Məhkəmə qərarları › İş №2(125)-537/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-537/2022

21.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-537/2022 21.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi A.A.Həsənov vəsatətlə məhkəməyə müraciət edərək, bildirdi ki, Cavabdeh 13 aprel 2022-ci il tarixdə Goranboy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verilmiş 80.000 manat məbləğində pul vəsaitinin alınıb, ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Goranboy Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir və hazırda da Goranboy Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etməsindən 2 ay sonra İddiaçı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Cavabdeh İddiaçı qarşı Goranboy Rayon Məhkəməsində iddia ərizəsinin əsası kimi göstərdiyi 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadında göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Buna görə də İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılamış saxlanılmalıdır. Sonda A.A.Həsənov vəsatətin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəsatətin rədd olunmasını məhkəmədən xahiş edərək bildirdi ki, Cavabdeh ona qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, 80.000 manat məbləğində pul vəsaitinin ondan alınıb, Cavabdeh verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Goranboy Rayon Məhkəməsinin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclasları keçirilmiş və məhkəmə baxış iclasına təyin edilmişdir. Həmin mülki işin məhkəmə hazırlıq iclasları artıq yekunlaşdığına və mülki iş məhkəmə baxış iclasına təyin olunduğuna görə onun 12 noyabr 2021-ci il tarixli müqavilənin etibarsızlığını təsdiq edən əlavə sübutlar təqdim etmək imkanı itirilmişdir. Bundan başqa, Cavabdeh Goranboy Rayon Məhkəməsinə ona qarşı olan iddia tələbi 80.000 manat məbləğində pul vəsaitinin ondan alınıb, Cavabdeh verilməsi olduğu halda, onun hazırki iddia tələbi müqavilənin etibarsızlığıdır. Buna görə də Cavabdeh nümayəndəsi A.A.Həsənovun vəsatəti rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili R.H.Abdullayev İddiaçı izahatını müdafiə edərək, vəsatətin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini, iddiaçını və onun vəkilini dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanması barədə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İşdə olan Goranboy Rayon Məhkəməsinin işin icraata qəbul edilməsi və məhkəmədə baxılmağa hazırlamaq haqqında 2(045)-977/2022 nömrəli qərardadının surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 80.000 manat məbləğində pul vəsaitinin İddiaçı alınıb Cavabdeh verilməsi tələbinə dair iddia ərizəsi Goranboy Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunan və yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, Goranboy Rayon Məhkəməsinin icraatında hazırki iddia tələbi ilə etibarsız hesab olunması xahiş edilən 12 noyabr 2021-ci il tarixli əqdə əsaslanan iddia olduğuna görə İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası baxılmamış saxlansın. İddiaçıya izah edilsin ki, iddia ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar