Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-512/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzilin reyestr kitabında 20276 nömrə ilə qeyd edilmiş qeydiyyat vəqisəsinin X6 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, X10 onun əri olmuş və xx.xx.2023-cü il tarixdə ölmüşdür. Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli mənzil D.C.İbrahimovun mülkiyyətində olmuş və D.C.İbrahimovun ölümündən sonra həmin mənzilə vərəsəlik qaydasında mülkiyyət hüququnun əldə olunması üçün notariat ofisində müraciət etmişdir. Lakin həmin vaxt Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli mənzilə qeydiyyat vəsiqəsində texniki yalnışlıq nəticəsində X4 adının X1 yazıldığı məlum olmuşdur. O, həmin yalnışlılığın məhkəmədən kənar qaydada həllinə cəhd göstərsə də, buna nail ola bilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2001-ci il tarixli, 20276 reyestr nömrəli qeydiyyat vəqisəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X7 məxsusdur. İş materiallarında olan İ-ИЕ seriyalı, 423122 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi arasında olan nikah Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1965-ci il tarixdə 478 akt qeyd nömrəli ilə qeyd alınmışdır. İşdə olan AZ-İİ seriyalı, 345614 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə, Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 867 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü ildə vəfat etmiş əri-X2 miras qalmış ünvan 5 ünvanında yerləşən mənzilə (qeydiyyat vəsiqəsi 20276, verilmə tarixi xx.xx.2001) dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən Ərizəçi mərhum X4 birinci növbədə vərəsəsidir. Lakin Ərizəçi həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum- X4 adına ünvan 5 ünvanında yerləşən mənzilə (qeydiyyat vəsiqəsi 20276, verilmə tarixi xx.xx.2001) dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və ya arayış verilməsinə müvafiq göstəriş verilməsi xahiş olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3*21-3- 33/2-8183/2023 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1987-ci il tarixli, 20276 nömrəli qeydiyyat vəsiqəsində mülkiyyətçinin ata adında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən «X11» kimi qeyd olunduğu və X10 ilə qeydiyyat vəsiqəsində qeyd olunmuş «X5» eyni olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-S-2183//8/2023 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər Kəpəz rayon X14 İcraiyyə Komitəsi arxiv fondunun xx.xx.1987-ci il tarixli, 16 saylı protokol yoxlanılmış, X4 adına heç bir qərar aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2023cü il tarixli, 3-48-DA-4F/2-S-2182//8/2023 nömrəli arxiv arayışından görünür ki, Dövlət arxivi Gəncə filialında mühafizə olunan xx.xx.1962-ci il tarixli, 367 saylı orderdə X4 ata adı Cəmil kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-0290/2024 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 6 ünvanında yerləşən Azərbaycan SSR Kirovabad şəhər zəhmətkeş deputatları Sovetinin xx.xx.1971-ci il tarixli, 115 nömrəli “mənzil dəyişmək üçün” orderə əsasən X7 verilmişdir. Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.2001-ci il tarixli, 16 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən qeyd olunan mənzil X11 adına xx.xx.2011-ci il tarixli, 20276 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13- 4744/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1935-ci il tarixdə anadan olmuş X4 ailə tərkibi arvadı Ərizəçi (xx.xx.1940); qızı X8 (xx.xx.1966), oğlu X12 (xx.xx.1969) və qızı X3r.(xx.xx.1973) Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 4 nömrəli evin 21 mənzilinə dair xx.xx.2001-ci il tarixli, 20276 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 4 nömrəli evin 21 mənzilinə dair xx.xx.2001-ci il tarixli, 20276 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 4 nömrəli evin 21 mənzilinə dair xx.xx.2001-ci il tarixli, 20276 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-512/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-512/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver