Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5145/2024 19.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi" tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” minik markalı avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı2 – 2023-cü ildə maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq, pul götürmək qərarına gəlmişdir. Bu barədə dostları Nadir, Şahmar və Adillə məsləhət etmişdir. Onlar iddiaçı Vüsala bildirmişlər ki, lombarddan avtomobili girov qoymaq şərti ilə borc pul götürə bilər. O dostlarının vasitəsi ilə 2023-cü ilin yay aylarında Cavabdeh1 adlı şəxslə tanış olmuşdur. Dostları Rəfaeli ona borca pul verən şəxs kimi təqdim etdilər. O, Rəfaellə söhbət edərək pulun verilməsinə razılaşmışdır. Həmin vaxt mülkiyyət hüququ üzrə atası İddiaçı1 məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU” minik markalı avtomobilinin girov qoyulması və bankdan pul götürülməsi üçün dostu Cavabdeh2 xx.xx.2024-cü il tarixində etibarnamə vermişlər. Dostu Şahmar həmin gün onunla görüşərək onun pul məsələsini həll etdiyini və avtomobili girov qoyaraq 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürdüyünü bildirərək həmin pulu ona təqdim etmişdir. İddiaçı Vüsal ondan müqavilə və qrafik tələb etmişdir. Şahmar bildirmişdi ki, ayda 1520 manat ödəniş etməklə 1 (bir illik) kreditdir, ödə getsin. Müqaviləyə ehtiyac yoxdur sən ödənişini et, müqavilə təsdiqlənsin, müqavilə və qrafiki təqdim edəcəklər. Sonradan söhbət əsnasında iddiaçı Vüsala məlum olmuşdur ki, Şahmar ondan aldığı etibarnamə əsasında avtomobili pul müqabilində borc bağlananadək Cavabdeh1 adına rəsmiləşdirmiş, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək avtomobili idarə etmək üçün etibarnamə təqdim etmişdir. O və atası Elşən bu məsələ ilə bağlı Cavabdeh2 öz iradlarını bildirmiş və bunla razı olmadıqlarını qeyd etmişlər. Onların arasında mübahisə olduqdan sonra o, Rəfael adlı şəxslə görüşmüş, Rəfael ona bildirmişdir ki, Rəfael onun dostlarına 13500 (on üç min beş yüz) manat pul vermişdir, hazırda onun Rəfaelə 18000 (on səkkiz min) manat borcu var. O, Rəfaelə bildirmişdir ki, ona 12500 (on iki min beş yüz) manat məbləğində pul verilib və o da həmin pulu kredit kimi ödəməyi öhdəsinə götürmüşdür. Ona məxsus avtomobilin addan ada keçirilməsi ilə razı deyil. Onun avtomobilini geri qaytarsın. Rəfael isə bildirmişdi ki, ona etibarnamə təqdim etsin, o da ödənişini etsin. O, 7 ay müddətinə həmin şəxsə 1520 manat məbləğində pulu ödəməyə davam etmişdir. Avtomobili həmin şəxsin adına rəsmiləşdiyi üçün buna məcbur idi. Dəfələrlə Rəfaeldən müqavilə və qrafik verilməsini tələb etməsinə baxmayaraq bugünədək heç bir sənəd ona təqdim edilməmişdir. O, 7 ay ərzində Rəfaelə müqaviləsiz və qrafiksiz 10640 (on min altı yüz qırx) manat məbləğində pul ödəmişdir. Sonradan Rəfaelin yanına gedərək ona 2900 manat pul ödəmək şərti ilə avtomobilini ona qaytarmasını tələb etmişdir. Rafael isə öz növbəsində bildirmişdir ki, onun bu gündən 10000 (on min) manat borcu var, qaytarmadığı təqdirdə avtomobilini satacaq. Bundan sonra, borcu ödəməkdən imtina etmişdir. Avtomobili bir gün də olsun, cavabdehlərin istifadəsində və sərəncamında olmamışdır. İddia tələbinə görə, alqı-satqı formal xarakter daşımış və yalan əqd olmuşdur. Avtomobilin rəsmiləşdirilməsi belə qanunsuz olmuş, o cavabdeh və dostları tərəfindən aldadılmışdır. İlkin alqı-satqı müqaviləsində iradə ifadəsi zədələnmiş və istər ilkin, istərsə də, ikinci müqavilədə hüquq subyektlərinin iradə sərbəstliyi ifadə edilməmişdir. Borc verilməsi avtomobilin alqı-satqısı kimi göstərilərək əsassız olaraq varlanmaq niyyəti güdülmüşdür. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmalı, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı, ilkin alqısatqı müqaviləsinin yalan əqd olmaqla, əslində götürülmüş pul vəsaitinin qaytarılmasının əsası kimi bağlanması məqsədi ilə bağlanan yalan əqd olmaqla, əhəmiyyətsizliyini müəyyən etməlidir. Bundan başqa, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 9800 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi qərəzli və yalandır, iddia ərizəsini qəbul etmir. Belə ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri “Azərbaycan İnşaat Materialları” mağazasının yaxınlığındakı, hazırda adı bu işdə digər cavabdeh kimi keçən Gəncə şəhər sakini X5 məxsus avtosalonda tanışlıqla "Chevrolet Malibu” markalı, ** DP *** dövlət nömrə nişanlı avtomaşını 13500 manat nağd pulla almışdır. Həmin gün Cavabdeh2 vasitəçiliyi ilə öz tanışına ayı 1520 manata bir illik sürmək, sonra isə pulu tam ödədikdən sonra özündə tam qalmaq şərti ilə hazırda bu işdə olan İddiaçı2 vermişdir. Bundan sonra Vüsal 4 ay olaraq aralarındakı razılığa görə 1520 manat pulu onun öz tanışı, adı bu işdə cavabdeh kimi keçən Cavabdeh2 ödəyib, o isə həmin pulları Şahmardan qəbul etmişdir. Bundan sonrakı növbəti ödənişlər İddiaçı2 Telman oğlu tərəfindən dayandırılmış və yaxın zamanlarda pulu yenidən ödəyəcəyini bildirmişdir. Bu müddətdə İddiaçı2 həmin maşında qəza törətdiyini bilmişdir. Avtomaşın onun adına olduğundan Sığorta Şirkətindən 3450 manat sığorta pulu almış və həmin pulu növbəti ayların ödənişi kimi qəbul etmişdir. Bundan sonra ödəniş İddiaçı2 tərəfindən tam dayandırılmış və İddiaçı2 ona bildirmişdir ki, “bir az gözlə maşını sataq və sənə yerdə qalmış pulu tam ödəyəcəm”. Ödəniş yenə uzun müddət olmadığından 2024-cü ilin mart ayında İddiaçı2 Telman oğlu onun adına olan avtomaşını dayanacaqdan qaçırdıb apararaq gizlətmiş və ona bildirmişdi ki, “qalmış pulu sənə verməyəcəyəm”. Buna görə o, Daxili İşlər Nazirliyinin “102” Çağrı Xidmətinə zəng edərək ona aid olan avtomaşının tapılıb ona qaytarılması barədə Gəncə Şəhər Polis İdarəsində araşdırılmasını xahiş etmişdir. Avtomaşın tapılmadığı üçün yenidən Gənə Şəhər Yol Polis İdarəsinə müraciət etmişdir. Gənə Şəhər Yol Polis İdarəsinin səyi nəticəsində avtomaşın 2024-cü ilin avqust ayında tapılmış və ona təhvil verilmişdir. Bundan sonra aralarında vasitəçi olan Cavabdeh2 demişdir ki, bu işi yoluna qoysun, sonuncu heç bir köməklik edə bilmədikdə ona bildirmişdir ki, “maşın sənin öz adınadır, apar sat öz pulunu götür”. Sonrakı mərhələdə göstərilən avtomaşını Bakı şəhərində 15500 manat satmışdır. Satmamışdan qabaq avtomobilə 1000 manat xərc çəkmişdir. Özündə apardığı hesablamaya görə İddiaçı2 avtomaşına görə ona 9000 manat pul ödənilib. Aralarındakı razılaşmaya görə Vüsal maşından istifadə etdiyinə və ödənişləri hissə-hissə apardığına görə ona 18000 manat pul ödəməli idi. O, iddiaçılar tərəfindən ona verilən puldan maşının tapılmasına, yaxşı qiymətə satılması üçün çəkdiyi 1000 manat təmir xərclərinə və onların istifadə etdiyi müddətlərdə onun adına gələn cərimələrə və digər əlavə xırda xərclərə görə 5000 manat xərci çıxıbdır. Həmin xərcləri də, hesablamaqla bildirir ki, cavabdehin ona ödəmədiyi pullara və vurduğu zərərə görə əlavə 9800 manat borcu vardır. Ona görə də, ilkin iddia təmin ediləcəyi halda həmin pul iddiaçılardan alınıb ona verilməlidir. Gəncə Şəhər Polis idarəsi və X26 idarəsində araşdırmalar aparılmış və bu müddətdə ona maddi və mənəvi ziyanlar dəymişdir. Bunun nəticəsində onun əsəbləri və sağlamlığı pozulmuşdur. İddiaçıların ona qarşı qaldırdıqları iddia əsassız və qərəzlidir, iddiada qaldırılanlar reallığı əks etdirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, avtomobilini lombarda salaraq kredit götürmək istəmişdir. Buna görə də üç şəxsə - Adil, Şahmar və Nadirə müraciət etmişdir. Onlar Cavabdeh1la əlaqə yaratmışlar. Atası, yəni digər iddiaçı Elşən cavabdeh Şahmara baş etibarnamə vermişdir ki, kredit götürsün. Cavabdeh Şahmar isə xx.xx.2023-cü il tarixdə onların xəbəri olmadan avtomobili alqısatqı edərək Cavabdeh1 adına rəsmiləşdirmiş, 13500 manat kredit götürmüşdür. Buna baxmayaraq ona çatan məbləğ 12500 olmuşdur. Lakin əslində ona 13500 manat məbləğində kredit verilməsindən sonradan xəbəri olmuşdur. Ödənişinin 2-ci ayından, təxminən 2023-cü ilin aprel ayından etibarən dəfələrlə cavabdehlərdən ona müqavilə və ödəniş qrafikinin verilməsini tələb etsə də, cəhdləri nəticəsiz qalmışdır. Həmçinin aralarındakı razılaşmaya görə o, 10 ay müddətinə hər ay 1520 manat ödəməklə, 12500 manatın müqabilində faizi ilə birlikdə Cavabdeh1 15200 manat pul vəsaiti ödəməli idi. Lakin elə ödənişin 2-ci ayında bilmişdir ki, əslində 10 ay yox, 1 il müddətinə hər ay 1520 manat olmaqla, 18240 manat ödəməlidir. O faizin həddən artıq yüksək olduğunu, yəni 12500 manat müqabilində 18240 manat ödəməli olduğunu bildikdən sonra aralarında narazılıqlar yaranmağa başlamışdır. Belə ki, cavabdeh Rəfaelə Şahmar vasitəsilə 5 ay, hər ay 1520 manat ödəniş etmiş, həmçinin törətdiyi avtoqəza nəticəsində sığorta şirkəti tərəfindən ona ödənilən 3450 manat da cavabdeh Rəfaelə verilmişdir. Həmçinin sözügedən avtomobil bir gün də olsun, cavabdehlərin istifadəsində olmamışdır. Bu müddət ərzində Cavabdeh1 həm özünə, həm də atasına etibarnamələr vermiş, avtomobil özlərinin istifadəsində olnuş, hətta 2023-cü ilin avqust ayında avtomobillə avtoqəza törətdikdən sonra da avtomobilin bütün təmir xərcini özü qarşılamış, cavabdeh Rəfael tərəfindən təmirə heç bir xərc çəkilməmişdir. Avtomobillə qəza törətdikdən sonra Cavabdeh1 2023-cü ilin sentyabr ayında ona verdiyi etibarnaməni ləğv edərək avtomobilin axtarışa verilməsi üçün polisə müraciət etmişdir. Bundan sonra avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Avtomobilin əsl açarı onda olmasına baxmayaraq, onlar iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, əlavə açar çıxararaq avtomobili duracaqdan çıxarıb Bakıya aparmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, "Chevrolet Malibu” markalı, ** DP *** dövlət nömrə nişanlı avtomobil onun avtomobilidir, xx.xx.2023-cü il tarixdə avtomobilin girov qoyulması müqabilində Cavabdeh1 tərəfindən oğlu, yəni digər İddiaçı2 13500 manat pul vəsaiti verilməsi nəzərdə tutulsa da, Cavabdeh2 və dostları Nadir və Adil həmin puldan 400, 300 və 300 manat olmaqla, 1000 manatını, özlərinə götürmüş, oğluna çatan məbləğ 12500 manat olmuşdur. Belə ki, cavabdeh Rəfaelə oğlu Vüsal hər ay 1520 manat olmaqla, 5 ay ödəniş etmiş, həmçinin oğlu Vüsalın avtoqəza törətməsi nəticəsində ona sığorta şirkəti tərəfindən ödənilən 3450 manat pul vəsaiti də Rəfaelə verilmişdir. Nağd formada onlar tərəfindən cavabdeh Rəfaelə 10600 manat məbləğində pul vəsaiti verilib. Polis orqanında verdikləri izahatlarda da bu tamamilə sübut olunur. Belə ki, polis orqanında cavabdeh Rəfaellə 1900 manat borcunun olması, hətta həmin məbləğin üstünə 1500 manat da əlavə pul vəsaiti qoyaraq, cəmi 3400 manat ödəyə biləcəyi, borcunu ödədikdən sonra avtomobilin ona qaytarılması və onun adına keçirilməsi barədə razılaşalar da, sonradan Rəfael 1900 yox, 6000-8000 manat, sonuncu dəfə isə 12000 manat tələb etməyə başlamışdır. Bu ilin sentyabr ayına qədər avtomobil onların istifadəsində olmuş, cavabdeh Rəfaelin “DİN”in 102 xidmətinə müraciət etməsi nəticəsində, avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Bundan sonra avtomobilin açarının onlarda olmasına baxmayaraq cavabdeh Rəfael avtomobilin açarının kopyasını çıxararaq avtomobili dayanacaqdan qanunsuz olaraq çıxarmış, Bakıya aparmışdır. Avtomobil hazırda Bakı şəhərində başqa şəxslərin istifadəsindədir. Cavabdeh Rəfaelin avtomobilin təmirinə xərc çəkməsi barədə iddiaları da yalandır, çünki avtomobil Rəfaelə verilən vaxt servisdən təzə çıxmışdı, üzərində heç bir cızığı da olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili izahatında bildirdi ki, "Chevrolet Malibu” markalı, ** DP *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 adına olmuş, onun tərəfindən həmin avtomobilə sərəncam verilməsi barədə İddiaçı2 etibarnamə verilmişdir. İddiaçı Vüsal biznes fəaliyyəti ilə məşğul olduğu üçün pula ehtiyacı yarandığından dostu Şahmara kreditə görə müraciət etmişdir. Dostu Şahmar da tanıdığı şəxslərin olduğunu, avtomobili lombarda girov qoymaqla kredit götürə bləcəyini, kreditini ödədikdən sonra avtomobili girovdan götürə biləcəyini bildirmişdir. İddiaçı Vüsal onunla razılaşaraq dostu, həmçinin cavabdeh olan Şahmara baş etibarnamə vermişdir ki, Şahmar krediti rəsmiləşdirsin, bundan sonra 2023-cü ilin fevral ayında 12500 manat məbləğində pul iddiaçı Vüsala təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, əslində 13500 manat məbləğində kredit verilmiş, lakin 1000 manat Şahmar və dostları arasında şəxsi ehtiyacları üçün sərf edilmişdir. İddiaçı Vüsal cavabdehlərdən dəfələrlə müqaviləni və ödəniş qrafikini tələb etsə də, məlum olmuşdur ki, Şahmar ona verilmiş etibarnamədən sui-istifadə edərək avtomobili digər cavabdeh Rəfaelin adına rəsmiləşdirmişdir. Həmçinin cavabdeh Rəfael avtomobildən istifadə edilməsi üçün iddiaçı Vüsala etibarnamə də vermişdir. Sonradan iddiaçı Vüsal tərəfindən avtomobil qəzası törədildiyi üçün sığorta şirkəti tərəfindən iddiaçı Vüsala verilmiş 3450 manat məbləğində ödəniş də cavabdeh Rəfaelə verilmiş, Rəfael həmin məbləği ümumi borcdan çıxmışdır. Həmin avtomobilə görə iddiaçılar tərəfindən ümumilikdə 10600 manat ödəniş edilmişdir. Bütün bunlar tərəflərin polis orqanında verdikləri izahatlarında bir daha təsdiq olunur. Cavabdeh Rəfael və iddiaçılar polis orqanında iddiaçıların cəmi 1900 manat borcunun olması barədə razılaşalar da, polis orqanından çıxdıqdan sonra cavabdeh Rəfael iddiaçılardan 1900 yox, daha yüksək məbləğ tələb etmiş, buna görə də narazılıqları yaranmışdır. Avtomobil bu ilin sentyabr ayına qədər cavabdehlərin istifadəsində və sahibliyində olmamış, son aylarda isə Rəfaelin avtomobilin axtarılması üçün polis orqanlarına müraciət etməsindən sonra müvəqqəti dayanacağa yerləşdirilmişdir. Avtomobilin açarı belə həmişə iddiaçılarda olmuşdur. Eyni zamanda qarşılıqlı iddiada və onun dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənlərlə cavabdeh Rəfaelin nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahatları birbiri ilə ziddiyyət təşkil edir. Tərəflər arasındakı münasibət müqavilədənkənar öhdəliklərdir. İddiaçılara avtomobilin girov qoyulması, müqabilində pul verilməsi bildirilsə də, sonradan məlum olmuşdur ki, avtomobil nəinki girov qoyulmuş, hətta avtomobil cavabdeh Rəfaelin adına özgəninkiləşdirilmiş, özgəninkiləşdirilmə avtomobilin mülkiyyətçisi Elşənin iradəsindən kənar baş vermişdir. Cavabdeh1 nümayəndəsi və vəkili də dolayısı yolla etiraf edir ki, əslində məqsəd avtomobilin alqı-satqısı yox, girov qoyularaq pul götürülməsi olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, söhbət avtomobilin alqı-satqısından gedə bilməz, iddiaçılarla cavabdeh Rəfael arasında olan münasibətdə əsas niyyət iddiaçı Vüsala pul lazım olduğundan avtomobilin girov qoyularaq, müqabilində pulun kredit kimi götürülüb qaytarılması olmuşdur. Belə ki, cavabdeh Rəfael ona 13500 manat məbləğində pul vermiş, həmin 13500 manat məbləğində pulu dostu Adilə versə də, Adil iddiaçı Vüsala 12500 manat pul vermişdir. Məhkəmənin iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh Rəfael tərəfindən sözügedən avtomobilə təmir və cərimələrin ödənilməsi ilə əlaqədar 19900 manat məbləğində xərc çəkilib. Belə ki, sığorta şirkəti tərəfindən iddiaçılara ödənilən 3450 manat cavabdehə verilmiş, həmçinin iddiaçılar tərəfindən 6080 manat pul cavabdehə ödənilmişdir. Hər iki tərəf pul verilməsini, həmin pul müqabilində avtomobilin girov qoyulmasını qismən də olsa etiraf edirlər. İddiaçılar avtomobilin cavabdeh Rəfaelin adına sənədləşdirilməsini istəmədiklərini bildirsələr də, məhz iddiaçı Elşən tərəfindən digər cavabdeh Şahmara baş etibarnamə verilib. Belə ki, cavabdeh Rəfael iddiaçıları şəxsən tanımayıb, bütün proseslər cavabdeh Şahmarın vasitəçiliyi ilə baş verib. Əqdin etibarsızlığı üçün heç bir hüquqi əsaslar yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi cavabdeh Rəfael tərəfindən Şahmara 13500 manat pul vəsaiti verilmiş, lakin iddiaçılara 12500 manat pul vəsaiti çatmışdır, bu işin mübahisəsiz halıdır. Cavabdeh Rəfael 13500 manat kredit verərək iddiaçıların faizlə birlikdə ona 18000 manat qaytarmağı barədə razılaşsalar, Şahmarın vasitəçiliyi ilə həmin puldan cəmi 9000 manatı ona qaytarılmış, qalan 9000 manat ödənilməmişdir. Odur ki, tələb olunan 9800 manat pul məbləğinin 9000 manatı ödənilməmiş məbləğ, qalan 800 manatı isə dəymiş zərərin əvəzidir. Belə ki, əslində dəymiş zərərin məbləği realda çox yüksək olsa da, cavabdeh Rəfael digər halları da nəzərə alaraq hesab edir ki, zərər qismində 800 manat iddiaçılardan tutulub ona verilməlidir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmiş, sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə eyni zamanda Cavabdeh1 telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların, İddiaçı1 nümayəndəsi və vəkilinin, Cavabdeh2 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tam təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmə sorğusuna cavab məktublarından görünür ki, məhkəmə tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış sorğular əsasında “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumatlar məhkəməyə göndərilmişdir. Belə ki, sorğuya əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmuşdur. Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-1040 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 728501 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı1 (etibarnamə etibaretmişi etibaretmə qaydasında verildiyi üçün əvəzinə nümayəndə İddiaçı2 imza etmişdir) tərəfindən Cavabdeh2 1 il müddətinə (xx.xx.2024-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 (onun adından Cavabdeh2 imza etmişdir) özünəməxsus olan “Chevrolet Malibu” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 manat müqabilində alıcı Cavabdeh1 satmışdır. İş materiallarında olan Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E- 2228 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, ƏN-Vİ seriyalı, 451507 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı1 5 ay 13 gün müddətinə (xx.xx.2023-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-8128 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı2 9 il 11 ay 30 gün müddətinə (xx.xx.2033-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi TB-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, xx.xx.2024-ci il tarixdə X14 Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə müraciət edərək, qohumu Kifayət adlı qadının ona 18000 borcunun olması, qarşı tərəfin borcu qaytarmayaraq Gəncə şəhəri “Ziqo” restoranın qarşısında Kifayət adlı qadının və tanışları 15 nəfər kişinin onu ölümlə hədələməsi və onu təhqir etmələri ilə əlaqədar özünü ölüm həddinə çatdırması barədə məlumat vermişdir. Həmin məlumat xx.xx.2024-ci il tarixdə Gəncə şəhər 1-ci PŞ-də HK-1/143 sayla qeydə alınaraq icraatına daxil edilmişdir. xx.xx.2024-ci il tarixdə X1 şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət edərək, təxminən 7-8 ay bundan əvvəl X8 18000 manat borc vermişdir. Borcunu istəyən zaman Kifayət mobil telefonla zəng edərək, onu təhqir edir, eyni zamanda Kifayətdən borcunu istədiyinə görə Amo adlı şəxs üzbəüz və mobil telefon vasitəsi ilə onu nalayiq sözlərlə təhqir etmişdir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində HK-1/143 saylı materiala əlavə edilmişdir. Gəncə Şəhər Prokurorluğunun məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X6 müraciəti əsasında Gəncə şəhər 1-ci PŞ-nin TB-də HK-1/143 nömrəli material toplanmış, həmin material üzrə araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar mübahisələndirilməmiş və hazırkı vaxtadək ləğv edilməmişdir. Sorğuya əlavə edilmiş Gəncə şəhər 1-ci Polis Şöbəsi TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, xx.xx.2024-ci il tarixdə X14 Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə müraciət edərək, qohumu Kifayət adlı qadının ona 18000 borcunun olması, qarşı tərəfin borcu qaytarmayaraq Gəncə şəhəri “Ziqo” restoranın qarşısında Kifayət adlı qadının və tanışları 15 nəfər kişinin onu ölümlə hədələməsi və onu təhqir etmələri ilə əlaqədar özünü ölüm həddinə çatdırması barədə məlumat vermişdir. Həmin məlumat xx.xx.2024-ci il tarixdə Gəncə şəhər 1-ci PŞ-də HK-1/143 sayla qeydə alınaraq icraatına daxil edilmişdir. xx.xx.2024-ci il tarixdə X1 şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət edərək, təxminən 7-8 ay bundan əvvəl X8 18000 manat borc vermişdir. Borcunu istəyən zaman Kifayət mobil telefonla zəng edərək, onu təhqir edir, eyni zamanda Kifayətdən borcunu istədiyinə görə Amo adlı şəxs üzbəüz və mobil telefon vasitəsi ilə onu nalayiq sözlərlə təhqir etmişdir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət Gəncə şəhər 1-ci PŞ-də HK-1/143 saylı materiala əlavə edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X14 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır. Kifayət Aliyeva onun keçmiş eltisidir. O, təxminən 15 il əvvəl yoldaşından ayrılmış, həmin vaxtdan sonra onun Kifayətlə əlaqəsi olmamışdır. Təxminən bir il əvvəl Kifayət Aliyeva ona zəng vurub, Goranboy rayonunda yerləşən evlərinə çağırmışdır. O da həmin gün onun evinə gedə bilməmişdir. Təxminən 3 gün sonra tanışı Vüsalla birlikdə Goranboy rayonunda yaşayan Kifayətin evinə getmişlər. Evdə stol açmış, yemək yemişlər. Yemək yeyən zaman, Kifayət onlara yalvarmağa başlamış, bildirmişdir ki, “mənim pul verəcəyim var, mənə köməklik edin, pul verin, qısa müddətə qaytaracam” deyə bildirmişdir. O da Kifayətə pulları olmadığını, Vüsalın idarə etdiyi avtomobil olduğunu, ondan başqa heç bir mülkləri olmadığını bildirmişdir. Kifayət də, “onda avtomobili lombarda qoy, mənə 10000 (on min) manat pul götür ver, mən də həmin lombardı 3 ay müddətinə bağlayacam” deyə bildirmiş, Vüsal da razılıq vermişdir. Onlar Gəncə şəhərinə gəlmiş, Vüsal tanışı Adillə danışmış, “pul lazımdır avtomobilimi qoyum, pul ver” deyə bildirmiş, sonra Vüsal Adilin yanına getmiş, atası İddiaçı1 adına olan “Chevrolet Malibu” markalı **-DP-*** d.q.n.n-lı avtomobili Adil Həsənova vermiş, avtomobilin müqabilində Adildən 12500 manat pul götürmüşdür. Adil də Vüsala, “1 il müddətinə hər ay 1520 manat olmaqla ödəniş edəcəksən” deyə bildirmişdir. Vüsal da lombard olaraq Adildən avtomobilini qoyub götürdüyü 12500 manat puldan 10000 (on min) manatını yaşadığı evdə gətirib ona vermişdir. O da həmin 10000 manat pulu aparıb Goranboy rayonunda yaşayan keçmiş eltisi Kifayət Alıyevə vermişdir. Vüsala avtomobilini lombarda qoyub pul götürməyi Kifayət demişdir. Vüsal da pulu götürəndə Kifayətə “avtomobilə görə 12500 manat pul götürürük, 2500 manat xərclər var, 10000 sənə verəcəm, 1 il müddətində 18240 manat lombarda pul ödənəcək" deyə bildirmişdir. Kifayət də razılaşdığı üçün, lombarddan götürdüyü puldan 10000 manatını Rəhimli kəndində yerləşən evindən Kifayət Alıyevə vermişdir. Kifayətdə həmin puldan 500 manatını ona qaytarmışdır. Sonra Vüsalla o, çıxıb gəlmiş, sonradan ilk 3 ay müddətində Kifayət hər ay 1520 manat olmaqla ona pul ödəmişdir. O da Kifayətin ona verdiyi pulu Vüsala vermiş, Vüsal da ödəniş olaraq hər ay pulu Adilə vermişdir. 3 aydan sonra Kifayət ona zəng vurub, “Rusiya Federasiyasından gəlmişəm, lombardı hesablat, gəlirəm, bağlayaq” deyə bildirmişdir. O da zəng vurub lombardı hesablatmış, həmin tarixə ümumi borcun 10700 manat olduğunu demişlər. O da Kifayətə zəng vurub demişdir. Kifayət də “Gəncə şəhərində Azərittifaq deyilən yerdə görüşək” deyə bildirmişdir. O da Vüsal və Adillə birlikdə getmiş, Kifayət də Dinar adlı şəxslə gəlmişdir. Həmin vaxt Kifayət ona “hal-hazırda bağlaya bilmirəm, pul üzərimdə deyil, evdədir" deyə bildirmişdir. Kifayətin yanında olan Dinar söhbətə müdaxilə edəndə o, Dinarın kim olduğunu soruşmuşdur. Dinar da bildirdi ki, Kifayətin yaxınıdır, o da Kifayətlə arasında olan məsələni ona danışmışdır. Dinar da Kifayətə, pulu aldığını, ödəməli olduğunu bildirmişdir. Sonra da ona “sizdən əvvəl mənə təklif olunmuşdu, mən yaxşı qutardım" deyə bildirmiş, sonra Dinar çıxıb getmişdir. O da həmin vaxt orada Kifayətlə söhbət etmişdir ki, "pulu ödəmək lazımdır ki, avtomobili girovdan çıxaraq”, həmin vaxt Kifayət telefonla bir nəfərə zəng vurmuş, o da Kifayətə zəng vurub, kimlə danışdığını soruşmuşdur. Kifayət də Amoyla danışdığını bildirmişdir. O da Kifayətə, Amoya onu şikayət etdiyini soruşmuşdur. Sonra telefonu götürmüş, Amo ona “mübahisə etməyin, ona 3 gün vaxt verin, 3 gün müddətində pulu bağlayacaq, avtomobilinizi girovdan çıxararsız” deyə bildirmişdir. Bir qədər sonra Reyhan adlı bir xanım oraya gəlmiş, Kifayətlə onun mübahisə etdiyini görmüş və ona “Kifayət mənim tanışımdır, ayıbdır, mübahisə edirsiz, gedək bizə evdə söhbət edək” deyə bildirmişdir. Sonra Kifayət və Vüsalla birlikdə Reyhanın evinə getmişlər. Reyhan da ona "Kifayətin pulu yoxdu, ona vaxt verin ödəsin" deyə qeyd etmiş, o da razılaşmış və bildirmişdir ki, ayın sonuna qədər ödəyər. 2 gün sonra Reyhan ona zəng vurub evə çağırmış, o da Vüsalla onun evinə getmişdir. Reyhanın evinin qarşısında görüşmüş, bir qədər sonra Kifayət Amo ilə birlikdə gəlmişdir. Kifayət və Reyhanla birlikdə evə keçmişlər, Amo da Vüsalla birlikdə çıxıb getmişdir. Kifayət də ona bildirmişdir ki, “mən Amonu bura mübahisəyə gətirməmişəm, xahişə gətirmişəm ki, mənə etibar edəsiniz ki, pulu ödəyəcəm", Amo da onlara “Kifayətin nağd ödəməyə pulu yoxdur, həmin pulu aybaay ödəyəcək” deyə bildirmiş, onlar da razılaşmışlar. Ondan sonra aybaay pulun ödəniş vaxtı gələndə Kifayət onların nömrələrini blok etmiş və bildirmişdir ki, “mənə sözünüzü Reyhan vasitəsilə deyin”. O da ayın sonunda Amoya zəng vurub, “Kifayətin xahişini sən eləmisən, sənə görə razılaşdıq, indi Kifayət ödəniş eləmir” deyə bildirmişdir. Amo da onu telefonda təhqir etmiş və bildirmişdir ki, "məni birdə narahat eləmə, get Kifayətlə problemini həll elə”. O da Kifayətə zəng vurub bildirmişdir ki, “Amo məni telefonda niyə təhqir edir", Kifayət də ona bildirmişdir ki, “onsuz Amo deyir ki, mən Lauranın yanına pulu silmək üçün getmişdim”. Kifayət onun nömrələrini bloka atmış, onu Reyhana yönəltmiş və bildirmişdir “ödənişi Reyhana göndərəcəm, Reyhan sizə verəcək”. Ondan sonra 2023-cü ilin dekabr ayına kimi Kifayət Reyhan vasitəsi ilə ona hissə-hissə ümumilikdə 9800 (doqquz min şəkkiz yüz) manat pul ödəmişdir. Ondan sonra o. onların heç biri ilə əlaqə saxlaya bilməmişdir. Həmin müddətdə də bir neçə dəfə Amoyla telefonla danışan zaman Amo ona bildirmişdir ki, “Kifayətə 10000 pulu sələmə vermisiz. Kifayət də həmin pulun müqabilində sizə 9800 manat pul ödəyib. Sizə başqa pul ödəməyəcək". O da pulunun ödənilməsini Amoya bildirəndə Amo onu təhqir etmiş və telefonda onu öldürəcəyi ilə hədələmişdir. Onu da qeyd etmişdir ki, Kifayətin tanışı Reyhan 2023-cü ilin avqust ayından indiyə kimi Kifayətin əvəzindən pulun ödəniləcəyinə vəd verərək indiyə kimi pulun tam ödənilməsinə maneçilik yaratmışdır, indiyə kimi də Kifayət Reyhanın vasitəsilə ona 9800 manat pul ödəmişdir. O da bu barədə polisə şikayət etmişdir. Əlavə olaraq onuda qeyd etmişdir ki, Amo onu ancaq telefon danışığı zamanı təhqir edib hədələmişdir. Kifayət isə onu həm telefonda, həm də üzbəüz təhqir edib hədələmişdir. Ondan əlavə telefonda əgər qapısına getsə, şantaj edib onu tutduracağı ilə hədələmiş və ona bildirmişdir ki, Amo və adamları sizi axtarır, tutsalar, öldürəcəklər. Daha sonra öz izahatında bildirmişdir ki, o, Kifayət Alıyevaya 10000 manat pulunonun yaşadığı Goranboy rayonu Rəhimli kəndində onun yaşadığı evdə vermişdir. Kifayət tanışı Vüsalla o, Kifayətin evində qonaq olanda onlara yalvarmışdır ki, ona kömək etsinlər. Vüsal da ona görə atasının adına olan avtomobili lombarda qoyub 12500 manat pul götürmüş, həmin pulun da 10000 manatını Kifayətə vermişlər. Kifayət də 12500 manat pulun müqabilində 1 il müddətində lombarda 18240 manat pul ödəyəcəyini demişdir. Amma sonradan həmin pulun 9800 manatını ödəmiş, qalan pulu indiyə kimi ödəməmişdir. Vüsalın atasının adına olan avtomobil də hal-hazırda Vüsalın avtomobili qoyub pul götürdüyü Adil Həsənovun tanışı Cavabdeh1 adına keçirmişdir. Hal-hazırda da Adil Vüsaldan pulu tələb etmişdir ki, avtomobilini girovdan çıxartsın. Kifayət də pulunu ödəmədiyi üçün, Vüsal girovdan avtomobilini çıxarda bilməmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X15 izahatında bildirmişdir ki, X6 onun barəsində etdiyi şikayətlə tanış olmuş, həmin şəxs onun keçmiş eltisi olmuş, aralarında heç bir narazılıq olmamışdır. 2023-cü ilin fevral ayında pula ehtiyacı olduğundan, ondan 5-6 min manat borca pul istəmişdir. Laura bildirmişdir ki, öz avtomobilini lombarda qoyub, ona da borc verəcəkdir. Daha sonra ona pul vermiş, o Rusiya Federasiyasına getmiş və hər ay ona ödənişlər etmiş, hal-hazırda Lauraya pul borcu qalmamışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı2 öz izahatında X6 izahatında göstərdiyi xüsusatları bir daha tədiq etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. 2023-cü ilin fevral ayında tanışı Adil ona zəng vurub bildirmişdir ki, tanışı var ona pul lazımdır, “Malibu” markalı avtomobilini girov qoyub pul götürəcək. O da tanışı Nadirə zəng vurub bildirmişdir ki, tanış adam var, avtomobilini girov qoyub, 13500 manat pul götürmək istəyir. Nadir də bir qədər sonra ona zəng vurub bildirmişdir ki, Rəfael adlı bir nəfər var, avtomobilini adına qeydiyyat elətdirib, 13500 manat pul verəcək, 1 il müddətində hər ay 1520 manat pul ödəyəcəksiniz, o da Adillə danışmış razılaşmışdır. Sonra Vüsal “Malibu” markalı avtomobilə görə ona etibarnamə vermişdir. O da həmin avtomobili DYP-da Rəfaelin adına qeydiyyat elətdirmişdir, Rəfael də ona, 13500 manat pul vermişdir. Həmin puldan 300 manat o, götürmüş, 300 manat Nadirə vermiş, 400 manat da Adil götürmüş, 12500 manat pulu da Adil aparıb Vüsala vermişdir. Vüsal da həmin pula görə 4 ay müddətində hər 1520 manat pul vermişdir. Sonradan Vüsal ödəniş edə bilmədiyi üçün Rəfaellə aralarında mübahisə yaranmağa başlamışdır. Ondan sonra Adillə o, Vüsalla Rəfaeli görüşdürmüşdür. Vüsal Rəfaeldən vaxt almış və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. 1 il müddətində hissə-hissə Vüsal Rəfaelə ümumilikdə 6080 manat pul ödəmişdir. Vüsal avtomobillə hadisə törətdiyi üçün, sığorta şirkətinin hadisə ilə əlaqədar avtomobilə verdiyi 3450 manatı da Rəfaelə vermişdir. Bununla da Vüsal Rəfaelə ümumilikdə 9480 manat pul ödəmişdir. Rəfael Vüsalın atasının adına olan avtomobili adına qeydiyyat etdirdikdən sonra avtomobilə görə ona verdiyi 13500 manata görə aylıq ödəniş 1520 manat olmaqla Vüsala hər hansı ödəniş qrafiki verilməmiş, Vüsalla ancaq öz aralarında razılaşma olmuşdur. Daha sonra öz izahatında bildirmişdir ki, o, Vüsalı şəxsən tanımamış, sonradan Adilin vasitəsilə tanımışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış X16 izahatında bildirmişdir ki, Gəncə şəhəri Vaqif küçəsində “Keçəllər” adlanan ərazidə ticarətlə məşğul olur. 2023-cü ilin fevral ayında Şahmar ona zəng vurub bildirmişdir ki, “dostunda “Chevrolet Malibu" markalı avtomobil var, ona pul lazımdır, tanışın varmı avtomobili adına keçirsin, pul götürsün, pulunu bağlayanda avtomobili özünə qaytarsın". O da həmin vaxt tanışı Rəfael yanında olduğu üçün, Rəfaelə bildirmişdir ki, “Şahmarın tanışına pul lazımdır, girovda 2016-cı ilin “Chevrolet Malibu" markalı avtomobilini qoyacaq”. Rəfael də razılaşmışdır. Şahmar Rəfaelə bildirmişdir ki. “avtomobili adına keçirəcəyik, bizə 13500 manat pul verəcəksən”. Rəfael də bildirmişdir ki, “13500 manat pul verəcəm, bir il müddətində hər ay 1520 manat olmaqla pul ödəyəcəksiniz, ilin sonunda da avtomobili adınıza qaytaracam”. Şahmar da razılaşmışdır. 2023- cü ilin fevral ayında Şahmar və Adillə “Chevrolet Malibu” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili Rəfaelin yanına gətirmiş, sonra birlikdə DYP-ya getmiş, avtomobili Rəfaelin adına qeydiyyat etmiş, sonra Rəfael Şahmara 13500 manat pul vermişdir. Şahmar da həmin puldan ona 300 manat pul vermişdir. Həmin gündən sonra 4 ay vaxtlı-vaxtında Şahmar Rəfaelə hər ay 1520 manatdan pul ödəmişdir. 5-ci ay pulun ödəniş vaxtı Şahmar pulu ödəyə bilmədikdə, Rəfaellə Şahmar arasında narazılıq yaranmışdır. Həmin müddətdə məlum olmuşdur ki, “Chevrolet Malibu” markalı **-DP-*** markalı avtomobil Vüsala məxsus olmuşdur. Vüsala pul lazım olduğu üçün, avtomobili etibarnamə ilə Şahmara vermiş, Şahmar da həmin avtomobili Rəfailin adına qeydiyyat elətdirib, ondan 13500 manat pul götürüb həmin pulun da 12500 manatını Vüsala verib, Vüsal da 12500 manat pula görə Şahmara hər ay 1520 manat pul ödəməli olmuşdur. Vüsal da həmin pula görə 4 ay Şahmara 1520 manat pul ödəmiş, sonradan ödəniş edə bilməmişdir. Ondan sonra onlar arasında narahatçılıq yaranmışdır. Onu da qeyd etmişdir ki, Şahmar və Rəfael arasında heç bir sənədləşmə olmamış, nə də ki, Rəfael Şahmara avtomobilə görə ödəniş üçün heç bir qrafik verməmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X10 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. 2023-cü ilin fevral ayında tanışı Vüsal ona zəng vurub bildirmişdir ki, “ona 12500 manat pul lazımdır, avtomobili girov qoya bilərəm”. O da tanışı Şahmara zəng vurub bildirmişdir ki, “dostuma 12500 manat pul lazımdır, özünə məxsus olan "Chevrolet Malibu" markalı avtomobilini girov qoyacaq”. Şahmar da bir qədər sonra ona zəng vurub bildirmişdir ki, "tanışım Nadir var, onun vasitəsilə həll edərik”. Sonra Şahmar ona zəng vurub bildirmişdir ki, “Vüsalın adına olan avtomobil həmin şəxsin adına keçəcək, həmin şəxs də 12500 manat pul verəcək, ona da 1 il müddətinə ayda 1520 manat pul ödənəcək". O da Vüsala zəng vurub bildirmişdir ki, “avtomobilini girov etibarnamə ilə Şahmara verəcəksən, Şahmar da avtomobili pul verən şəxsin adına qeydiyyat edəcək, həmin şəxs də sənə 12500 manat pul verəcək, sən də 1 il müddətinə həmin şəxsə hər ay 1520 manat pul ödəyəcəksən”, Vüsal da razılıq vermişdir. Sonra Vüsal idarə etdiyi “Chevrolet Malibu” markalı, **-DP-*** d.q.n.n-lı avtomobili etibarnamə ilə Şahmara vermişdir. Şahmar da Rəfaellə birlikdə fevral ayında DYP-yə getmiş, avtomobili Rəfaelin adma qeydiyyat etmişlər. Sonra Şahmar ona zəng vurmuş, onu DYP-yə çağırmış, o da onların yanına getmişdir. Şahmar Rəfaelin yanında ona 12500 manat pul vermişdir. O da həmin 12500 manat pulu həmin gün 19.02.23-cü il tarixdə Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən notariat kontorunun yanında Vüsala vermişdir. Avtomobil etibarnamə ilə Vüsalın özünə qaytarmışlar. Vüsal da həmin puldan ona 200 manat hörmət etmişdir. Həmin vaxt Vüsala da bildirmişdir ki, ayın 19-u 1520 manat pul ödəyəcəksən, l il müddətində, 1 ildən sonra avtomobili yenidən öz adına qeydiyyat olunacaq. Vüsal da ondan sonra 4 ay ardıcıl olaraq hər ay 1520 manat pul ödəmişdir. 2 ay pulu gətirib ona vermiş, o da Şahmara vermiş, son 2 ayda Vüsalın özü Şahmara ödəniş etmişdir. 4 aydan sonra Vüsal ödəniş edə bilməyəndə Şahmar ona zəng vurub narazılığını bildirmişdir. O da həmin vaxtlarda Vüsalı Şahmar və Rəfaellə tanış etmiş, bildirmişdir ki. "avtomobil Vüsala məxsusdur pulu da Vüsal götürüb, ödənişi də Vüsal edəcək". Vüsal da onlarla danışmış, pulu götürüb başqa adama verdiyini, həmin adamda ödəniş edə bilmədiyi üçün narazılıq olduğunu, pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ondan sonra Vüsal ödəniş etməmiş, avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti avtomobilə görə 3450 manatı avtomobilin sahibi olan Rəfaelə vermişdir. Rəfael də həmin pulu ödənişə çıxmışdır. Onun bildiyinə görə, Vüsal Rəfaelə indiyə kimi ümumilikdə 10600 manat pul ödəmişdir. Təxminən bir neçə ay əvvəl Vüsal ona zəng vurub bildirmişdir ki, avtomobilin ödənişinə görə pul verdiyi şəxs ödəniş qrafiki istəyir. O da Vüsala bildirmişdir ki, ödənişə görə qrafik tərtib edilməmişdir. Aralarında olan danışıq əsasında razılıq olmuşdur ki, ayda 1520 manat manat pul ödənəcək, 1 il müddətinə olacaqdır. Vüsal da ona bildirmişdir ki, “özünüzdən qrafik tərtib edib mənə verin, mən də pul verdiyim şəxsə verim”. O da Rəfaelə bildirmiş, Rəfael də ona özündən tərtib etdiyi qrafiki göndərmiş, o da həmin qrafiki Vüsala göndərmişdir. Həmin qrafikdə də aylıq ödəniş 1520.29 manat göstərilmişdir. Qeyd etmişdir ki, Vüsala məxsus avtomobil Rəfaelə verilib, Rəfaeldən pul götürülmüş, Vüsala verilən zaman o, sonradan bilmişdir ki, Şahmar Rəfaeldən 13500 manat pul alıb həmin puldan 300 manat ona, 300 manat Nadirə vermiş, 400 manat özünə götürmüş, Vüsala vermək üçün də 12500 manat pulu ona vermişdir, o da həmin 12500 manat pulu Vüsala vermişdir. Vüsalda həmin puldan ona 200 manat vermişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X11 bildirmişdir ki, heç bir yerdə işləmir. Laura Rzayevanın 1-ci polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd edir ki, 2023-cü ilin fevral ayında Nadir ona zəng vurub bildirmişdir ki, "dostumuz var, adına olan “Chevrolet Malibu” markalı avtomobili girov qoyub 13500 manat pul götürmək istəyir”. O da Nadirə bildirmişdir ki, “avtomobilini onun adına qeydiyyat edəcək, o da 13500 manat pul verəcək, bir il ərzində hər ay 1520 manat pul ödəyəcək". Nadir də danışmış, onlar da razılaşmışdır. 2023-cü ilin fevral ayının 19-da etibarnamə ilə “Chevrolet Malibu” markalı avtomobili idarə edən Şahmar onunla birlikdə DYP-ya getmiş, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyat etmiş, sonra o, 13500 manat pulu Şahmara vermiş, avtomobilə görə də İddiaçı2 adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şahmar da bildirmişdir ki, “hər ay 1520 manat ödənişi mən Nadirə verəcəm, Nadir də sizə verər”. Ondan sonra 4 ay müddətində Nadir ona hər ay hissə-hissə olmaqla, ümumilikdə 6080 manat pul ödəmişdir. Ondan sonra ona ödəniş olmayanda Nadirlə aralarında söhbətləri olanda məlum olmuşdur ki, onun adına qeydiyyyat olan avtomobil Vüsala məxsusdur. Vüsal avtomobili girov qoyub pul götürüb, həmin pulu da vaxtlı-vaxtında ödəyə bilməmişdir. Sonradan o, bilmişdir ki, Nadir, Şahmar və Adil vasitəçilik etmişlər, avtomobilə görə Şahmar ondan aldığı 13500 manat puldan 12500 manatını Vüsala vermiş, hazırda da ödəniş edə bilməmişdir. Sonradan Vüsal idarə etdiyi, onun adına olan “Chevrolet Malibu” markalı avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti də hadisə ilə əlaqədar avtomobilə dəymiş ziyana görə ona 3450 manat pul ödəmişdir. O da həmin pulu avtomobilin ödənişinə hesablamışdır. Ona görə də Nadir avtomobilə görə ona ümumilikdə 9530 manat pul ödəmişdir. Ondan əlavə ona ödəniş olmamışdır. Daha sonra öz izahatında bildirmişdir ki, o, Vüsalı 13500 manat pulu Şahmara verəndən 5 ay sonra tanımışdır. Şahmara verdiyi 13500 manat pula görə də Nadir ona sığortadan alınan pulla birlikdə ümumilikdə 9530 manat pul ödənmişdir. Ona 10600 manat pul verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 739. (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı ...subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur (bənd 27-30). Baxılan iş üzrə ilkin iddia tələbi İddiaçı1 mülkiyyətində olmuş avtomobilə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Qarşılıqlı iddiada isə ilkin iddiaçılardan sözügedən avtomobillə bağlı, eləcə də vurulmuş ziyana görə pulun tutulması tələb edilir. Bu baxımdan həm ilkin və qarşılıqlı iddiaların dəlillərinə əsasən, habelə hər iki tələb əqdə əsaslandığı üçün işə baxan məhkəmə həm də xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Baxılan iş üzrə ilkin iddia ərizəsindəki dəlilin qanuni əsasını Mülki Məcəllənin 340.2ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İstinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir... Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. İstinad olunan Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 340.2ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Sadalanan qanunvericilik aktı normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, sübutların tədqiqi, tərəflərin izahatı, ilkin və qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə müəyyən olunmuşdur ki, alqısatqı müqaviləsi yalan əqd olub başqa bir əqdləri, yəni girov və borc (kredit) müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2023-cü ilin fevral ayında cavabdeh X3 İddiaçı2 pul götürülməsi məqsədilə, İddiaçı1 mülkiyyət hüququ üzrə ona məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU” minik markalı avtomobili cavabdeh X11 qarşısında girov qoyaraq 12500 manat məbləğində pul vəsaitini borc götürmüş və beləliklə X11, İddiaçı2 və İddiaçı1 arasında üç tərəfli girov və borc müqavilələri bağlanmışdır. Başqa sözlə, Cavabdeh1 özü qarşılıqlı iddia tələbində, təhqiqat orqanında verdiyi izahatında, eləcə də nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında İddiaçı1 məxsus sözügedən nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin əslində başqa bir müqavilələri (girov və borc müqavilələrini) pərdələmək məqsədi ilə rəsmiləşdirilməsini etiraf etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh X11 ilə İddiaçı1 arasında bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən nəqliyyat vasitəsinə dair cavabdeh X4 adına aparılmış dövlət reyestrindəki qeydin ləğvi barədə ilkin iddia tələbi əsaslıdır və ona görə də, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlaka dair cavabdeh X4 adına aparılmış daşınar əmlakın dövlət reyestrindəki qeyd törəmə hüquq münasibəti olub, sözügedən alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair həmin alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, törəmə hüquq münasibəti olan mübahisəli nəqliyyat vasitəsinə dair cavabdeh X4 mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş şəhadətnamə əsassızdır və ləğv edilməlidir. Məhkəmə İddiaçı1 və İddiaçı2 X4 xeyrinə 9800 manat pul vəsaitinin tutulması barədə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir və qeyd edir ki, Cavabdeh1 tərəfindən sözügedən müqavilələr üzrə İddiaçı2 cəmi 12500 manat məbləğində pul vəsaitinin verildiyi, həmin məbləğdən 9530 manat pul vəsaitinin qaytarıldığı işin müəyyən edilmiş halları ilə təsdiq olunur. Belə ki, Cavabdeh1 özü etiraf edir ki, 2023-cü ilin fevral ayında Nadir ona zəng vurub bildirmişdir ki, "dostumuz var, adına olan “Chevrolet Malibu” markalı avtomobili girov qoyub 13500 manat pul götürmək istəyir”. O da Nadirə bildirmişdir ki, “avtomobilini onun adına qeydiyyat edəcək, o da 13500 manat pul verəcək, bir il ərzində hər ay 1520 manat pul ödəyəcək". Nadir də danışmış, onlar da razılaşmışdır. 2023-cü ilin fevral ayının 19-da etibarnamə ilə “Chevrolet Malibu” markalı avtomobili idarə edən Şahmar onunla birlikdə DYP-ya getmiş, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyat etmiş, sonra o, 13500 manat pulu Şahmara vermiş, avtomobilə görə də İddiaçı2 adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şahmar da bildirmişdir ki, “hər ay 1520 manat ödənişi mən Nadirə verəcəm, Nadir də sizə verər”. Ondan sonra 4 ay müddətində Nadir ona hər ay hissəhissə olmaqla, ümumilikdə 6080 manat pul ödəmişdir. Ondan sonra ona ödəniş olmayanda Nadirlə aralarında söhbətləri olanda məlum olmuşdur ki, onun adına qeydiyyyat olan avtomobil Vüsala məxsusdur. Vüsal avtomobili girov qoyub pul götürüb, həmin pulu da vaxtlı-vaxtında ödəyə bilməmişdir. Sonradan o, bilmişdir ki, Nadir, Şahmar və Adil vasitəçilik etmişlər, avtomobilə görə Şahmar ondan aldığı 13500 manat puldan 12500 manatını Vüsala vermiş, hazırda da ödəniş edə bilməmişdir. Sonradan Vüsal idarə etdiyi, onun adına olan “Chevrolet Malibu” markalı avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti də hadisə ilə əlaqədar avtomobilə dəymiş ziyana görə ona 3450 manat pul ödəmişdir. O da həmin pulu avtomobilin ödənişinə hesablamışdır. Ona görə də Nadir avtomobilə görə ona ümumilikdə 9530 manat pul ödəmişdir. Ondan əlavə ona ödəniş olmamışdır. Bundan başqa, o, Vüsalı 13500 manat pulu Şahmara verəndən 5 ay sonra tanımışdır. Şahmara verdiyi 13500 manat pula görə də Nadir ona sığortadan alınan pulla birlikdə ümumilikdə 9530 manat pul ödənmişdir. Ona 10600 manat pul verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 sözügedən borc müqaviləsi əsasında qarşılıqlı iddia üzrə cavabdehlərin ona 9000 manat məbləğində pul vəsaiti ödəməli olması barədə dəlilini əsaslandıra bilməmişdir. Qeyd edilən borc müqaviləsində qaytarmanın obyektinin borcla yanaşı faiz də olması öz əksini tapmamışdır. Cavabdeh1 tələb etdiyi 9000 manat pul vəsaitinin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia 800 manat məbləğində maddi ziyan vurulması hissədə də əsassızdır, çünki Cavabdeh1 tərəfindən tələbin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən borc müqaviləsi üzrə İddiaçı2 X7 2970 manat məbləğində borcu vardır, ona görə də qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı2 X4 xeyrinə 2970 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, İddiaçı2 Cavabdeh1 olan borcunun yalnız 9530 manat qaytardığını sübut edə bilmiş, borcundan ümumilikdə 10600 manatını qaytardığını sübuta yetirə bilməmişdir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə gəldiyi nəticə üzrə, yəni sözügedən nəqliyyat vasitəsinin İddiaçı1 mülkiyyətinə qaytarıldığını, aralarındakı müqaviləyə əsasən Cavabdeh1 həmin nəqliyyat vasitəsinin üzərində girovsaxlayan (məhdud əşya hüququ) olduğunu nəzərə almaqla həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində borc üzrə girov müqaviləsinin qaydaları tətbiq ediməli, Cavabdeh1 qeyd edilən nəqliyyat vasitəsinin üzərində girov hüququ dövlət yol polisi orqanında qeydə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 270.2-ci maddəsinə görə bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. Məcəllənin 273-cü maddəsinə görə girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və digər qeydiyyat hərəkətəri (girovun qeydə alınması və s.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq dövlət yol polisi orqanında həyata keçirilir. İş üzrə məhkəmə xərci ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk iddia təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış “xx.xx.2023-cü il tarixli avtomobilin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına aparılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyatı ləğv olunsun. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı2 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hazırki qətnamə ilə müəyyən edilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində borc üzrə girov müqaviləsinin qaydaları tətbiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5145/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5145/2024
19.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver