Məhkəmə qərarları › İş №2(125)-5455/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5455/2025

03.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5455/2025 03.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi ev 98, yeni qaydalarla AZ 2**1, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi 1*3 ünvanına yazılmış 386.25 manat və 588.53 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, EMİS vasitəsilə əldə olan Gəncə Şəhər Məhkəməsinin *5 avqust 2*25-ci il tarixli, 2(125)-3864/2*25 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh İri Şəhərlərin X2rşı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi ev 98, yeni qaydalarla AZ 2**1, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi 1*3 ünvanına yazılmış 386.25 manat və 588.53 manat borcun silinməsinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2*25-ci il tarixli məhkəmə bildirişindən görünür ki, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair qeyd edilən iş üzrə Gəncə Şəhər Məhkəməsinin *5 avqust 2*25-ci il tarixli, 2(125)-3864/2*25 nömrəli qətnaməsindən İddiaçı vermiş olduğu apelyasiya şikayətinə baxılması *9 oktyabr 2*25-ci il tarixə, saat 1*:**-a təyin edilmişdir. Belə olan halda müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin icraatında iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.*.4-cı maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. 26*-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsi MPM-in 259.*.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar