata alınmış onun adına şəhadətnamə verilmişdir. Sonra da onun tərəfindən verilmiş etibarnamə əsasında həmin tikili başqasına satılmış, daha sonra cavabdeh ələdə etmişdir. Torpaq sahəsi isə dövlət əmlakı olmaqla, iddiaçının daimi istifadəsinə və ya icarəsinə verilməmişdir. Hərracdan satışa çıxarılmış, cavabdeh də hərracda iştirak edənlərdən biri kimi aksionda qalib olaraq, əldə etmiş və ona dair hüququ qeydiyyata alınmaqla, adına şəhadətnamə verilmişdir. Yəni tikili və torpaq sahəsi iki ayrıayrı sərbəst daşınmaz əmlak olaraq qeydiyyata alınmışdır. Bundan sonra P.Novrıızova hər iki şəhadətnaməni təqdim edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestrindən vahid əmlaka dair çıxarışı almışdır. Daha sonra Nataşa Kərimovanm iddiası əsasında əvəvəllər ona məxsus olmuş tikiliyə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə nail olmuşdur. Lakin nə qədər ki, əmlaka dair ipoteka yüklülüyü məhkəmə qərarı ilə saxlanıldığından, mülkiyyət hüququnu qeydiyyata aldıra bilməmiş və buna dair çıxarış ala bilməmişdir. Nəticə etibarı ilə əmlak ipoteka yüklülüyündə saxlanılsa da torpaq sahəsinə dair mülkiyyət hüququ yenə də Cavabdeh1 qalmışdır. Tərəflər arasında əvvəlki mübahisələr zamanı da iddiaçı torpaq sahəsinin hərracdan cavabdehə satılmasının qanunsuz olduğunu bildirsə də, buna dair ayrıca tələb irəli sürməmişdir. Lakin iddia tələbi əmlakın geri verilməsi ilə bağlı olduğundan, əmlak tikili və onun yerləşdiyi torpaq sahəsi kimi təqdim edildiyindən, sonradan vahid əmlak kimi qeydiyyata alınmış tikili və torpaq sahəsinin əldə edilməsi ilə bağlı müqavilələr hüquqi dəyərləndirmənin obyektləri olmuş, nəticə etibarı ilə tikilinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, torpağın hərracdan alqı-stqı müqaviləsinə isə toxunulmamışdır. Nəticədə torpaq sahəsi özəlləşmədən sonra ilkin mülkiyyətçidə saxlanılmışdır. Həmin mübahisələrlə bağlı Kəpəz rayon məhkəməsi xx.xx.2019-cu il tarixdə qətnamə qəbul etdiyi baxımından, iddiaçı bunu ən azından 4 il bundan əvvəl bilmişdir. Etibarsızlıq üçün iddia müddəti 1 il müəyyən edilmişdir. Bundan başqa xatırlatmaq istərdim ki, adı keçən torpaq sahəsinin hərracdan əldə edilməsində üstünlük hüququndan, hərrac zamanı istifaə olunur və bu hüququn hərracdan sonra önəmi yoxdur. Üstünlük hüququ ona malik olan şəxs tərəfindən istifadə olunur və istifadə edildiyi halda qarşı tərəfin qəbul edilməsi vəzifəsi yaranır. Lakin bu hüquqdan istifadənin tələb etməsi, qarşı tərəfin vəzifəsi deyildir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu aldıqları vaxt qeyri-yaşayış sahəsindən başqa, onun yerləşdiyi torpaq sahəsinin də Cavabdeh1 mülkiyyətinə keçdiyini bilmişlər və qanunla nəzərdə tutulmuş müddətdə həmin müqavilənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişlər. İddiaçının təmsilçisi iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 vəkili iddiaya etiraz edərək, təmsil etdiyi şəxsin mübahisəli torpaq sahəsini hərrac nəticəsində əldə etdiyini və hərracın yekunlarına dair protokol qüvvədə olduğunu, həmin torpaq sahəsinin ipoteka ilə yüklü olduğunu, iddiaçının əcnəbi olduğu üçün mülkiyyətinə torpaq sahəsi verilə bilməyəcəyini, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməli olduğunu və qeyd edilən səbəblərdən mübahisələndirilən müqavilənin etibarsız hesab edilə bilməyəcəyini bildirdi, buna görə iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddiaya etiraz edərək, təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında Cavabdeh1 adına mübahisəli torpaq sahəsinə dair müvafiq çıxarışın verildiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddiaya etiraz edərək, dövlətə məxsus sözügedən torpaq sahəsi əvvəla onun yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə təklif olunmuş və təklifi qəbul edən Cavabdeh1 adına rəsmiləşdirilmişdir, buna görə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 659.1. Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz. Maddə 659.2. Satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlığı üçün tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır. Maddə 659.3. Satın almaqda üstünlük hüququnun və digər üstünlük hüquqlarının aşağıdakı hallarda qüvvəsi yoxdur: Maddə 659.3.1. onlar başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi prosedurlarla tənzimlənən obyektlərə və ya hüquqlara aid olduqda; Maddə 659.3.2. icraat çərçivəsində, o cümlədən məcburi auksion satışı çərçivəsində satış halında. “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satışı” Qaydalarına əsasən,
1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və qüvvədə olan digər normativ-hüquqi aktlara uğun olaraq hazırlanmışdır və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi (bundan sonra - Dövlət Əmlak Nazirliyi) tərəfindən həmin obyektlərin mülkiyyətçisinə satışı qaydalarını tənzimləyir.
2. Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri dedikdə həmin fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş və onların xüsusi mülkiyyətində olan tikililərin, qurğularını, digər daşınmaz əmlakın altındakı və həmin əmlaka mülkiyyət hüquqlarını həyata keçirmək üçün qanuni istifadələrində olan dövlət mülkiyyətindəki sərbəst torpaq sahələri nəzərdə tutulur.
6. Təqdim edilmiş sənədlərə əsasən Dövlət Əmlak Nazirliyi tərəfindən 10 gün müddətində torpaq sahəsinin hüquqları dəqiqləşdirilib qiymətləndirilərək 100% dəyəri ilə üzərindəki obyektin mülkiyyətçisinə təklif edilir.
8. Torpaq sahəsinin üzərindəki obyektlərin mülkiyyətçisi həmin torpaq sahəsini təklif edilmiş qiymətə satın almağa razılığını bitirdikdə onunla Dövlət Əmlak Nazirliyi arasında alqı-satqı müqaviləsi bağlanır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” xx.xx.2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Hazırkı iş üzrə iddiaçı qeyri-yaşayış sahəsinin Cavabdeh1 mülkiyyətinə keçməsinin əsassız olduğu üçün ləğv edilməsinə istinad edərək, iddiaçının hesabına inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsinin həmin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olan müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əqdin etibarlı hesab edilərək arzulanan hüquqi nəticələrə səbəb ola bilməsi üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı mühüm şərtlərdəndir. Hazırkı iş üzrə qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğu üçün onun yerləşdiyi torpaq sahəsinin təklif edildiyi Cavabdeh1 həmin daşınmaz əmlakın əldə edilməsi üçün iradə ifadə etmək hüquqi ixtiyarına malik deyildi. Belə ki, məhkəmə araşdırmaları nəticəsində həmin qeyri-yaşayış sahəsinin əldə edilməsinə əsas olan müqavilə etibarsız hesab edilmişdir, bu zaman Cavabdeh1 vicdanlı alıcı olaraq qorunmalı hüquqları müəyyən edilməmişdir. Belə olan halda, hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan əqdə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmuş Cavabdeh1 həmin müqavilədən irəli gələn hüquqi imkan qismində torpaq sahəsinin təklif edilməli olduğu şəxs, habelə həmin torpaq sahəsinin alqı-satqısı müqaviləsinin tərəfi ola bilməz və təklifin qəbulu barədə iradə ifadəsini bildirə bilməzdi. Həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə əqd etibarsız hesab edildiyindən və həmin daşınmaz əmlak iddiaçının adına rəsmiləşdirildiyi üçün qanunvericiliyə uyğun olaraq iddiaçı Cavabdeh1 aldıqlarının hamısını qaytarmağı – iddiaçının əldə etdiyi əmlakın yerləşdiyi torpaq sahəsinin də həmin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olan müqavilənin etibarsız hesab olunmasını, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına aparılmış qeydin və verilmiş çıxarışın ləğv olunmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh1 qeyri-yaşayış sahəsini əldə etməsinə səbəb olan əqd etibarsız olduğundan və hüquqi nəticələr yaratmaq imkanından məhrum olduğundan, yəni qanunla müəyyən olunmuş qaydaya riayət edilmədiyi üçün hüquqi ixtiyar yaratmadığından, Cavabdeh1 buna səlahiyyət əldə etmədən obyektin yerləşdiyi torpaq sahəsinə alqı-satqısına dair müqavilə tərəfi qismində çıxış edərək onun əldə edilməsinə dair iradə ifadə etdiyindən, həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iddiaya etirazın dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini qeyri-yaşayış sahəsinin həmin dövrdə mülkiyyətində olmasına əsasən yaranmış üstünlük hüququndan asılı olmadan əldə etdiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Habelə, müvafiq Qaydalara uyğun olaraq, iddiaçının hesabına inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsi qiymətləndirilərək üzərindəki obyektin mülkiyyətçisi qismində Cavabdeh1 təklif edilmiş və onun təklifi qəbulu nəticəsində mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmışdır, beləliklə, üstünlük hüququna əsaslanaraq bağlanmış əqd nəticəsində torpaq sahəsinə mülkiyyət hüququ Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bundan başqa, həmin cavabdeh torpaq sahəsini hərrac nəticəsində əldə edildiyini bildirsə də, bu halı təsdiqləyən və (ya) icraat çərçivəsində, o cümlədən məcburi auksion satışı çərçivəsində satış halında satın almaqla üstünlük hüququnun və digər üstünlük hüquqlarının qüvvəsinin olmadığı halı təsdiqləyən hər hansı dəlil təqdim edilməmişdir. Cavabdeh1 həmçinin, qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsində gedən icraata zamanı torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə iddiaçı tərəfin məlumatlı olmasını bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxıldığını bildirmişdir. Lakin iddiaçı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat etdiklərini bildirdi, həmin cavabdeh bu halı təkzib edən və ya iddia müddətinin tətbiq edilməli olduğunu təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi fərdi müəyyən əşyalar barəsində əhəmiyyətsiz əqdlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda isə iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin əhəmiyyətsiz olduğunu bildirməklə, onun etibarlılığını mübahisələndirir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 öz etirazının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdiyi xüsusat iddianın rədd olunması üçün əsas deyildir. Bundan başqa, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin dəyişməsi həmin daşınmaz əmlakın ipoteka ilə yüklülüyünə təsir edən hal, habelə, iddianın təmin olunmasına maneə olan hal deyil. Digər tərəfdən, iddiaçı əcnəbi olduğu üçün mülkiyyətinə torpaq sahəsi verilə bilməyəcəyi barədə dəlil hazırkı iddianın əsaslı olmasını və təmin edilməli olmasını aradan qaldıran hal deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cti il tarixli, 4978 nömrəli, «Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı» müqaviləsi etibarsız hesab edilsin. Gəncə şəhəri, Heydər Əliyev (əvvəlki Ş.İ.Xətai) prospekti-87A ünvanında yerləşən, 0,0165 ha torpaq sahəsinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, **********56-06301 reyestr nömrəli qeyd və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli