Məhkəmə qərarları › İş №2(125)-5063/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5063/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5063/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmədə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2024-cü ildə anadan olmuş uşağı-X1 atasının Cavabdeh olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 250 manat sabit pul məbləğində alimentin, həmçinin ödənilmiş 55 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin yanvar ayında ailə quraraq el adəti ilə toy etmiş, lakin aralarında rəsmi nikah olmamışdır. O, toydan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür, eyni zamanda cehiz əşyalarını da həmin ünvana aparmışdır. Onların xx.xx.2022-ci ildə X3 adlı övladları doğulmuş, lakin uşaq xəstəlik səbəbi ilə xx.xx.2023-cü ildə ölmüşdür. Onlar ayrılandan bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə Fatimə adlı övladları anadan olmuşdur. Cavabdeh uşağın atası olsa da, Qeydiyyat Şöbəsinə gedib ərizə verməkdən yayınır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclası zamanı bildirmişdir ki, təmsil etdiyi cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş Fatimə Məkan adlı uşağı atası olmasını etiraf edir. Lakin, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. O, xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat aliment ödəyə bilər. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, atalığın müəyyən edilməsi tələbi hissədə iddia təmin, aliment tələbi hissədə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, X4 adlı uşaq xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur, anası İddiaçıdır, ata adı qrafasında X5 qeyd edilmişdir. Məhkəmədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdehiddiaçıdan xx.xx.2024-cü ildə doğulmuş Fatimə adlı uşağın atasıdır. Göründüyü kimi, iş üzrə cavabdeh olan Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə doğulmuş Fatimə adlı uşağın atası olmasını etiraf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Hər iki tərəf uşağın atasının iş üzrə cavabdeh olan Cavabdeh olmasını bildirdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi üzrə əlavə araşdırmaların aparılmasına zərurət qalmır, iddia atalığın müəyyən edilməsi tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi 250 manat miqdarında aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən uşağın diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, İddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, Cavabdeh yüksək maddi vəziyyətə malik olması barədə işdə sübutların olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.12-ci bəndində qeyd edilir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Məhkəmə qeyd edilənlərə əsasən göstərir ki, alimentin tutulması atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmazdan əvvəl 50 manat məbləğində mediasiya xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Atalığın müəyyən edilməsi tələbi hissədə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu idddaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü ildə doğulmuş Fatimə adlı uşağın atasının xx.xx.1996-cı ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş Cavabdeh olması müəyyən edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb, İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar