Məhkəmə qərarları › İş №2(125)-5139/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5139/2024

28.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5139/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı «hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı Gəncə şəhəri, Nizami küçəsində yerləşən 1* nömrəli fərdi yaşayış evinə və *,*714 ha torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair *9.*2.2*24-cü il tarixli, 24/24 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən "xxxx" QSC-nin adına verilmiş 2*1*13**2*97-1*3*1 reyestr nömrəli və 12.*2.2*24-cü il tarixli, 1524**6358 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və hərracın yenidən təşkil olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərilsə də, ona qarşı yönələn tələb göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:19.*8.2*24, qəbz nömrəsi:15423**235) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı «hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə, həmçinin hərracın təyin olunmasına dair icra məmururun qərarlarını qanunsuz hesab etdikləri halda icra məmurunun qərarından şikayətlə məhkəməyə müraciət oluna bilər. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:19.*8.2*24, qəbz nömrəsi:15423**235) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar