Məhkəmə qərarları › İş №2(125)-509/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-509/2024

08.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-509/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X9 və Himayəçilik Komissiyası) – “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X9 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.*9.1999-cu il təvəllüdlü X8 və 21.*2.2**5-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun oğlu 18.*9.1999-cu il tarixdə anadan olmuş X8 və 21.*2.2**5-ci il tarixdə anadan olmuş X7 anadangəlmə ruhi xəstədirlər. Xəstəliklərinə görə onların hər ikisi X16 Dispanserində uçotda dayanır. Hazırda onlar 1-ci dərəcəli əlildirlər. Cəfər və Hüseyn Əkbərovlar öz hərəkətlərini və danışıqlarını başa düşmür, demək olar ki, öz həyatları üçün təhlükəli hərəkətlərə yol verirlər. Təhlükəli maşın yolunu keçir, heç bir səbəb olmadan qonşularla dava çıxarır, dövlət idarə və müəssisələrində öz hüquqlarını qoruya və vəzifələrini yerinə yetirə bilmirlər. Bütün bunlara görə onlara zəruri köməkliyi etmək üçün Cəfər və Hüseynə qəyyum təyin edilməsinə ehtiyac vardır. Bu məqsədlə o, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının X9 və Himayəçilik Komissiyasına müraciət etmişdir. Oradan bildirmişlər ki, onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd edilənlərə uyğun izahat verərək övladları - 18.*9.1999-cu il təvəllüdlü X8 və 21.*2.2**5-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X9 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, *62423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 18 sentyabr 1999-cu il tarixində doğulmuşdur. Atası: Ərizəçi, anası: X2r. AZ-İ seriyalı, 57583* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 21 fevral 2**5-ci il tarixdə doğulmuşdur. Atası: Ərizəçi, anası: Rəfi-zadə Böyükxanım Rasim qızıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 17 avqust 2*23-cü il tarixli, 1151/12 nömrəli arayışdan görünür ki, X7 *9 oktyabr 2*12-ci ildən hal-hazıradək X16 Dispanserində ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, nitq pozuntusu diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 23 oktyabr 2*23-cü il tarixli, 988/*6 nömrəli arayışdan görünür ki, X8 14 sentyabr 2**6-cı il tarixdən hal-hazıradək X16 Dispanserində autizm, kəskin əqli gerilik, baş verən psixoloji hallar diaqnozu ilə qeydiyyatda durur. Başqasının köməyinə ehtiyacı vardır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1*/2*18 nömrəli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X1 debillik, dərəcəsində olan kəmağıllıq, tez-tez müşahidə edilən psixotik hallarla diaqnozu qoyulmuşdur. Başqasının köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 5- 1/1-Ə-37*-*99/2*23 nömrəli, *3 noyabr 2*23-cü il tarixli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, Cəfər Əkbərov və Hüseyn Əkbərovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə qəyyumluğa verilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cəfər Əkbərov və Hüseyn Əkbərovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7577/2*23 nömrəli, 14 dekabr 2*23-cü il tarixli qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” X14n X11 Şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 55/23 nömrəli çıxarışdan görünür ki, 21.*2.2**5-ci il təvəllüdlü X7 anadan vaxtında doğulmuşdur. Valideynləri yaxın qohumdur. (xala uşaqları) İrsiyyətində psixiki xəstəliklə ağırlaşma vardır. Qardaşı autizm xəstəsidir. İlkin psixo-fiziki inkişafı ləng olmuşdur. Vaxtında yeriyib, danışmır, tək-tək sözlər deyir, cümlə qura bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) 988/*6 nömrəli çıxarışdan görünür ki, 18.*9.1999-cu il təvəllüdlü X5 valideynləri qohumdur. Qardaşı ruhi xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 X11 Şöbəsinin 25 yanvar 2*24-cü il tarixli, 58 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X6 hal-hazırda yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (TSEK-dən verilmiş *8.11.2*18-ci il tarixli şəhadətləndirilmə aktı, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 25.1*.2*11-ci il tarixli, 1187/2*11 saylı ambulator karta), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyllilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin qrammatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını qismən düzgün aparsa da, daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatlarında) səhvlər etməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyək izah edə bilməməsi, adi məişət problemlərini həll etmək qabiliyyətində olması, emosiyalarında davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=51 faiz və s.) 18.*9.1999-cu il təvəllüdlü X6 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyi aşkar olunur. 18.*9.1999-cu il təvəllüdlü X6 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X8 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 X11 Şöbəsinin 25 yanvar 2*24-cü il tarixli, 59 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X3 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 17.*8.2*23-cü il tarixli, 1151/12 saylı arayış), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda hara gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=29 faiz və s.) 21.*2.2**5-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi aşkar olunur. 21.*2.2**5-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. 18.*9.1999-cu il təvəllüdlü X8 və 21.*2.2**5-ci il təvəllüdlü X4 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi hər iki oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onların psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 25 yanvar 2*24-cü il tarixli, 58 saylı və 25 yanvar 2*24-cü il tarixli, 59 saylı rəyləri ilə də müəyyən olunmuşdur ki, 18.*9.1999-cu il təvəllüdlü X6 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyi aşkar olunur. 18.*9.1999-cu il təvəllüdlü X6 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X8 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin, 21.*2.2**5-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi aşkar olunur. 21.*2.2**5-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X8 və X4 əqli və psixi cəhətdən xəstə olmaları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərinə rəhbərlik edə bilməmələri ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyləri ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 və X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiklərindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiklərindən, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək , X8 və X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X8 və X7 Ərizəçi övladlarıdır. Belə olduğu halda, ərizəçi, X8 və X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilmələrinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də ərizə təmin edilməli və 18.*9.1999-cu il təvəllüdlü X8 və 21.*2.2**5-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*5-3*6, 317-322 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 18.*9.1999-cu il təvəllüdlü X8 və 21.*2.2**5-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar