Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5168/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) xx.xx.1955-ci il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə anadan olmuş X5 onun atasıdır. O, uşaq vaxtı ənsə sümüyündən aldığı bir neçə sayda ən böyük 6 mm olmaqla yad cisim qəlpələrini hal-hazıra kimi başında gəzdirir. Bu travmadan sonra atası Vaqifə həkimlər təhsil almağına yaddaş pozğunluğuna görə icazə vermədilər. X2 uşaq yaşlarından 2-ci qrup əlildir, onda güclü yaddaş pozğunluğu vardır. Dəfələrlə evdən özbaşına çıxıb gedəndə geri evə qayıda bilmədiyindən şəhərin başqa-başqa yerlərindən aşkar edib evə gətiriblər. Bundan başqa onda güclü əsəbilik, nervozluq vardır. Dəfələrlə heç bir səbəb olmadan əsəbləşər, evin şüşələrini və güzgülərini sındırıb qırmışdır. Uşaqlıqdan Gəncə şəhər Psixo-Nervoloji disponserdə qeydiyyatdadır. Atasının başqasının qulluğuna ehtiyacı vardır. Buna görə onu o saxlayır. O, X2nun üzərində qəyyum təyin edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş. Lakin İcra Hakimiyyəti bunun üçün atasının fəaliyyət qabiliyyətsiz olması ilə bağlı məhkəmə qətnaməsi tələb etdi. Buna görə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi X2, anası X1r. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Vaqif Süleymanovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, V. Süleymanovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” X9 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 702 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 “Demensiya, ağıl zəifliyi” müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.1955-ci il təvəllüdlü X3 oğlu olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü X4 “Demensiya, ağıl zəifliyi” müəyyən edilir. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də xx.xx.1955-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5168/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5168/2025
18.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver