Məhkəmə qərarları › İş №2(125)-508/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-508/2025

12.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-508/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X10 xx.xx.2006-cı ildə anadan olmuşdur, anası Ərizəçi və atası X8r. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin oğludur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X10 xx.xx.2006-cı ildə doğulmuşdur. O anadangəlmə atipik, autizm və F84 psixoloji inkişafın ümumi pozuntusu xəstəliyindən əziyyət çəkir, xəstəliyi davamlıdır və doğulduğu gündən hazıradək Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatdadır. X13 o baxır, onun anadangəlmə fəaliyyət qabiliyyəti olmadığı üçün öz hərəkətlərinin mənasını anlaya bilmir, eləcə də hərəkətlərini idarə edə bilmədiyinə görə o, oğluna baxmaq məcburiyyətində qalmışdır. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığı üçün aidiyyəti orqanlar müəyyən sənədləşmə işlərini qəbul etmir və ona şifahi olaraq məhkəməyə müraciət etməyi məsləhət bilirlər. Odur ki, məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araçdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X6 məxsus məlumatdan görünür ki, X10 ikinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2023-cü ildir, əlilliyin müddəti isə müddətsizdir. Həmçinin orqanizmin funksiyalarının pozulma faizi 70 faizdir, əsas diaqnoz F84 psixoloji inkişafın ümumi pozuntusudur. Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən 2006-cı il təvəllüdlü X6 verilmiş 2585 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktından görünür ki, X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 388 nömrəli göndərişi ilə Gəncə Şəhər Psixonevroloji Dispanserində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müayinədə olmuş, ona “atipik autizm, orta dərəcəli əqli gerilik müalicə tələb olunan ciddi davranış pozuntuları” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçiyə ünvanlanmış 5-1/2-B-19-1317/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Oruc Qurbanovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 408 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs X5 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” (F 71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, xəstəliyi ilə əlaqədar ona İİ dərəcəli əlillik təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, yaddaş və intellekt funksiyalarının xeyli aşağı olması və sair) sübut edir. xx.xx.2006-cı il təvəllüdlü X10 orta dərəcəli əqli gerilik, davranış pozuntulan ilə xəstəliyindən əziyyət çəkir. X10 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə və rəhbərlik etmək iqtidarına deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X10 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, xx.xx.2006-cı il təvəllüdlü X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 317-321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 (FİN: 8DE7WXS) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar