Məhkəmə qərarları › İş №2(125)-5311/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5311/2024

27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5311/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış qaz pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum xx.xx.1963-cü il təvəllüdlü X2 adına- Gəncə şəhəri, Gülüstan yaşayış massivi, Qızıl Qaya yaşayış ərazisindəki evə artıq yazılmış 4600 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan yaşayış massivi, Qızıl Qaya yaşayış ərazisində yaşayır. Həmin ünvanda yerləşən ev mərhum X1nun mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən sayğaca müdaxilə ehtimalının olması səbəbindən sayğacın əvəzlənməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu göstərilmişdir. Buna uyğun olaraq, onun ünvanına 3600 manat qanunsuz borc hesablanmışdır. Bundan başqa sayğac sökülüb aparılarkən onun üzərində 540 m3 qazın olduğu göstərilmişdir. Lakin sayğac sökülüb aparıldıqdan sonra üzərindəki göstərici 4029 m3 artıq göstərilmiş, bununla da əlavə olaraq 1000 manat pul hesablanmışdır. X1 uzun müddət onkoloji xəstə olmuş, ona görə də onlar evdə yaşamamışlar və Bakı şəhərində atasını müalicə etdirmişlər. Sayğacın dəyişdirilməsi də atasının xəstə olduğu dövrə aiddir. X1 13 avqust 2024-cü ildə vəfat etmişdir. Həmin evdə yaşayış olmamışdır. Qanunvericiliyə görə vaxtaşırı olaraq həmin sayğaca baxış keçirilmişdir. Əgər hər hansısa bir müdaxilə olmuş olsaydı bu barədə dərhal tədbir görülməli idi. Üstəlik qaz sayğacı onun evində deyil, ictimaiyyət üçün açıq olan gediş-gəliş yolunda yerləşdirilmişdir. Sayğac sökülərkən tərtib edilən aktda ona hər hansısa bir müdaxilə olması konkret olaraq göstərilməmişdir. Yalnız belə bir ehtimalın olması göstərilmişdir. Sayğac onların yanından götürüldükdən sonra onların iştirakı ilə açılmalı idi. Həmin zaman onların iştirakı təmin edilmədən sayğacın açılması, üstəlik sayğacın üzərində göstəricinin fərqliliyi sübut edir ki, sayğacda heç bir müdaxilə olmamışdır. Bundan başqa onların ödənişlərinə nəzər salanda hər ay kifayət qədər böyük həcmdə ödənişlər etdiklərini görmək mümkündür. Əgər onlar tərəfindən hər hansısa bir müdaxilə edilmiş olsaydı, o zaman əvvəlki illərdə və aylarda daha az məbləğdə pulun ödənilməsini görmək mümkün idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, göstərilən ünvanda cücə saxlayırlar. Onları xəbərdar etməmiş, sayğacı kəsib laboratoriyaya aparmışdırlar. Sayğac çıxarılanda nə atası, nə də özü iştirak etməmişdir. Hazırda həmin sayğacı blomladıqları üçün istifadə edə bilmirlər. Laboratoriyaya apardıqları sayğacı gətirib yenidən quraşdırmışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan saygaca baxış keçirilərkən sayğaca müdaxilə edildiyi ehtimal olduğu üçün sayğac açılaraq laboratoriyaya göndərilmiş və yeni sayğacla əvəz edilmişdir. Yeni qurasdırılan sayğac laboratoriyaya aparılan sayğac deyildir. Sayğac laboratoriyadan keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və cızılaraq qulaqcıqlarında əzik sızıq izlərinin olduğu aşkar edilmişdir. Saygacın istismara yararsız olduğu müəyyən edilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X2 istifadəsində olan Honeyvell tipli, G6 markalı, 40381024 nömrəli qaz sayğacı açılaraq, Honeyvell tipli, G6 markalı, 40381908 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi müdaxilə ehtimalı qeyd edilmişdir. Aktda istehlakçı N.Ələsgərovun iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin MDS məktubuna əsasən sayğaca baxış keçirilmiş, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Aktda istehlakçı Nasil Ələsgərovun iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. AZ-İİ 443081 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2024-cü ildə ölmüşdür. **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib olunmamışdan əvvəlki aylarda (akt xx.xx.2023-cü ildə tərtib olunmuşdur) abonentin sayğac üzrə 2023-cü il üçün qaz sərfiyyatı yanvar ayında 365 m3, fevral ayında 198 m3, mart ayında 123 m3, aprel ayında isə 128 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X2 istifadəsində olan Honeyvell tipli, G6 markalı, 40381024 nömrəli qaz sayğacı açılaraq, Honeyvell tipli, G6 markalı, 40381908 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi müdaxilə ehtimalı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin məktubuna əsasən sayğaca baxış keçirilmiş, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Bununla belə sayğac laboratoriyadan keçirilərkən abonentin iştirakı təmin edilməmiş, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 21600 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2592 manat pul silinməlidir. Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 45,92 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 21600 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2592 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 45,92 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar