Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5317/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanına Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında mərhum anası Dürrubə Atakişiyevanın adına yazılmış 1814.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Gəncə şəhərində doğulmuş və ünvan 2 ünvan mərhum anası Dürrabə Atakişiyevanın mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə cavabdeh X8 İdarəsinin əməkdaşları onun ünvanına gələrək evə baxış keçirdikləri zaman guya ki, qaz xəttindən sayğacdan kənar əlavə xətt aşkar etmişər. Həmin xətlərin (boruların) tam boş və yararsız olmasına, heç bir yerə qoşulu olmamasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə Akt tərtib edərək, mərhum anası Dürrubə Atakişiyevanın adına 1814.40 (min səkkiz yüz on dörd manat qırx qəpik) manat cərimə yazılmışdır. O, həmin cərimə ilə razı deyildir. Hesab edir ki, yazılmış cərimə tam qanunsuz və əsassızdır. Belə ki, nə o, nə də ki onun ailə üzvləri qaz xəttinə hər hansı müdaxilə etməmişlər. Hər hansı xətt çəkməmişlər, ümumiyyətlə kənar müdaxilə etməmişlər. Bir daha qeyd etmişdir ki, buna baxmayaraq, əsassız olaraq akt tərtib edərək cərimə yazmışlar. Ona görə də “Azəriqaz" İstehsalat İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı aktla mərhum anası Dürrubə Atakişiyevanın adına yazılmış 1814.40 (min səkkiz yüz on dörd) manat 40 qəpik cərimənin silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı iştirak etmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia tələbinə etiraz verərək, bildirmişdir ki, İddiaçı (abonent Dürrubə Atakişiyeva) ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvan təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı Qazdan istifadə Qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Cavabdeh Gəncə X10 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə Qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə qaz xəttinə baxış keçirərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Faktla bağlı yerində yerində sənədləşmə aparılmış, video görüntü aparılmışdır. Bu barədə iddiaçının iştirakı ilə ******* saylı, xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən qazdan qanunsuz istifadə nəticəsində 15120 m3 itirilmiş qazın bərpası məqsədilə 1814.40 manat məbləğində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Həmçinin istehlak edilmiş qazın dəyəri tam ödənilməmiş, nəticədə ünvan üzrə 224.20 manat debitor borc yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasına cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi gəlməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, küçə daşıyıcı qaz xəttindən sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. X1 həmin aktda imzası yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 15120 m3 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilmiş surətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. X2, anası X4r. İşdə olan abonentin saldosundan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanda istehlakçı Dürrübə Atakişiyevaya 2024-cü ildə qalıq və aktlar üzrə 1814.40 manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı Cavabdeh nümayəndələri tərəfindən aşkarlanmış və bu barədə xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, həmin Akta əsasən iddiaçıya hesablanmış sərfiyyat əsaslı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 81-ci maddəsinin tələblərinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. MPMin 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Baxılan işdə Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı barədə xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və yaxud cinayət təqibi orqanına təqdim edilməsi və həmin Aktla bağlı araşdırmaların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi ilə nəzərdə tutulan sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanına hesablanmış 1814.40 manat məbləğində borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesab edilməli və silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ev 59 ünvanına hesablanmış 1814.40 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5317/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5317/2024
17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver