Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5258/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, məsləhətçi Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 31 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında Gəncə şəhəri 6 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2022-ci il tarixli, 4Ə-753 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə və Cavabdeh adına ünvan 4-ə dair verilmiş çıxarışın, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2-də qeydiyyatda olmaqla orada yaşayır. Atası və həyat yoldaşını itirmiş, övladı yoxdur, kimsəsiz və tənha qadındır. O, bir qrup dələduz, fırıldaq və soyğunçu şəxslərin əlinə düşmüş və onların onu aldatmaları nəticəsində evini cavabdehin adına keçirtmişdir. Cavabdeh şəxs onun evini mülkiyyətinə keçirtdikdən sonra banka girov qoyaraq, kredit götürmüş və həmin kreditdən də evin dəyərindən də onun xəbəri və məlumatı olmamış, yəni evin satış pulundan ona bir manatda olsun pul ödənilməmişdir. Notariat ofisində aparılan alqı-satqı prosesindən və orada olan görüntülərdən və bankda olan pulun alınıb verilməsi görüntülərdən də görünür ki, ona bir manat da olsun cavabdeh tərəfindən və ya da onun ətrafında olan dələduz şəxslər tərəfindən pul ödənilməmişdir. O, Aftandil adlı şəxs vasitəsi ilə aldadılaraq, notariat orqanına aparılmışdır. Aftandil adlı şəxs Cavabdeh adamı olmuş və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək, onu foto şəkilləri və digər vasitələrlə şantaj edərək, evini təzyiq altında notariat orqanına aparıb guya alqı-satqı etdirib evini mülkiyyətlərinə keçirmişdir. Lakin alqı-satqı prosesində ona bir manat da olsun pul ödənilməmişdir. Nə notariat orqanında ona pul təqdim edilməmiş, nə də banka gedərkən bankda olan hesabdan pul onun tərəfindən götürülməmiş və Cavabdeh həmin pulların hamısını götürmüşdür. Daha sonra isə guya həmin evi girov qoyub ona pul verəcəklərdi. Lakin ev girov qoyulduqdan sonra yenə də ona pul verməmişlər və o, hal-hazırda evdə yaşasa da ev onun istifadəsində və sahibliyində olsa da evsiz qalmışdır. Faktiki olaraq ev onun mülkiyyətində deyil və sərəncam hüququ tamamilə əlindən alınmışdır. Ona görə də məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddiası təmin olunacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, ali təhsilli olmaqla hazırda M.C.Paşayev adına muzeydə bələdçi işləyir. 2022-ci ildə özündən yaşca ondan kiçik olan X4 ilə tanış olmuş və aralarında xoş münasibətləri olmuşdur. Aftandil problemlərinin olduğunu deyib əvvəlcə ondan 26000 manat, daha sonra isə 26000 manat olmaqla ümumilikdə 52000 manat borc pul almışdır. Bundan sonra Aftandil yenə ondan 25000 manat borc pul istədikdə o, sonuncuya artıq pulunun olmadığını bildirmişdir. Belə olan halda Aftandil ona evini girov qoyub pul götürüb ona verməsini təklif etmişdir. O, Aftandilin təklifi ilə razılaşmadıqda sonuncu çılpaq şəklini yayacağı hədəsi ilə onu şantaj etmişdir. Onun Aftandildə hər hansı bir çılpaq şəkli olmasa da Aftandillə razılaşmış və Aftandil onu tanışı Cavabdeh yanına aparmışdır. X6 evi girov qoymaq müqabilində pul verə biləcəyini demişdir. Lakin Elmira ona evini ona satacağı halda pul verə biləcəyini demişdir. Elmira ilə onun arasındakı razılaşmaya görə o, ünvan 2də yerləşən evini ona satmalı, Elmiranın ona borc kimi verəcəyi pulu isə Aftandil sonuncuya hissə-hissə qaytarmalı, məhz bundan sonra Elmira evini ona qaytarmalı idi. Yəni Elmira ilə onun arasında olan alqı-satqı razılaşması əslində evin girov qoyulması barədə razılaşma idi. Bundan sonra o, Elmira ilə birlikdə 6 saylı notariat ofisinə getmiş, notarius tərəfindən pulun depozit hesaba yerləşdirilməsi barədə məktubu alıb sonra Muğanbankın Gəncə filialına getmişlər. Bankda Elmira pulu sayıb depozit hesaba yerləşdirdikdən sonra o, cəmi 11000 manat pulu depozit hesabından çıxarıb bankın yaxınlığında Aftandilə vermişdir. Yəni o, alqı-satqıya görə bankdan 25000 manat pul götürməmişdir. Daha sonra notariat kontoruna gəlib orada alqı-satqı müqaviləsinə imza atmışlar. Həm notariat ofisində, həm də bankda olan zaman Aftandil onların yanında olmuşdur. O, evini girova qoyub pulu Aftandilə versə də, Aftandil razılaşdıqları kimi hər ay Elmiraya ödənişləri etməmiş və onu aldadaraq zənglərinə cavab verməmişdir. Buna baxmayaraq, o, Aftandilin hərəkətləri barədə yalnız indi polisə şikayət etmiş və onun barəsində polisdə araşdırma aparılır. Bundan sonra o, bir neçə dəfə evinin girov pulu kimi Elmiraya pul ödəmişdir. Elmiraya evini girov qoyduqdan sonra onun özünə yenə pul lazım olmuş və bu zaman yenə də Elmiradan borc pul almışdır. Elmiradan borc aldığı pulla bağlı sonuncu ona qarşı məhkəmədə iddia qaldırmış və hazırda həmin işə məhkəmədə baxılır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa və iddiaçının göstərdiklərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. Belə ki, 2022-ci ilin noyabr ayında tanışı Rafət adlı şəxs İlhamənin mənzil satması haqqında ona məlumat vermişdir. Həmin vaxt əlində pul olduğuna görə birotaqlı ev alıb kirayəyə verməklə pul qazanmaq haqqında fikrə düşmüşdür. Bundan sonra İlhamə ilə tanış olmuş və sonuncu ona evini 25000 manata satmaq istədiyini bildirmişdir. O, mənzilə baxıb bəyənmiş və onu almaq istədiyini demişdir. Qaydaya uyğun olaraq əvvəlcə notariat ofisinə gedib bu barədə notariusa fikirlərini bildirdikdən sonra notarius tərəfindən ona pulun bankda depozit hesaba yerləşdirilməsi barədə məktub verilmiş və sonra İlhamə ilə Muğanbankın Gəncə filialına getmişlər. Orada 25000 manat pulu kassaya təhvil verib notariusa qayıtmışdır. İlhamənin həmin pulu bankdan çəkməsinin şahidi olmamışdır. Notariat ofisində notarius onlara alqı-satqı müqaviləsi barədə məlumat vermiş və İlhamə ilə birlikdə alqı-satqı müqaviləsini imzalamışlar. Hətta onların şəkilləri notariat ofisində çəkilmişdir. Notariusun binasının yanında İlhamə Aftandili bacısı oğlu kimi ona təqdim etmişdir. O, heç kimi aldatmamış və şantaj etməmişdir. Nə də mənzili girov qoymaq barədə İlhamə ilə razılaşmamışdır. O, İlhamənin ona məxsus evdən qeydiyyatdan çıxarmaq məqsədilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra İlhamə də ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İlhamə onun 25000 manat mənzilin alqı-satqısına görə ödədiyi pulu və digər çəkdiyi xərcləri ona qaytaracağı halda həmin mənzilin İlhaməyə qaytarmağa etiraz etmir. Bunu İlhamə ilə söhbət edərkən də ona demiş, hətta İlhamə onun səsini də yazmışdır. Hazırda mübahisəli evin açarları ondadır. Sadəcə evi təmir etmək üçün məhkəmənin sonunu gözləyir. Bundan başqa qeyd edir ki, İlhamə ev alqı-satqısından başqa ondan qızıllarını girov qoyub borca pul almışdır. Bununla bağlı onların arasında dəfələrlə söhbət aparılmış və İlhamə onun xəbəri olmadan səsini telefonun diktofonuna yazmışdır. Həmin səs yazılarında olan danışıqlar borc verdiyi pulla bağlıdır. Həmin məsələ başqa icraat üzrə məhkəmədə baxılır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 6 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında nümayəndəsi iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, İlhamə onunla “instaqram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş və aralarında sevgi münasibətləri olmuşdur. O, İlhamə ilə bir neçə dəfə onun dəvəti ilə evində görüşmüşdür. Etiraf edir ki, İlhamədən bir neçə dəfə borc pul alıb qaytarmışdır. Hazırda İlhaməyə 1000 manat borcu vardır. İddia ərizəsində göstərilənləri qəbul etmir. O, İlhaməni heç vaxt şantaj etməmiş, onun telefonunda İlhamənin çılpaq şəkilləri olmamışdır. Eyni zamanda İlhamənin Elmiraya ev satması prosesində də iştirak etməmişdir. İlhamə satdığı evin pulunu ona verməmişdir. Sadəcə İlhamə ilə bir neçə dəfə “instaqram” sosial şəbəkəsi vasitəsilə görüntülü danışan zaman İlhamə çılpaq olmuşdur. İddiaçı ondan əsassız yerə polisə şikayət etmişdir. Halbuki, iddiada göstərilənlərin ona aidiyyəti yoxdur. Ona görə də qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı ilə ailəvi yaxındır. X3 sevgilisi kimi tanımışdır. Onların bir-birilərinə hissləri olmuşdur. İlhamə ona Aftandilin ondan borc pul istəməsi barədə danışmışdır. İlhamənin dediyinə görə Aftandilə pul lazım olduğuna görə İlhamədən evini girov qoymasını istəmişdir. O, İlhaməyə evini girova qoyub Aftandilə pul verməməsini məsləhət görsə də sonradan İlhamənin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən evini girov qoymaq məqsədilə Elmiraya notariusda satdığını eşitmişdir. O, İlhamənin yaxını kimi Aftandilə evi girovdan çıxarmasını desə də Aftandil bu barədə söz vermiş, lakin vədinə əməl etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikahın bağlanması haqqında 23 oktyabr 1995-ci il tarixli V-JF seriyalı, 382604 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 23 oktyabr 1995-ci il tarixdə 224 nömrəli nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Babayev”, arvada “Ələkbərova” soyadı verilmişdir. 01 aprel 2019-cu il tarixli, AZ-İİ 006309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 mart 2019-cu il tarixdə qaraciyərin fibrozu və sirrozu səbəbindən ölmüşdür. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 40.7 kvadratmetrdən ibarət mənzil İddiaçı mülkiyyətində olmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 31 saylı evin, 18 nömrəli mənzilində pasport qeydiyyatındadır. İddiaçı Gəncə şəhəri 6 saylı notariusu Məhərrəm Talıbova ünvanlandığı xx.xx.2022ci il tarixli ərizənin mətnindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********05-05101-093015 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Satıcı İddiaçı və alıcı Cavabdeh ünvan 3 ünvanlandıqları xx.xx.2022-ci il tarixli ərizənin mətnindən aydın görünür ki, onlar İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin (1/1 hissə 40.7 kvadratmetr) 25000 (iyirmi beş min) manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı başqa xərclərin ödənilməsini alıcı öz üzərinə götürür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını xahiş edir. Satıcı həmin məbləğin müvafiq müqavilənin notarius tərəfindən təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. ünvan 5 ünvanlandığı xx.xx.2022-ci il tarixli, 884 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Atatürk-237, ev 2A, mənzil 10 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25000 (iyirmi beş min) manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ34MUGA**********00001AZM13 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Muğanbank ASC-nin Gəncə filialının 24 noyabr 2022-ci il tarixli qəbzindən görünür ki. Cavabdeh ünvan 5 ünvanlandığı xx.xx.2022-ci il tarixli, 884 nömrəli məktub əsasında 25000 (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir. 24 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 4 ünvanında yerləşən 40.7 kvadratmetrdən ibarət mənzili alıcı Cavabdeh 25000 (iyirmi beş min) manata satmışdır. Gəncə Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(125)-50/2023 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətində, yəni 02 iyun 2023-cü il tarixədək ünvan 1 saylı mənzilin üzərində sərəncam vermək qadağan edilmişdir. 02 iyun 2023-cü il tarixdə müvəqqəti təminat tədbirinin qüvvədən düşməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X7 ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 23 oktyabr 1995-ci il tarixdə 224 nömrəli nikah qeydə alınmışdır. X8 31 mart 2019-cu il tarixdə qaraciyərin fibrozu və sirrozu səbəbindən ölmüşdür. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 40.7 kvadratmetrdən ibarət mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Həmin mənzildə yalnız İddiaçı pasport qeydiyyatında olmuşdur. İddiaçı Gəncə şəhəri 6 saylı notariusu Məhərrəm Talıbova xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********05-05101-093015 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili satmaq istədiyini bildirib bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra 24 noyabr 2022-ci ildə satıcı İddiaçı və alıcı Cavabdeh Gəncə şəhəri 6 saylı notariusu Məhərrəm Talıbova birgə ərizə imzalayıb bildirmişlər ki, onlar İddiaçı məxsus olan ünvan 8 ünvanında yerləşən mənzilin (1/1 hissə 40.7 kvadratmetr) 25000 (iyirmi beş min) manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı başqa xərclərin ödənilməsini alıcı öz üzərinə götürür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını xahiş edir. Satıcı həmin məbləğin müvafiq müqavilənin notarius tərəfindən təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Bundan sonra Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən Muğanbank ASC-nin Gəncə filialına xx.xx.2022-ci il tarixli, 884 nömrəli məktub ünvanlayaraq Gəncə şəhəri, Atatürk-237, ev 2A, mənzil 10 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25000 (iyirmi beş min) manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ34MUGA**********00001AZM13 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Həmçinin Muğanbank ASC-nin Gəncə filialının 24 noyabr 2022ci il tarixli qəbzi ilə təsdiq olunmuşdur ki, Cavabdeh ünvan 5 ünvanlandığı xx.xx.2022-ci il tarixli, 884 nömrəli məktub əsasında 25000 (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir. Bundan sonra isə satıcı İddiaçı ünvan 4 ünvanında yerləşən 40.7 kvadratmetrdən ibarət mənzili alıcı Cavabdeh 25000 (iyirmi beş min) manata satmış və 6 saylı notariat ofisində bu barədə 24 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa iddiaçı cavabdehdən borc pul almış və bunla bağlı onların arasında mübahisə var və həmin mübahisəyə məhkəmədə baxılır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı ilə X4 arasında 2022-ci ildə qeyri-rəsmi münasibət yaranmış və sonuncu İlhamədən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almışdır. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı yuxarıda qeyd edilən alqı-satqı müqaviləsi bağlanılan zaman onun şantaj olunduğunu, əslində girov müqaviləsi bağlamaq niyyətində olduğunu və alqı-satqı nəticəsində müqavilədə qeyd edilən məbləğdə, yəni 25000 manat deyil, 11000 manat pul aldığını və həmin pulu da üçüncü şəxs X2 verdiyini bildirərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 31 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında Gəncə şəhəri 6 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2022-ci il tarixli, 4Ə-753 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Cavabdeh adına ünvan 4-ə dair verilmiş çıxarışın, mülkiyyət hüququna dair qeydin ləğv edilməsini tələb edir. Lakin, məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddiaçı tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Əksinə tədqiq olunan sübutlardan görünür ki, İddiaçı ona məxsus olan ünvan 2 ünvanını satmaq barədə əvvəlcədən məlumatlı olmuş və notariat ofisində öz iradəsini ifadə edərək mənzilini cavabdehə satmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı mənzilini satması, yaxud girov qoyulmasına səbəb kimi ona qarşı hər hansı şəxslərin qanuna zidd təsirlərinin olması faktı da məhkəmə iclasında müəyyən olunmadı. Bu barədə iddiaçının ümumiyyətlə heç bir sübutu yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı mənzilin satılmasına görə satış pulunu almaması, yaxud müqavilədə göstərilən məbləğdən az alması ilə bağlı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında göstərilənlər də hazırki müqavilənin etibarsızlığına səbəb olacaq hal deyildir. Bu fakt öz təsdiqini tapacağı halda isə iddiaçı cavabdehlə arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsızlığını deyil, müqavilənin ləğvini tələb edə bilərdi. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri və prosessual qənaət prinsipi baxımından hazırkı mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi üçün əsasları yoxlamır. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi digər hallar da məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlana əqd daxili iradə olmadan bağlanan əqdə aid olunur. Bu cür etibarsız əqdlərdə müvafiq tərəfin daxili iradəsi təhrif edilir. Hüquqauyğun hərəkətlərdən də, hüquqazidd hərəkətlərdən də hədə kimi istifadə ediləndə, daxili iradə olmur və buna görə də əqd etibarsız hesab edilir. Bununla belə, istənilən hər hansı hədə təsiri əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bunun üçün bir neçə şərtin olması gərəkdir. Birincisi hədə real olmalıdır. İkincisi hədə əqd iştirakçısında müəyyən təhlükə haqqında təsəvvür yaratmaq imkanına malik olmalıdır. Üçüncüsü hədə şəxsi əqd bağlamağa təhrik etmək məqsədilə bilavasitə həyata keçirilməlidir. Məhkəmə hazırkı mübahisə ilə bağlı mülki qanunvericiliyin zəruri olan hüquq normalarını da qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6-cı maddəsinə görə yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddiaçının tələbi rədd edildiyindən, onun digər tələbi olan mülkiyyət hüququna dair cavabdehin adına olan çıxarışın ləğvi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5258/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5258/2023
20.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver