Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5562/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış hərracın yekunlarına dair protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya məxsus Gəncə şəhəri, Nizami küçəsi, 8-ci döngədə yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində «X1» ASC cavabdeh qismində göstərilsə də, ona qarşı yönələn tələb, həmçinin hansı hərracın nəticələrinə dair yekun protokolun və hansı alqı-satqı müqaviləsinin etibarsız, eləcə də icra məmurunun hansı hərəkətlərinin qanunsuz hesab edilməli olması göstərilməmişdir. Bundan başqa, İddiaçı eyni cavabdehlərə qarşı eyni tələbi üzrə iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-4574/2023 nömrəli qərardadı ilə geri qaytarılmış və həmin qərardadda nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. Lakin həmin nöqsanlar aradan qaldırılmadan eyni cavabdehlərə qarşı eyni tələbi üzrə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:**********5) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolun və eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:**********5) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5562/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5562/2023
04.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver