Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5261/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X60 Şakir oğlunun sədrliyi, X13 iclas katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkil) X24, Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair ilk iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhərində xx.xx.2015-ci il tarixdə anadan olmuş qızı Zəhranın atası olmasının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Cavabdeh adının yazılması, Cavabdeh qızı Zəhranın yetkinlik yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına, həmçinin 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə el adəti ilə faktiki evlənməklə ailə qurmuş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşayış dövründə xx.xx.2015-ci il tarixdə Zəhra adlı uşağı doğulmuşdur. Cavabdehlə evlənərək ümumi təsərrüfatı idarə etməklə ər-arvad münasibətində birgə yaşamışlar. Cavabdeh onu öz arvadı hesab etmişdir. Sonradan cavabdehlə aralarında olan narazılığa görə 9 ildən artıq bir müddətdir ki, faktiki ayrılmışlar. Hazırda uşaq onun himayəsində yaşayır. Maddi cəhətdən çətinlik çəkir, lakin cavabdeh ona köməklik göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur və maddi vəziyyəti normaldır. Azyaşlı övladı xəstə olmaqla daimi müalicələrdə olur və buna onun imkanı çatmır. Rəsmi nikahları olmadığına görə uşağın doğum haqqında şəhadətnaməsində cavabdeh uşağın atası kimi göstərilməmişdir. Hazırda cavabdeh atalığını etiraf etmək üçün qeydiyyat şöbəsinə müraciət etməkdən imtina edir. Odur ki, o, məcbur qaldığından hazırki ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü qızları Zəhranın onun yanında qalmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı ona qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Alimentin tutulması uşağın yanında qaldığı valideyni tərəfindən sürülə bilər. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan ayrılandan 2 ay sonra Samux rayonuna ərə getmiş, uşaq isə nənəsinin, cavabdehin anasının yanında qalmışdır. Məhkəmənin 17 avqust 2023-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh ilə 2013-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş və lakin nikahlarını rəsmiləşdirməmişdir. Qeyrirəsmi ailə münasibətlərindən Zəhra adlı bir uşaqları dünyaya gəlmişdir. Uşaq doğulandan indiyə kimi onun himayəsindədir. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə faktiki ayrılmışlar. Aralarında rəsmi nikah olmadığı və cavabdeh atalığı təsdiq edən sənədi vermədiyi üçün uşaq onun soyadı ilə qeydiyyata alınmışdır. Bir neçə illərdir ki, cavabdeh uşağa atalığını tanıtmaqdan yayınır və atalığın müəyyən edilməsi ilə bağlı qeydiyyat şöbəsinə ərizə verməkdən imtina etdiyinə görə o, atalığın məhkəmə qaydası ilə müəyyən edilməsinə dair iddia qaldırmağa məcbur olmuşdur. Eyni zamanda Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Uşağın tələbatları günü-gündən artır və o, uşağın saxlanılmasında çətinlik çəkir. Özü ikinci dəfə ailə həyat qursa da ayrılmışdır. Cavabdeh uşağın saxlanılması üçün aliment ödəməmək, başqa sözlə aliment öhdəliyindən yayınmaq üçün uşaq tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Zəhra adlı uşaq azyaşlıdır, onun ana qayğısına ehtiyacı vardır, həm də uşaq atası Cavabdeh tanımır. Belə olduğu halda Zəhra adlı uşağın cavabdeh olan atası Cavabdeh yanında saxlanılması uşağın mənafeyinə ziddir. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) X24 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə eyni məzmunlu izahat verərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 07 yanvar 2015-ci il təvəllüdlü Zəhra adlı uşağın atası olmasını etiraf edir, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir və bu faktı mübahisələndirmir. Belə ki, İddiaçı ilə faktiki evlənməklə ailə həyatı qurmuş, ev adəti ilə toyları olmuş və 1 il 6 ay birlikdə yaşamışlar. Lakin, nikahlarını rəsmiləşdirməmişlər. İddiaçı nikahlarını rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini verməmiş, məhz bu səbəbdən nikahlarını rəsmiləşdirə bilməmişdir. İddiaçı ilə faktiki ailə münasibətlərindən Zəhra adlı uşaqları dünyaya gəlmişdir. Zəhra adlı uşağın atası odur və Zəhranın onun himayəsində qalmasını istəyir. Lakin, Zəhra onu tanımır. Belə ki, Zəhranı körpə vaxtı, yəni 6 aylığına qədər görmüş, lakin daha sonra İddiaçı uşağı ona göstərməmişdir. Zəhra adlı uşaq onun himayəsinə verilməzsə onun saxlanılması üçün 150 manat aliment verməyə razıdır. Çünki, fəhləlik edir və gündəlik qazancı 12-13 manatdan çox olmur. Bundan başqa, yenidən ailə həyatı qurmuş və himayəsində daha bir azyaşlı uşağı vardır. Odur ki, ilk iddianın qismən, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİİ seriyalı, 858986 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X25 07 yanvar 2015-ci il tarixində doğulmuşdur. Valideynləri atası – X34, anası – X5r. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 21 iyun 2023-cü il tarixli, MŞG/MT007/2023-01899 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment və atalığın müəyyən edilməsi” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixində sat 14:00 saatlarında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiyaya dair xərci tam ödəmişdir. Foto şəkillərdən görünür ki, İddiaçı və Cavabdeh el adəti ilə toyları olmuşdur. AZ-İİ seriyalı, 341799 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X26 arasında nikah Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 13 iyun 2019-cu il tarixində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 iyun 2019-cu il tarixində 1370 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mehdiyev”, arvada “Mehdiyeva” soyadı verilmişdir. AZ-İV seriyalı, 676031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 noyabr 2021-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X15r. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5261/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadından görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair mülki iş üzrə tərəflərin birgə ailə münasibətlərindən 07 yanvar 2015-ci il tarixdə doğulmuş X8 İddiaçı və ya Cavabdeh yanında qalmasının onun mənafeyinə uyğun olması, İddiaçı və Cavabdeh həyat şəraiti barədə müayinə aktları və mübahisəyə dair əsaslandırılmış rəy verilməsi üçün zəruri olan sənədlərin surətinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsini rəhbər tutaraq, uşaqların gələcək mənafeyini nəzərə alaraq, xx.xx.2015-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair aktdan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin böyük məsləhətçisi X9, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X54 və Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi X4 bu aktı tərtib etmişlər ondan ötrü ki, İddiaçı hal-hazırda yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçədə yerləşən fərdi baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ev İddiaçı anası X3 məxsusdur. İddiaçı sözlərinə görə evdə özü, övladı, atası və anası yaşayır. Ev iki otaq, bir şüşəbənd, mətbəx və hamamdan ibarətdir, yaşayış sahəsi 40,0 kvadratmetrdir, orta təmirlidir. Ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, qaz sobası ilə isidilir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu tərəfindən tərtib edilmiş psixoloji rəydən görünür ki, aparılmış söhbət zamanı müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan Zəhra atası Cavabdeh tanımır və ona hissi emosional bağlı deyildir. Ata qayğısı və nəvazişi görmədiyi üçün atasına qarşı neytral münasibət bəsləyir. Belə ki, anasının ona göstərdiyi qayğı və sevgini duyaraq o, hal-hazırda yaşam tərzindən narazı deyildir. Yetkinlik yaşına çatmayan Zəhra ananın yanında qalmaqla inkişaf edir, formalaşır və mövcud həyat tərzinə uyğunlaşır. Əqli, əməli və sosial cəhətdən tərbiyə olunur, həyatı və şəxsiyyəti inkişafı baxımından emosional olaraq anasına daha çox bağlanır. Odur ki, xx.xx.2015-ci il təvəllüdlü X25 anası İddiaçı yanında qalması onun gələcək mənafeyləri üçün məqsədə uyğun hesab olunur. Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 5437 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 20 avqust 2023-cü il tarixli, 5514 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. 08 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanı məsul katibi X19, Hüquq şöbəsinin məsləhətçisi X27, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X20 tərəfindən bu akt tərtib edilmişdir ondan ötrü ki, Goranboy rayonu Hazırəhmədli kəndində yaşayan Cavabdeh yaşadığı evə baxış keçirilərkən məlum olmuşdur ki, evin ümumi sahəsi 96 kv,m, ev 2 otaq, 1 zal, mətbəx və sanitar qovşaqdan ibarətdir. Normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 0,08 hektardır. Həmin evdə uşaqların yaşaması, təhsil almaları və tərbiyə olunmaları üçün müvafiq şərait mövcuddur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X61 Goranboy Rayon Mərkəzi X23 Şəxsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 321 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Mehdiyev X21 MRX-nin poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X61 Goranboy Rayon Mərkəzi X23 Şəxsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 321 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Mehdiyev X21 MRX-nin poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, 99 nömrəli arayışdan görünür ki, X2 şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə üçüncü sinifdə 1-ci növbə Azərbaycan bölməsində oxuyur. Dərs saat 08:00-da başlayır, 14:00-da bitir. Samux Rayon Məhkəməsinin 2(058)-899/2020 nömrəli 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X35 arasında 10 oktyabr 2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2055 sayla qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından 15 sentyabr 2018-ci il tarixdə anadan olmuş X36 adlı uşağın iddiaçı olan anası İddiaçı yanında və himayəsində saxlanılması, tərəflərin birgə nikahından 15 sentyabr 2018-ci il tarixdə anadan olmuş X16 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X17 hər ay hər növ qazancından, 100 (yüz) manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 16 dekabr 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı, xx.xx.2021-ci il təvəllüdlü X28, xx.xx.2015-ci il təvəllüdlü X25, xx.xx.1993-cü il təvəllüdlü X37, xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1989-cu il təvəllüdlü X18, xx.xx.1968-ci il təvəllüdlü X11, xx.xx.1965-ci il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X6, xx.xx.1964-cü il təvəllüdlü X1 şəhəri, 1-ci mikrorayon, ev 6, mənzil 31 ünvanında qeydiyyatdadırlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh ilə el adəti ilə toyları olmuş, ailə kimi bir yerdə yaşamış, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Tərəflərin münasibətlərindən bir uşaqları xx.xx.2015ci il təvəllüdlü X25 adında bir qız uşaqları doğulmuş və həmin uşağa doğum haqda şəhadətnamə verilərkən cavabdeh ata Cavabdeh qeydiyyat orqanına getməmiş, uşağa anasının soyadı verilmişdir. Sonradan tərəflər arasında münasibət pozulmuş və halhazıradək azyaşlı uşaq anasının yanında qalır, uşağın saxlanmasında ilk iddia üzrə iddiaçı maddi cəhətdən çətinlik çəkir və onun saxlanılması üçün atası tərəfindən heç bir köməklik olunmur. Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü qızları Zəhranın onun yanında qalmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 avqust 2023-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mübahisənin düzgün həll edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək xx.xx.2015-ci il tarixdə anadan olmuş Zəhra adlı uşağın atası olmasını etiraf etmiş, Zəhranın onun himayəsinə verilməsini xahiş etmiş, Zəhra adlı uşaq onun himayəsinə verilməzsə onun saxlanılması üçün 150 manat aliment verməyə razı olduğunu bildirərək, ilk iddianın qismən, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. Məhkəmə ilk növbədə qeyd edir ki, ilk iddia tələbi atalığın müəyyən edilməsi hissəsində ilk iddia üzrə Cavabdeh özü tərəfindən etiraf edilmişdir və ilk iddia üzrə cavabdeh bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ilk iddiaçının ilk iddia tələbinin əsası kimi istinad etdiyi hallar ilk iddia üzrə cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, ilk iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından xx.xx.2015-ci il tarixdə “Zəhra” adlı uşaqlarının anadan olmasının tərəflərin izahatları ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və xx.xx.2015-ci il təvəllüdlü X8 atası xx.xx.1991-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Goranboy rayonu, Hazırəhmədli Ərazi Dairəsi, Hazırəhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh olması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda ilk iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, ilk iddia göstərilən hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq hesab edir ki, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu və uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə almaqla, hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment ilk iddia üzrə Cavabdeh alınaraq, ilk iddia üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması ilk iddianın məhkəməyə daxil olduğu xx.xx.2023cü il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qəyyumluq və himayəçilik komissiyasının rəyini, psixoloji rəyi, tərəflərin faktiki ailə münasibətlərdən doğulmuş uşağın xeyli vaxtdır atasından ayrı olmaqla anası ilə birlikdə yaşamasını, uşağın ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmasını, uşağın azyaşlı olmasını və digər mənafelərini nəzərə alaraq, xx.xx.2015-ci il təvəllüdlü Zəhra adlı uşağın qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh olan atası Cavabdeh himayəsinə verilməsi üçün heç bir əsas görmür. Məhz bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, ilk iddia üzrə cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, mediasiya xərcini ödəməmişdir. Mediasiyaya çəkilən xərc ilk iddia üzrə iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı - xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş X8 atası xx.xx.1991-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Goranboy rayonu, Hazırəhmədli Ərazi Dairəsi, Hazırəhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh olması müəyyən edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və xx.xx.2015-ci il təvəllüdlü X8 yeni doğum haqqında şəhadətnamədə soyadı Mehdiyeva, adı Zəhra, atasının adı Elxan, ata qrafasında atası olaraq Cavabdeh qeyd edilsin. xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlk iddia tələbi alimentə dair qalan hissədə təmin edilməsin. Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində (ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci) ödənilmiş 100 (bir yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə Cavabdeh alınıb ilk iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddiaçı üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5261/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5261/2023
18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver