Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5268/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X7 xx.xx.2006-cı ildə (sonradan təqdim edilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən) anadan olmuşdur, atası Ərizəçi və anası X1r. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin qızıdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4420/2017 nömrəli, 04 iyul 2017-ci il tarixli qətnaməsi ilə Ərizəçi X2 qarşı nikahın pozulmasına dair iddiasının təmin edilməsi, Ərizəçi ilə X4 arasında xx.xx.2017-ci ildə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ataları Ərizəçi yanında saxlanılması qət edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş qızı X7 anadangəlmə əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu ilə xəstədir. Qızının qüsuru o dərəcədədir ki, nəzarət olmadıqda özünü qətiyyən idarə edə bilmir. Qızının daimi qulluğa və nəzarətə ehtiyacı var. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Qızına o baxır, qayğısını o çəkir. Belə ki, qızının anası ilə nikahları pozulmuş, uşaq onun himayəsində saxlanmışdır. Qızı Fəridənin mənafeyini təmin etmək üçün üzərində qəyyum təyin edilməlidir. Bunun üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, oradan ona rəsmi məktub verərək bildirmişlər ki, qızının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə ehtiyac var. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi, həmçinin əlavə etdi ki, 2017-ci ildə məhkəmə qətnaməsi ilə X4 ilə nikahları pozulmuş, İlahə, həmçinin Fəridə onun himayəsinə verilmişdir, xəstə uşağa baxdığından işləyə bilmir. Bundan başqa ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Həmçinin, Fəridənin əvvəlki doğum şəhadətnaməsində texniki səhvə yol verilmişdir, hazırda həmin səhv aradan qaldırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 257339 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 208 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il təvəllüdlü X6 məxsus sosial arayışdan görünür ki, X3 Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixli müayinəsinə əsasən o birinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2022-ci ildir, əlilliyin müddəti isə müddətsizdir. Həmçinin orqanizmin funksiyalarının pozulma faizi 85 faizdir, əsas diaqnoz F72 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, İQ20 olmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X6 məxsus xx.xx.2022-ci il tarixli, 485/22 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X6 qoyulmuş diaqnoz F72.1 – ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunan ciddi xəstəlik, davranış pozuntuları ilə (anamnezində qıcolma tutmaları), F800 nitq qüsurudur. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçiyə ünvanlanmış 5-1/2-Y-19-449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Fəridə Yusifovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 763 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir, X7 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Ərizəçi, xx.xx.2006-cı il təvəllüdlü X3 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 317-321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş X7 (FİN: 7QD566P) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5268/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5268/2024
25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver