Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5125/2023 14.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdeh 2 saylı Gəncə Regional “Asan Xİdmət” mərkəzində notariat ofisinə qarşı şəhadətnamənin verilməsinin qadağan olunması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 2 saylı Gəncə Regional “Asan Xİdmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2023-cü il tarixdə verdiyi vəsiyyətnamə əsasında Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evdən pay alması üçün X2ma vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin kateqoriya iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı 2 saylı Gəncə Regional “Asan Xİdmət” mərkəzində notariat ofisinə şəhadətnamənin verilməsinin qadağan olunması barədə tələblə deyil, vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə tələblə müraciət etmiş və sonuncu tərəfindən həmin müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə belə olan halda hesab edir ki, İddiaçı hazırkı tələblə qanunla müəyyən edilmiş qaydada mirasın açıldığı yerin notariusuna müraciət etmədiyindən və (ya) həmin orqanın onun müraciətindən imtina etməsinə dair lazımi sənədi təqdim etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh 2 saylı Gəncə Regional “Asan Xİdmət” mərkəzində notariat ofisinə qarşı şəhadətnamənin verilməsinin qadağan olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5125/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5125/2023
14.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver