Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5374/2025 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Məmməd-zadə Nuriyə Nizami qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. xx.xx.1990-cı il tarixdə anadan olmuş qızı X3 ilə ünvan 1 ünvanında yaşayırlar. Qızı anadangəlmə USİ-nin davamlı qalıq əlamətləri, tərəfli hemiparez, kəskin debillik dərəcəsində olan ağıl zəifliyi diplegik spasfik serebral iflic, əqli, fiziki inkişafdan geri qalma, psixopata bənzər davranış, onurğanın S vari skoliozu İİİ-İV dərəcə diaqnozu ilə xəstədir. Övladının xəstəliyi o dərəcədədir ki, özünü qətiyyən idarə edə bilmir, daimi qulluğa və nəzarətliyə ehtiyacı vardır. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Bu ağır xəstəliyə görə övladına İİ dərəcəli əlillik təyin edilmişdir. Qızına qulluq edir və qayğısını çəkir. Lakin qızının mənafeyini təmsil etmək üçün üzərində rəsmi qəyyum təyin edilməli olduğundan Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Qeyd olunanlara əsasən qızının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Məmməd-zadə Nuriyə Nizami qızı ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş :- XV-JQ 348121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı ildə anadan olmuş X1 ata qrafasında X4, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 Gəncə Regional ambulator şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 709 nömrəli rəydən görünür ki, xx.xx.1990-cı il tarixdə anadan olmuş X2 orta dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları müəyyən edilmişdir. X3 öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X3 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X1 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1990-cı ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5374/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5374/2025
26.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver