Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-552/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X6 xx.xx.2006-cı ildə anadan olmuşdur. O, uşaq vaxtından ruhi əsəb xəstəliyindən əziyyət çəkmiş və qeyd edilən diaqnoz ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X1 TSEK-in xx.xx.2024-cü il tarixli qərarı ilə orqanizm funksiyalarının 100% dərəcədə pozulması, “spastik tetraplogiya, ağır forma, orta dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. O, anadan olandan bu günə qədər xəstəxanada qeydiyyatda olmaqla mütəmadi olaraq müalicə alır. Belə ki, o, müstəqil olaraq özünü idarə edə bilmir, bu səbəbdən daimi köməyə ehtiyacı vardır. O, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. O, əqli inkişafdan geri qalır, nitqi tam inkişaf etməyib və onda ağıl kəmağıllığı vardır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi X3 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 838315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş X3 ata qrafasında X7, ana qrafasında isə Ərizəçi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X13 Gəncə Regional ambulator şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 36 nömrəli rəydən görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. X6 fəaliyyət qaibiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X3 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-552/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-552/2025
03.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver