Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5080/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər VVAQ Şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydi ilə verilmiş ölüm haqqında şəhadətnamənin X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil 1987-ci ildə X1nun mülkiyyətinə verilmişdir. X1 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir, atası X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, hal-hazıra kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda o, həmin evi öz adına rəsmilləşdirmək istəyir, lakin babası Nurəddinin həmin evin qeydiyyat vəsiqəsində, təvəllüd haqqında arxiv arayışında və evlənmək haqqında şəhadətnamədə soyadı “Əliyev” olmasına baxmayaraq səhvən babası Nurəddinin ölüm haqqında şəhadətnaməsində soyadı “Əliyev” əvəzinə “Ələkbərov” göstərildiyi üçün o, evi öz adına rəsmilləşdirə bilmir. Bununla bağlı o, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək babası Nurəddinin ölüm haqqında şəhadətnaməsində soyadında düzəliş edilməsini xahiş etmişdir, lakin Qeydiyyat Şöbəsi cavab olaraq bildirmişdir ki, “təqdim etdiyiniz sənədlər arasında uyğunsuzluq olduğuna görə düzəliş aparılması mümkün olmadığından” imtina etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Babası Nurəddinin soyadının “Əliyev” olması onun adına olan evin qeydiyyat vəsiqəsi, təvəllüd haqqında arxiv arayışı və evlənmək haqqında şəhadətnamə ilə təsdiq edilir və bunu bacısı Elnurə də təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi Ərizəçi Gəncə şəhər VVAQ Şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydi ilə verilmiş ölüm haqqında şəhadətnamənin X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu həmin sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarizli 265 saylı Fərmanına əsasən 2.4. həmin Məcəllənin 307.2.4cü, 307.2.5-ci, 307.2.8-ci və 445.0.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər. Gəncə şəhər VVAQ Şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydi ilə verilmiş ölüm haqqında şəhadətnamənin ərizəçinin X1na məxsus olması faktının müəyyən edilməsinə barədə ərizəçinin göstərdiyi hər üç sənəd müvafiq icra hakimiyyətinin, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş sənədlərdə olan qeydlə bağlıdır ki, həmin sənədlərdə düzəliş edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələblərinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləninn 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə göstərir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 2.2-ci-bəndində qeyd edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 6.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi müvafiq olaraq hansı sənəddə səhv qeyd aparılıbsa, həmin qeydin düzəldilməsi barədə müvafiq orqana müraciət etməli, imtina verildiyi halda isə müvafiq orqanın hərəkətindən inzibati məhkəməyə müraciət etməli idi. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Gəncə şəhər VVAQ Şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydi ilə verilmiş ölüm haqqında şəhadətnamənin ərizəçinin X1na məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəni vermiş şəxsə izah edilsin ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5080/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5080/2024
26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver