Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5517/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, X7, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firuddin qızına, Cavabdeh4nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firuddin qızına, Cavabdeh4nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Firuddin qızı arasında bağlanan 28.*9.2*21-ci il tarixli 4Ə-25*7 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilən 13.1*.2*21-ci il tarixli 2*2*11***121- *51*1-*93*62 saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X9 ilə *4 iyun 2**4-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsindəndə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahda əldə etdikləri Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 24, mənzil 59 ümumi sahəsi 46.4 kv/m olan mənzili iddiaçı Fikrətin arvadı X9 iddiaçının xəbəri olmadan anası Cavabdeh1 bağışlamışdır. Həmin bağışlamadan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Bərdə ərazi idarəsindən alınan məlumat əsasında xəbər tutmuşdur. Həmin məlumatda da qeyd edilmişdir ki, daşınmaz əmlak bağışlanmışdır. Bu məsələdən xəbər tutan iddiaçı Goranboy Rayon Məhkəməsində iddiaçı ilə Cavabdeh1 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2*21-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, mənzili əvvəlki vəziyyətə qaytarılması və həmin mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzil olduğu üçün aralarında bərabər paylara bölünməsinə dair iddia tələbi qaldırmışdır. Goranboy Rayon Məhkəməsinin 2(*45)-321/2*22 saylı, 16 fevral 2*22-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X9 ilə Cavabdeh1 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2*21-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin ½ hissəsinə İddiaçı ½ hissəsinə isə X3 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin eyni tarixli xüsusi qərardadı ilə X9 və Cavabdeh1 arasında 15.*9.2*21-ci il tarixli Bərdə Asan xidmət mərkəzinin Notariat Ofisində bağışlama müqaviləsi bağlanan zaman saxtalaşdırma və qanunsuz hazırlamaya yol vermiş vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin aşkar olunması barədə Goranboy Rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Cavabdeh X9 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1887/2*22 nömrəli, 12 avqust 2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1*2)-6*66/2*22 saylı *6.12.2*22-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra qətnamə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə göndərilmişdir. İcra zamanı iddiaçıya məlum olmuşdur ki, həmin əmlak 28.*9.2*21-ci il tarixdə Cavabdeh2 Firuddin qızına satılmışdır. Bununla bağlı həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz əmlakın Dövlət kadastrı və reyestri publik Hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə həm də Cavabdeh4nə sorğular verilmiş və müvafiq sənədlər əldə edilmişdir. Cavabdeh4ndə Cavabdeh1 və Cavabdeh2 Firuddin qızı arasında bağlanan 28.*9.2*21-ci il tarixli 4Ə-25*7 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilən 13.1*.2*21-ci il tarixli 2*2*11***121-*51*1-*93*62 saylı çıxarış ləğv edilməlidir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, əvvəllər mübahisələndirdiyi bağışlama müqaviləsi bağlanarkən cavabdehi təmsil edən nümayəndəsi tərəfindən notariat orqanına cavabdehin ərinin vəfat etməsi və hazırda subay olması barədə arayışlar təqdim edilmişdir ki, məhkəmə araşdırması zamanı həmin məlumatların həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Məhz bu səbəbdən də həmin bağışlama müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Göründüyü kimi X9 Cavabdeh1 evi bağışlayarkən o qanunun normalarını pozmuş və Cavabdeh1 yəni X3 anası evin onun mülkiyyətinə qanunsuz olmasını bilmişdir. Bununla bağlı tərəflərin arasında mübahisə olmasını bildiyi halda cavabdeh həmin evi gizlin şəkildə satmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında təmsil olunmamış, Cavabdeh4 nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, digər cavabdehlər məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin 16 fevral 2*22-ciil tarixli 2(*45)-321/2*22 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X9 ilə Cavabdeh1 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2*21-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə X3 mülkiyyət hüquqlarının tanınması dair qətnamə qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *6.12.2*22-ci il tarixli, 2(1*2)-6*66/2*22 nömrəli qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1887/2*22 nömrəli, 12 avqust 2*22-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Goranboy Rayon Məhkəməsinin 16 fevral 2*22-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X9 ilə Cavabdeh1 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2*21-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə X3 mülkiyyət hüquqlarının tanınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 14.*7.2*23-cü il tarixli, 3-21-3-33/2-6292/2*23 nömrəli məktuba əsasən, ünvan 2 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının *7.*6.1992-ci il tarixli, 3574 nömrəli sərəncamına əsasən X8 adına qeydiyyata alınmışdır və ona 22.*7.1992-ci il tarixli, 7*2* reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun 13.*3.2**3-cü il tarixli, 4Ə-1-54 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X1, ona *3.*4.2**3-cü il tarixli, 7*2* reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 18.*3.2*16-cı il tarixli, 4Ə-45 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2, ona *1,*4.2*16-cı il tarixli, 2*2*11***131-*51*1-*93*62 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 15.*9.2*21-ci il tarixli, 4Ə-1827 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil Cavabdeh1 bağışlanmış, ona 16.*9.2*21-ci il tarixli, 2*2*11***131-*51*1-*93*62 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 28.*9.2*21-ci il tarixli, 4Ə-25*7 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, ona 13.1*.2*21 -ci il tarixli, 2*2*11***131-*51*1-*93*62 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Goranboy Rayon Məhkəməsinin 16.*2.2*22-ci il tarixli, 2(*45)-321/2*22 saylı icra vərəsəsi və qətnaməsinə əsasən X9 ilə Cavabdeh1 arasında Bərdə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15.*9.2*21-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması, həmin mənzilin 1/2 hissəsində İddiaçı, 1/2 hissəsində isə X4 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 Firudun qızı arasında bağlanılmış 28 sentyabr 2*21-ci il tarixli, AN-İ seriyalı, *955298 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzili Cavabdeh2 Firudun qızına satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1521*254*8 qeydiyyat nömrəli, 16.*9.2*21-ci il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanı mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2**4-cü il 27 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2*1*-cu il 25 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2*14-cü il 15 sentyabr tarixli Qərarı). Mülki Məcəllənin 14*-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2*18-ci il 18 iyul tarixli Qərarı). Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X9 *4 iyun 2**4-cü ildə nikaha daxil olmuşlar. Birgə nikah müddətində - 18 mart 2*16-cı ildə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində 24 saylı binanın 59-cu mənzili alğı-satqı yolu ilə əldə olunmuş, mənzilin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində *1.*4.2*16-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır. X9 (etibarnamə əsasında nümayəndəsi qardaşı X1*) 15.*9.2*21-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, bina 24, mənzil 59-da yerləşən mənzili 15.*9.2*21-ci il tarixdə Bərdə Regional “ASAN xidmət" mərkəzində notariat ofisində təsdiqlənmiş bağışlama müqaviləsi əsasında Cavabdeh1 (anasına) bağışlamışdır. Goranboy Rayon Məhkəməsinin 16 fevral 2*22-ciil tarixli 2(*45)-321/2*22 nömrəli qətnaməsi ilə cavabdeh X9 ilə Cavabdeh1 arasında Bərdə Asan xidmət mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2*21-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə X3 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir, həmin qətnamə mübahisələndirilmiş, dəyişdirilmədən saxlanılaraq icraya yönəldilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 Firudun qızı arasında bağlanılmış 28 sentyabr 2*21-ci il tarixli, AN-İ seriyalı, *955298 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzili Cavabdeh2 Firudun qızına satmış, sonuncunun adına 13.1*.2*21-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırkı iş üzrə iddiaçı mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüququnun satıcıya keçməsinə əsas olan bağışlama müqaviləsi etirbarsız hesab edilmiş, habelə məhkəmə mübahisəsinin davam etdiyi dövrdə əmlak özgəninkiləşdirilmişdir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14*-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Bu baxımdan nə qədər ki, Cavabdeh2 özündən əvvəl baş vermiş mübahisələrdən və qəbul olunmuş məhkəmə aktlarından məlumatsız olmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcının adına qeydiyyat mövcud olmuş və ləğv edilməmişdir, o məhz qeydiyyata etimad edərək alğı-satqı müqaviləsi əsasında əmlakı əldə etmişdir. Bunun əksi ilə bağlı sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Qanunvericilik normalarına, Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqələrə əsasən, hazırkı iş üzrə iddianın təmin olunması reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmamasına, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsinə, Cavabdeh2 yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüquqununun əhəmiyyətsiz olmasına, bu isə öz növbəsində Cavabdeh2 Konstitusiyanın 29 və 6*-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarar. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı tələbin faktiki əsaslarına uyğun olaraq alıcı Cavabdeh2 vicdanlı olmasını istisna edən hal(lar) sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firuddin qızına, Cavabdeh4nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5517/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5517/2023
07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver