Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5322/2025 16.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X7 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X7 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1954-cü il təvəllüdlü “Kəskin başlanmış vaskulyar demensiya. Serebral ateroskleroz nəticəsində demensiya, koqnitiv funksiyaların kobud pozulması. MMSE-12. Kəskin başlanmış vaskulyar demensiya. Hipertenziv ensefalopatiya. Xroniki hipertenzif ensefalopatiya. Serebral ateroskleroz. Xroniki baş beyin işemiyası. Disfaziya və afaziya. Motor afaziya. Hərəkətin və yerişin pozulması. Dayaq hərəkət-yeriş funksiyasının pozulması” xəstəliyindən əziyyət çəkən X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası, xx.xx.1954-cü il təvəllüdlü X5 “Kəskin başlanmış vaskulyar demensiya. Serebral ateroskleroz nəticəsində demensiya, koqnitiv funksiyaların kobud pozulması. MMSE-12. Kəskin başlanmış vaskulyar demensiya. Hipertenziv ensefalopatiya. Xroniki hipertenzif ensefalopatiya. Serebral ateroskleroz. Xroniki baş beyin işemiyası. Disfaziya və afaziya. Motor afaziya. Hərəkətin və yerişin pozulması. Dayaq nərəkət-yeriş funksiyasının pozulması” xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliyi ilə bağlı anası Səadət Məmmədova birinci dərəcəli əlildir. Xəstəliyi ilə əlaqədar olaraq anası özünü bilmir, ətrafda baş verənləri anlamır, özünü idarə edə bilmir. Tibbi Sosial Ekspert Komissiyasının müayinə barədə məlumatından da göründüyü kimi anasının orqanizminin funksiyasının 95 faizi pozulmuşdur. Buna görə o, anasının üzərində qəyyum təyin edilmək istəyir. Belə ki, anasının sənədlərinin (şəxsiyyət vəsiqəsi, pensiya kartı və s.) düzəldilməsi üçün müvafiq dövlət orqanlarına o, gedir, özü gedə bilmir. Lakin anasının üzərində qəyyumluğum müəyyən edilmədiyi üçün hər zaman problemlərlə üzləşir. O, anası Səadət Məmmədovanın qəyyumluğunun ona verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, İcra Hakimiyyəti ona imtina vermiş və ünvanına göndərdiyi məktubda anasının üzərində qəyyum təyin edilməsi üçün anasının fəaliyyət qabiliyyətsiz olması ilə bağlı məhkəmə qətnaməsinin tələb edildyini bildirmişdir. Buna görə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Səadət Məmmədova onun anasıdır. Lakin, anasına kəskin başlanmış vaskulyar demensiya, serebral ateroskleroz nəticəsində demensiya, koqnitiv funksiyaların kobud pozulması. MMSE-12. Kəskin başlanmış vaskulyar demensiya, Hipertenziv ensefalopatiya, xroniki hipertenziv ensefalopatiya. Serebral ateroskleroz. Xroniki baş beyin işemiyası. Disfaziya və afaziya, Mofor afaziya. Hərəkətin və yerişin pozulmaları, Dayaq hərəkət-yeriş funksiyalarının pozulması diaqnozu qoyulmaqla, birinci qrup əlillik təyin edilmişdir. Anası üzərində qəyyum təyin edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ona anası Səadət Məmmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X7 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - AZ-İİ seriyalı, 708741 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 11 avqust 1987-ci il tarixdə doğulmuşdur. Atası – X9, anası – X3r. - Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, X4 birinci dərəcəli əlillik təyin edilməklə, kəskin başlanmış vaskulyar demensiya, serebral ateroskleroz nəticəsində demensiya, koqnitiv funksiyaların kobud pozulması. MMSE-12. Kəskin başlanmış vaskulyar demensiya, Hipertenziv ensefalopatiya, xroniki hipertenziv ensefalopatiya. Serebral ateroskleroz. Xroniki baş beyin işemiyası. Disfaziya və afaziya, Mofor afaziya. Hərəkətin və yerişin pozulmaları, Dayaq hərəkət-yeriş funksiyalarının pozulması diaqnozu qoyulmuşdur. - Maraqlı şəxs 06 avqust 2025-ci il tarixli, 5-1/2-M-19-2033/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Səadət Məmmədovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, Səadət Məmmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. - AZ-İİ seriyalı, 480742 nömrəli, 10 fevral 2025-ci il tarixli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 fevral 2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 fevral 2025-ci il tarixdə 165 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktıdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-5322/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin 31 oktyabr 2025-ci il tarixli, 786 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 «KƏSKİN BAŞLANMİŞ VASKULYAR DEMENSİYA AĞİL ZƏİFLİYİ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F01.0) müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər, anamnestik məlumatlar (yaxınlarının deməsinə görə Gəncə hadisələri zamanı evə düşən bombanın təsirindən beton qırıqları başına düşməsindən sonra psixi vəziyyətində dəyişikliklər yaranması, getdikcə durumunun kəskinləşməsi, psixi vəziyyətinə görə özünü idarə edə bilməməsi, baxımlannı etmək iqtidarında olmaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2025-ci il tarixdən ona “Kəskin başlanmış vaskulyar demensiya Serebral ateroskleroz nəticəsində demensiya, koqnitiv funksiyaların kobud pozulması. MMSE-12. Kəskin başlanmış vaskulyar demensiya. Hipertenziv ensefalopatiya. Xroniki baş beyin işemiyası. Disfaziya və afaziya. Motor afaziya. Hərəkətin və yerişin pozulması. Dayaq hərəkət-yeriş funksiyasının pozulması” diaqnozu qoyulması, müddətsiz birinci dərəcəli əlil və əmək qabiliyyətsiz hesab olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahiri görünüşünə görə çaşqın və bir qədər gərgin olması, düşüncəsinin formal xarakterli olması, bələdliyinin özünə, zamana və məkana görə pozulması, ünsiyyətə adekvat daxil ola bilməməsi, ona ünvanlanmış sualları tam başa düşməməsi, müayinə zamanı diqqətinin asanlıqla yayınması, motor afaziyanın qeyd olunması, verbal kontakta daxil olmaması, şəkillərə uyğun suallar verdikdə adi əşyaları düzgün tanıya bilməməsi, sadə yazılı mətni başa düşməməsi, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, yaddaş və intellekt funksiyalarının kəskin dərəcədə zəifləməsi, maraq dairəsinin məhdud olması, emosional kövrək olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, psixi funksiyalarının total zəifləməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs X2 «Kəskin başlanmış vaskulyar demensiya (ağıl zəifliyi)» psixi xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, X5 Ərizəçi anasıdır. Belə olan halda Ərizəçi – anası Səadət Məmmədovanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquq baxımından haqlıdır. Daha sonra məhkəmə qeyd edir ki, X1 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, Ərizəçi anası olan X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2025-ci il tarixli, 786 saylı rəyi ilə də yoxlanılan şəxs X2 «Kəskin başlanmış vaskulyar demensiya (ağıl zəifliyi)» psixi xəstəliyi müəyyən edildiyi, yoxlanılan şəxs X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı və X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu qeyd edilmişdir. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1954-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5322/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5322/2025
16.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver