Məhkəmə qərarları › İş №2(125)-5446/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5446/2025

29.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5446/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X19rşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddiaçının **********050 abonent kodu üzrə sudan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 1.665 manat 79 qəpik məbləğində əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdiriməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh Gəncə şəhər Sukanal İdarəsinin «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birgə yaşayır. Belə ki, həmin mənzilin yerləşdiyi ünvan «jak» tipli həyətdir və həmin həyətdə 10 ailə yaşayır. Əvvəllər bütün ailələrin suyu bir yerdə olsa da son üç il ərzində hər mənzilin özünün abonent kartı və su xətti mövcuddur. ünvan 1 ünvanında yerləşən mənzildən sudan istifadəyə görə **********050 abonent kodu onun adınadır. Belə ki, sözügedən ünvanda şəxsi hamam və sanitar qovşağı olmamış, ümumi istifadə olmuşdur. O və ailəsi «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən təmin olunan sudan istifadə etməmişdir. Yuyunmaq üçün və məişətdə istifadə etmək üçün Gəncə şəhər, Gülüstan qəsəbəsində yerləşən Üçbulaq adlanan ərazidən su gətirərək istifadə etmişlər. Bundan sonra ona təxminən 2025-ci ilin fevral ayında məlum olmuşdur ki, sudan istifadəyə və tullantı sularının axıdılmasına görə cəmi 1.665 manat 79 qəpik məbləğində əsassız borc hesablanmışdır. Bununla bağlı İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X20 müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh orqanın ona sudan istifadəyə görə borc hesablaması əsassızdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən «jak» tipli mənzildə yaşayır. Həmin mənzilin su təminatı xidməti «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən həyata keçirilir. Ümumi həyətdə bir su bulağı olsa da, həmin mənzillərin hər biri su ilə təmin edildiyinə görə hər birinə ayrıca su xətti çəkilmişdir. İddiaçı və ailə üzvlərinin yaşadıqları ərazi əsl həqiqətdə mənzilə aid bütün şəraitlə təmin olunmuş, eləcə də su ilə təchiz edilmişdir. İddiaçı yaşadığı mənzil su ilə təmin edildiyindən su sərfiyyatına görə nəfər hesabı ilə borc hesablanmışdır. Həmin mənzildə yaşayan şəxslərin sayı isə İddiaçı sözləri əsasında müəyyənləşdirilmişdir. Buna görə də İddiaçı izahatında göstərdiyi xüsusatlar və iddianın əsası kimi istinad etdiyi hallar əsassızdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, ********* faktura nömrəli qəbzin surətindən görünür ki, **********050 abonent kodu üzrə İddiaçı ünvan 1 ünvanına sudan istifadəyə görə 1.665 manat 79 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri X26nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-33/2-10256/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil 1 saylı Gəncə şəhər notariat kontorunun notariusunun 20 avqust 1992-ci il tarixli, 2-6-738 reyestr nömrəli müqaviləsinə əsasən fərdi yaşayış evlərinin Yerli Sovet fondu tərəfindən X1. 1 saylı Gəncə şəhəri dövlət notariat kontorunun notariat ofisinin 10 iyun 1988-ci il tarixli, 2B-1-264 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi X16 olmuşdur. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun notariusunun 22 yanvar 1999-cu il tarixli, 3M-1-22 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X16 tərəfindən X3. Gəncə şəhəri 3-cü dövlət notariat kontorunun dövlət notariusunun 30 iyun 2005-ci il tarixli, 4Ə-1-124 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən mənzil X17 tərəfindən X2 və onun adına 30 iyun 2005-ci il tarixli. 6673 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 19 mart 2014-cü il tarixli, 4Ə-3-824 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X8 tərəfindən X4 və sonuncunun adına 08 aprel 2014-cü il tarixli, **********43- 05101-093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, **********050 abonent kodlu İddiaçı yekun olaraq su istifadə etdiyinə görə 1.762 manat 09 qəpik su borcu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-29959/2025 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında X18 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X8 xx.xx.2011-ci il tarixdən hal-hazıradək, X13 xx.xx.2015-ci il tarixdən hal-hazıradək qeydiyyatdadırlar. Həmin ünvandan xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qeydiyyatdan çıxan şəxslər olmayıb. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, **********050 abonent kodlu İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzilin su təminatı «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən həyata keçirilmişdir. Həmin ünvanda 2014-cü il tarixdək 1 nəfər, 2014-cü il tarixdən 2015-ci il tarixdək 2 nəfər və 2015-ci il tarixdən isə 3 nəfər pasport qeydiyyatında olmuşdur. İddiaçı Azərbaycan Dövlət Su X15 şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X19rşı iddiaçının **********050 abonent kodu üzrə sudan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 1.665 manat 79 qəpik məbləğində əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, etirazının əsası kimi sözügedən ünvana daimi olaraq su təminatı olmasını və qanunvericiliyə uyğun olaraq borcun hesablandığını bildirmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən su təhcizatı ilə təmin edilmişdir. Lakin həmin ünvanda 2011-ci il tarixdən 2014-cü il tarixdək 1 nəfər, 2014-cü il tarixdən 2015-ci il tarixədək 2 nəfər, 2015-ci il tarixdən hal-hazıradək 3 nəfər qeydiyyatda olmuşdur. «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən İddiaçı borcuna dair məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 2011-ci ildən 2022-ci il tarixədək 5 nəfərə görə, 2022-ci ildən isə 4 nəfərə görə, cəmi 1.665 manat 79 qəpik borc hesablandığı göstərilmişdir. Lakin verilən suyun və axıdılan tullantı sularının həcmi evdə qeydiyyatda olan şəxslərin sayına uyğun aparıldığı dövrlər üzrə orada qeydiyyatda olan şəxslərin faktiki yaşamadığı və buna mütənasib olaraq da həmin ünvanda sudan istifadə etmədiyi nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, suyun və axıdılan tullantı sularının həcmi ilə əlaqədar 2011-ci il üzrə 1 nəfərə görə 14 manat 40 qəpik, 2012ci il üzrə 1 nəfərə görə 21 manat 60 qəpik, 2013-cü il üzrə 1 nəfərə görə 21 manat 60 qəpik, 2014-cü ilin may ayınadək 1 nəfərə görə 9 manat, 2014-cü ilin may ayından sonra 2 nəfərə görə 25 manat 20 qəpik, 2015-ci il avqust ayınadək 2 nəfərə görə 28 manat 80 qəpik, 2015-ci il avqust ayından sonra 3 nəfərə görə 14 manat 40 qəpik, 2016-ci il may ayınadək 3 nəfərə görə 27 manat, 2016-cı il üzrə may ayından sonra 3 nəfərə görə 47 manat 25 qəpik, 2017-ci il üzrə 3 nəfərə görə 81 manat, 2018-ci il üzrə 3 nəfərə görə 81 manat, 2019-cu il üzrə 3 nəfərə görə 81 manat, 2020-ci il üzrə 3 nəfərə görə 81 manat, 2021-ci il üzrə 162 manat, 2023-cü il üzrə 162 manat, 2024-cü il üzrə 162 manat, 2025-ci il üzrə 117 manat 90 qəpik, cəmi 1.299 manat 15 qəpik məbləğində borcu yaranmışdır. Həmçinin İddiaçı «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X20 su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə 2012-ci il tarixdə 35 manat, 2013-ci il tarixdə 90 manat, 2014-cü il tarixdə 45 manat, 2015-ci il tarixdə 31 manat, 2016-cı il tarixdə 20 manat, 2017-ci il tarixdə 15 manat, 2018-ci il tarixdə 35 manat, 2019-cu il tarixdə 30 manat, 2021-ci il tarixd 236 manat 28 qəpik, cəmi 522 manat 38 qəpik məbləğində ödəniş etdiyi müəyyən edilir. Buna görə də iddia 889 manat 02 qəpik məbləğində borcun silinməsi tələbinə dair hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən ünvan 1 ünvanı üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı (abonent kodu **********050) hesablanmış 889 (səkkiz yüz səksən doqquz) manat 02 (iki) qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26 tərəfindən ünvan 1 ünvanı üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı (abonent kodu **********050) hesablanmış 889 (səkkiz yüz səksən doqquz) manat 02 (iki) qəpik məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 30 (otuz) məbləğində pul vəsaiti «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X26ndən dövlət büdcəsi nəfinə tutulmalıdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar