Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-510/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızı, İddiaçı4 və Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızı cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 27.*8.2*21-ci il tarixdə Gəncə “ASAN xidmət mərkəzi”ndə bağlanılmış AN-İ seriyalı, *947355 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin, bu müqavilə əsasında cavabdehin adına olan dövlət reyestrdən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə başçısı kimi o, ailəsi ilə birlikdə Samux rayonu, Bağbanlar kəndində yaşayırlar. 2*21-ci ildə oğlu İddiaçı3 onlara böyük məbləğdə borcu olduğunu, tez bir zamanda bu borcu ödəyə bilməsə onun üçün çox pis olacağını demişdir. Təbii ki, onlar bundan çox narahat olmuş, ondan borcun haradan yarandığını soruşsalar da, günü bu gün də onlara bu barədə məlumat verməmiş, sadəcə bildirmişdir ki, şəxslərə başqa-başqa məbləğdə (məsəl üçün Xəyala 34** manat, Müseyibov Süleymana 8** manat, Eldənizə 2*** manat və s.) borcu var, tez bir zamanda borcları qaytarmağa məcburdur, əks halda onun üçün çox pis vəziyyət yaranacaq. Bundan sonra onlar borc pul axtarmağa başlamışlar ki, Elvinin borclarını qaytarsınlar. Elvinin tanıdığı Elnur adlı şəxs ona kömək edə biləcək adam tanıdığını, həmin adamın faiz qarşılığında Elvinə borc verə biləcəyini, hətta özünün də həmin şəxsdən borc aldığını demişdir. Elnur cavabdeh Tərlanla Elvini tanış etmiş, hətta Tərlan onların evlərinə bir neçə dəfə gəlmiş, Elvinin borclarını qaytarması üçün borc verə biləcəyini, lakin işini bütöv tutması üçün onunla müqavilə bağlamaqla evi girov qoymaq lazım olduğunu vurğulamışdır. Elvinin təxminən borcunun 15*** manat olmasını bildirəndən sonra, bu pulu Tərlan onlara 36 ay müddətinə ayda 8** manat qaytarmaq şərti ilə verə biləcəyini demişdir. Beləliklə onlar Gəncə “ASAN” Xidmət mərkəzində 27.*8.2*21-ci il tarixdə müqavilə bağlamışlar. Əslində bu müqavilənin alqı-satqı müqaviləsi olmasını onlar sonradan dərk etmişlər. Belə ki, onların cavabdehlə aralarındakı razılıq belə olmuşdur ki, cavabdeh onlara 15*** manat bir verəcək, onlarla da pulu artıqlaması ilə aybaay geri qaytaracaqlar. Baxmayaraq onlar aralarında rəsmiləşdirilən müqavilənin əslində girov müqaviləsi yox, alqı-satqı müqaviləsi olduğunu sonradan bilmişlər. Lakin hər ay cavabdehə borcu qaytardıqlarından, həmçinin cavabdehlə aralarında narazılıq olmadığından düşünməmişlər ki, cavabdeh bundan sui-istifadə edərək aralarında bağlanılan alqı-satqı müqaviləsindən istifadə edib bu gün onları evdən çıxarmaq niyyətində olsun. Yaşadıqları evin bu gün yox, hələ 2*21-ci il tarixdə bazar dəyəri 9**** manatdan aşağı deyildir. Tələsik halda bu evi heç olmasa 7**** manata satmaq mümkündür. Lakin aralarındakı müqavilə formal olaraq bağlanılmış və müqavilədəki 25*** manat qiymət də formal olaraq göstərilmişdir. Belə ki, Elvinə 15*** manat pul lazım idi, lakin notarius onlara bildirmişdir ki, evin qiymətini 15*** manat göstərmək mümkün olmayacaq. Çünki bu qədər ucuz ev satılması inandırıcı olmaz. Ona görə də cavabdeh təzədən evin qiymətini 25*** manat yazdırmış, hətta üstündə əlavə 1**** manat pul olmadığına görə, özünün tanıdığı bir nəfərə dedikdən sonra 1**** manatı da gətirib müqaviləyə uyğun satıcının-onların depozit hesabına qoymuş, bundan sonra Elvin 25*** manatın 1**** manatını onların yanında dərhal cavabdehə qaytarmış, 15*** manatdan da təxminən vergi və sənəd işlərinə görə 12**-13** manat çıxılmış, beləliklə Elvinə haradasa 137** manat pul çatmışdır. Bu dediklərini "xxxx"də etmişlər, hətta orada olan kameralara baxış keçirməklə bunun müəyyən etmək mümkündür. Elvinin borcu təxminən 15*** manat olduğundan, hətta cavabdeh elə orada təzədən Elvinə 1*** manat da pul vermişdir ki, təki Elvin borcunu qaytara bilsin. Danışıq belə olmuşdur ki, 15*** manatı ayda 8** manat olmaqla, 36 ay boyunca ödənişin bu 1*** manata aidiyyəti yoxdur. 1*** manatı isə ayda 4** manat olmaqla 3 ay boyunca ona qaytaraq. Beləliklə 1*** manat pulu Elvin 3 aya qaytarmışdır. 15*** manat borcdan isə 1-ci ayda 8** manatı Afətlə Elnur birlikdə aparıb cavabdehin qonşusuna vermişlər. Çünki cavabdeh evdə olmadığını, ona görə də pulu qonşuya vermələrini demişdir. 2-ci ayı 8** manatı Afətlə Elnur aparıb şəxsən cavabdehə vermişdir. 3-cü ayın ödənişi gələndə Elvin artıq Moskvadan qayıtmış, aparıb özü vermişdir. 4 və 5-ci ayda ödənişi birlikdə 16** manat şəklində vermişdir. Bu minvalla aydan-aya ödənişlər etsələr də, lakin sonralar çətinlikləri olmuşdur. Artıq ödənişlərin vaxtında qaytara bilmədiklərindən cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamış, son zamanlar da bu daha da dərinləşmiş, ona görə də onlar pulu rəsmi olaraq vermək qərarına gəlmişlər. İddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən göründüyü kimi 1*** manat pulu *2.*6.2*23-cü il tarixdə cavabdehin hesabına köçürmüşlər. Təəssüflər olsun ki, qaytardıqları pulların hamısını bu üsulla yox, əldən-ələ vermişlər. Əgər onların aralarında bağlanılmış alqı-satqı müqaviləsinin əsl məzmunu o olmuşdursa ki, onlar əmlakı satıb müqavilədə göstərilən müddətdə (1 ay) evdən çıxacaqlar, onda sual yaranır ki, bəs aradan keçən 2 il müddətində onlar niyə evdən çıxamamışlar və ya bu müddət boyunca niyə cavabdeh maraqlı olmamışdır ki, onları evdən çıxarmış olsun? Hansı ki, cavabdeh cari ilin avqust ayında evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək onlara qarşı iddia qaldırmışdır. Buna da səbəb artıq cavabdehlə aralarında olan narazılıqlardır. Belə ki, onlar cavabdehə 12*** manat pul qaytarmış, lakin cavabdeh bunu danaraq ona bu qədər pul qaytarmadıqlarını deməsidir. Cavabdeh həmin iddia ərizəsində bu qədər gözləməsinin xoşniyyət olduğunu, guya onlara yaxşılıq etdiyini bildirsə də, əlbəttə bunlar tam yalandır. Belə ki, inandırıcı deyildir ki, əgər cavabdehin əsl niyyəti ev almaq olmuşdursa (tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsi yalan əqd deyildirsə) onda niyə görə bu qədərdir gözləmək məcburiyyətində qalmışdır. Cavabdeh evdən çıxarılma tələbi üzrə iddia ərizəsində açıq şəkildə qeyd edir ki, onlar cavabdehin qohumları, tanışları və ailə üzvü deyildir. Göründüyü kimi ev almış olasan, 2 il boyunca satıcılar evdən çıxmasın və bu müddət ərzində satıcılara qarşı tələb irəli sürməyəsən. Bütün bunlar bir daha ona əsas verir ki, həqiqətən də onlar arasında olan müqavilə yalan əqd olmuş, sadəcə tərəflərin niyyəti alınan borc qarşılığında evi girov qomaq olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrindən *2.*9.2*21-ci il tarixli çıxarış almışdır. Hesab edirlər ki, çıxarışın verilməsinə əsas olan müqavilə etibarsız olduğundan, bunun əsasında verilmiş çıxarış da ləğv edilməldir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, borcu olduğu üçün pul lazım olmuş və tanışı onu Cavabdeh1 ilə tanış etmişdir. Cavabdeh onların evinə gəlmiş, ona borc verə biləcəyini lakin bunun üçün Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini adına keçirtməsini bildirmişdir. O, cavabdehlə razılaşmışdır. Beləliklə cavabdehlə aralarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, atası İddiaçı1 və anası İddiaçı2 həmin müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbəri olmamışdır. Cavabdehlə aralarında olan şifahi razılaşmaya görə olan borcunu ona ödədikdən sonra yenidən evi öz adına keçirəcəkdi. Yəni cavabdeh evi qaytarıb ona satmalı idi. Lakin belə bir hal barədə ailə üzvlərinə deməmiş, əksinə onlara evi borcuna görə girova qoyduğunu, bunun üçün notariusa getməli olduqlarını bildirmişdir. Ailə üzvləri isə notariusda müqaviləni oxumadan imzalamışlar. Cavabdehlə aralarında alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış, niyyətləri əslində cavabdehdən götürülən borcun təminatı olaraq evi girov qoymaq olmuşdur. Buna baxmayaraq, cavabdeh həmin müqavilədən istifadə edərək, onları evdən çıxarmaq niyyətindədir. Bununla yanaşı, cavabdehlə aralarında borc barədə olan videogörüntü və səs yazısı yoxdur. Eyni zamanda hər ay borcundan cavabdehə ödəniş etməsinə dair hər hansı yazılı qəbz də yoxdur. Buna baxmayaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 ilə aralarında 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılsa da, nə onun hansı müqaviləyə imza etməsindən xəbəri olmuş, nə də müqavilənin mətnini oxumuşdur. Belə ki, oğlu İddiaçı3 borc lazım olduğu üçün Cavabdeh1 müraciət etmişlər və sözügedən müqavilənin də borcun təminatı olaraq girov müqaviləsi olduğunu zənn etmişdir. Cavabdeh1 depozit hesaba 25*** manat pul qoymuş, həmin pulun 1**** manatı dərhal cavabdehin özünə qaytarılmış, 15*** manat isə borc almışlar. Həmin borcdan da aybaay cavabdehə təxminən 11*** manat qaytarılmış və hal-hazırda 4*** manat borcları qalmışdır. Onun cavabdehlə aralarında bağlanan müqavilənin alqı-satqı müqaviləsi olmasından qətiyyən xəbəri olmamışdır. Asan xidmət mərkəzində notariat ofisində müqavilə bağlanan zaman təxminən ailə üzvləri ilə 4 saata yaxın gözləsə də, ona müqavilənin mətni izah olunmamış, həmçinin, müqavilənin baş hissəsində böyük hərflərlə “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” sözlərinin yazılmasına əhəmiyyət verməmişdir. Eyni zamanda notarius tərəfindən ona müqavilənin alqı-satqı müqaviləsi olması barədə də hər hansı məlumat verilməmişdir. Sadəcə ona notariusda hansı sənədə demişlərsə, oxumadan həmin sənədlərə imza etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı6 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, işdə olan zaman digər iddiaçılar ona zəng edərək, qardaşı İddiaçı3 borcu olduğunu buna görə də ümumi birgə mülkiyyətlərində olan Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini girov qoyaraq, pul götürməli olduqlarını bildirmişlər. Beləliklə, evi girov qoymaq məqsədi ilə cavabdehlə aralarında 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin, həmin müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbəri olmamış, borcun təminatı kimi girov müqaviləsi bağladıqlarını zənn etmişdir. Təxminən, 1 ilə yaxın müddətdir ki, sözügedən müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbər tutmuşdur. Notariusda olan zaman müqavilə və digər sənədlərə oxumadan imza etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, digər iddiaçılarla birlikdə onun istəyi qardaşı İddiaçı3 borcunu ödəmək üçün Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini girov qoyaraq, Cavabdeh1 borc pul almaq olmuşdur. Cavabdeh yalnız sözügedən evi girov qoyacaqları halda, borc pul verməyə razı olmuşdur. Buna görə də cavabdehlə aralarında 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli müqavilə bağlanılmış, cavabdehdən borc almış və qardaşı İddiaçı3 borcunu ödəmişlər. Lakin, həmin müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbəri olmamış, alqı-satqı müqaviləsi bağlamaq kimi bir niyyəti də olmamışdır. Notariusda olan zaman bütün sənədlərə oxumadan imza etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 ilə aralarında Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evinə dair alqı-satqı olmamışdır. Cavabdeh Tərlan İsmayılov əvvəlcə onların evinə gəlmiş, alıcı qismində evə baxmış, lakin, onların evində gözü olmadığını, yalnız borcun təminatı olaraq evi girov qoymalı olduqlarını bildirmişdir. Onlar cavabdehlə oğlu İddiaçı3 borcunu ödəmək üçün razılaşmışlar. Onların niyyəti alqı-satqı yox, evi borca görə girov qoymaq, yəni girov müqaviləsi bağlamaq olmuşdur. 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbəri olmamış, həmin müqaviləni oxumamışdır. Sözügedən müqavilə onun iradəsini əks etdirmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı İsgəndərova (Həsənova) Aynur Yaşar qızı digər iddiaçılar ilə oxşar məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, onun da mübahisələndirilən alqı-satqı müqaviləsindən xəbəri olmamış, ailə üzvlərinin xahişinə əsasən Gəncə "xxxx" Mərkəzinin notariat ofisinə gələrək orada notariusun işçilərinin təqdim etdiyi sənədlərə oxumadan imza etmiş və həmin sənədlərin mətni ilə tanış olmamışdır. O, yalnız evlərinin cavabdehdən alınan borca görə girova qoyulduğunu və buna görə cavabdehlə aralarında girov müqaviləsi bağlanıldığını başa düşmüşdür. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılarla Cavabdeh1 arasında Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və sözügedən alqı-satqı müqaviləsi tərəflərin razılığı əsasında qanunun tələblərinə əməl edilməklə və heç bir qanun pozuntusuna yol vermədən bağlanılmışdır. İddiaçıların qeyd etdikləri həqiqətə uyğun olmamaqla, yanaşı buna dair heç bir sübutları da mövcud deyildir. Bundan başqa cavabdeh tərəfindən iddiaçılara humanist davranılmış, alqı-satqı müqaviləsindən sonra onların xahişi əsasında evdə bir müddət yaşamalarına razılıq vermişdir. Bundan sonra iddiaçılar evdən çıxmadıqlarına görə Cavabdeh1 onların evdən çıxarılması tələbi ilə 2*23cü ilin əvvəllərində Samux Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin mülki işin icraatı bu işlə əlaqədar olaraq dayandırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə "xxxx" Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadıqlarını bildirmişdir. Məhkəmə, işə cavabdeh Gəncə "xxxx" Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: *2 may 2*19-cu il tarixli, 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X4 surətindən görünür ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olmuşdur. 27 avqust 2*21-ci il tarixli satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 və alıcı Cavabdeh1 tərəfindən Gəncə "xxxx" mərkəzi Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 məxsus olan Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 145,6 kv/m), Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 145,6 kv/m) 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin, bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notarial qaydada təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qoyulmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC ASAN Gəncə şöbəsinə ünvanlanmış 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktubdan görünür ki, ünvan 5an Cavabdeh1 tərəfindən Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25*** (iyirmi beş min) manat məbləğində pulun müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndi ünvanında qeydiyyatda olanlar: İddiaçı3, İddiaçı2, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olanlar: İddiaçı1, İddiaçı6, İddiaçı4 və İddiaçı5 verilməsi üçün bankda olan 338*1*1944********** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 27 avqust 2*21-ci il tarixli, FJB2123922**9*28 nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh1 25*** (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2*21-ci il tarixli, 593 nömrəli arayışdan görünür ki, İddiaçı3 ona məxsus olan Samux rayon, Bağbanlar kəndində *,12 ha torpaq sahəsində ev inşa etmişdir. Çıxarış qeydiyyat nömrəsi 1519**8387, qeydiyyat tarixi *2.*5.2*19 olan ünvanda yerləşən fərdi yaşayış evində (mənzil) aşağıda göstərilən şəxslər daimi pasport qeydiyyatındadırlar: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6. Adları qeyd olunan şəxslərdən başqa həmin ünvanda heç kim daimi pasport qeydiyyatında yoxdur. 213318**2**29 nömrəli, 8İ-2**29 reyestr nömrəli İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin arvadı – İddiaçı2 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. İİİ-JQ seriyalı, 27*892 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı1 ilə X17 arasında nikah 23 dekabr 1983-cü il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 dekabr 1983-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. 213318**2**28 nömrəli, 8İ-2**28 reyestr nömrəli İddiaçı2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı1 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. AZ-İ seriyalı, 384618 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı6 ilə X1* arasında nikah 14 mart 2**8-ci il tarixdə Samux rayonu İnstitut qəsəbə və Bağbanlar kəndi İcra nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2**8-ci il tarixdə *5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. 213318**2**33 nömrəli, 8İ-2**33 reyestr nömrəli X7 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı6 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. AZ-İİ seriyalı, 1*7789 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı3 ilə X3 arasında nikah 14 mart 2*16-cı il tarixdə Gəncə "xxxx" mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2*16-cı il tarixdə 613 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. 213318**2**27 nömrəli, 8İ-2**27 reyestr nömrəli X5 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı3 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. AZ-İ seriyalı, 824456 nömrəli nikah haqqından şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X8 ilə X11 arasında nikah 27 mart 2*13-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 mart 2*13-cü il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsgəndərov”, arvada “İsgəndərova” soyadı verilmişdir. 213318**2**32 nömrəli, 8İ-2**32 reyestr nömrəli X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin arvadı – İddiaçı5 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. AZ-İ seriyalı, 557*38 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı4 ilə X12 arasında nikah 25 mart 2*1*-cu il tarixdə Samux rayonu İnstitut qəsəbəsi və Bağbanlar kəndi üzrə İcra nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 mart 2*1*-cu il tarixdə *2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. 213318**2**3* nömrəli, 8İ-2**3* reyestr nömrəli X12 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı4 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür. 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verir(lər): Satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 (ümumi sahəsi *,12 ha olan torpaq sahəsini və ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evini) – Alıcı Cavabdeh1 satdılar. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *2.*5.2*19 tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 verilmiş 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli X6 əsasən birgə mülkiyyət üzrə *,12 ha; ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *2.*5.2*19-cu il tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 verilmiş 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli X6 əsasən birgə mülkiyyət üzrə *,12 ha; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş 27.*8.2*21-ci il tarixli, qeydiyyat nömrəsi 2127*81442WT331*4 olan arayışa əsasən müqavilə bağlananadək Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətinə satdılar. Alıcı(lar) isə həmin qiymətə aldı(lar). *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X2 görünür ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi tam pay olmaqla, Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, *2 may 2*19-cu il tarixli, 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X6 əsasən Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olmuşdur. 27 avqust 2*21-ci il tarixində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 və Cavabdeh1 Gəncə "xxxx" mərkəzi Notariat ofisinə ərizə ünvanlayaraq, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 məxsus olan Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 145,6 kv/m), Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 145,6 kv/m) 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin, bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notarial qaydada təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qoyulmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC ASAN Gəncə şöbəsinə 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktub ünvanlayaraq, ünvan 5an Cavabdeh1 tərəfindən Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25*** (iyirmi beş min) manat məbləğində pulun müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndi ünvanında qeydiyyatda olanlar: İddiaçı3, İddiaçı2, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olanlar: İddiaçı1, İddiaçı6, İddiaçı4 və İddiaçı5 verilməsi üçün bankda olan 338*1*1944********** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı ASC-nin 27 avqust 2*21-ci il tarixli, FJB2123922**9*28 nömrəli mədaxil qəbzi ilə təsdiq olunmuşdur ki, Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin Azərbaycan Beynəlxalq Bankı ASC-yə ünvanladığı 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktub əsasında 25*** (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evini 25*** (iyirmi beş min) manata Cavabdeh1 satmışlar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bu barədə 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X6 verilmişdir. Hal-hazırda iddiaçılar Cavabdeh1 ilə aralarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bağlanılmış 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli alqı-satqı müqaviləsini mübahisələndirərək, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışlar. İddiaçılar məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh Gəncə "xxxx" Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və qanuna uyğun çıxarılacaq hər hansı bir qərara etirazı olmadığını bildirmişdir. Həmçinin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızı Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi yox, əslində girov müqaviləsi bağlamaq niyyətində olduqlarını, belə ki, cavabdehlə aralarında sözügedən müqavilə bağlanan zaman həmin müqavilənin məhz alqı-satqı müqaviləsi olduğunu bilmədiklərini əsas gətirərək, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evinə dair Cavabdeh1 ilə aralarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bağlanmış 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Cavabdeh1 adına verilmiş *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Çıxarışın ləğv edilməsini tələb etmişlər. Lakin, məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçılar tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, eyni zamanda, iddiaçılar tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə heç bir mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Əksinə məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) X15 rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini satmaq barədə əvvəlcədən məlumatlı olmuş və notariat ofisində öz iradələrini ifadə edərək öz əmlaklarını cavabdehə satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi digər hallar da məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Məhkəmə hazırkı mübahisə ilə bağlı mülki qanunvericiliyin zəruri olan hüquq normalarını da qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14*-cı maddəsinə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6-cı maddəsinə görə yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 4*4.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.*.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu da iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-510/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-510/2024
29.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver