Məhkəmə qərarları › İş №2(125)-5516/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5516/2023

21.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5516/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Gəncə 1 saylı Asan xidmət Mərkəzində Notariat ofisinə, Cavabdeh2 və üçüncü şəxslər X6 və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Gəncə 1 saylı Asan xidmət Mərkəzində Notariat ofisinə, Cavabdeh2 və üçüncü şəxslər X6 və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin *4.*9.2*23-cü il tarixli iclasında iddiaçı X2 vəsatətinə əsasən iddiaçı X1 Rəhman Fərhad oğlu ilə əvəz edilmişdir. İşin məhkəmə iclasında baxılması 21.*9.2*23-cü il tarixə, saat 11:35-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Gəncə 1 saylı Asan xidmət Mərkəzində Notariat ofisi, üçüncü şəxslər X6 və X7 məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin baxılmamış saxlanılması və sənədlərinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 26*.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 25.*7.2*23-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin hesabına 1*1 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 1*1 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Gəncə 1 saylı Asan xidmət Mərkəzində Notariat ofisinə, Cavabdeh2 və üçüncü şəxslər X6 və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 1*1 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar