Məhkəmə qərarları › İş №2(125)-5563/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5563/2023

02.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5563/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X35 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlat Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsini və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 və Cavabdeh2 onun doğma bacısıdır. Cavabdehlər atasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 223 saylı mülkü onu aldadaraq mirasdan imtina ərizəsinə imza etdirmək yolu ilə miras əmlakı qəbul ediblər. Həmin əmlaka paylı mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adına DƏDRX-nin Gəncə Ərazi İdarəsində qeydiyyatdan keçmiş və onlara 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Mübahisəli mülk *,*199 ha torpaq sahəsindən, bir mərtəbəli, iki yaşayış otağı olmaqla sahəsi 28,6 kv.m yaşayış otağından, 13.* kv.m yaşayış otağından, iki örtülü eyvan olmaqla 14,6 kv.m örtülü eyvandan, 18,6 kv.m örtülü eyvandan, 12,2 kv.m mətbəxdən və 11,5 kv.m zirzəmidən ibarətdir. Hazırda həmin mübahisəli mülkdə ona sərbəst yaşamağa cavabdeh icazə vermir. Belə ki, 28,6 kv.m olan yaşayış otağından cavabdeh istifadə etməklə orada tələbə hazırlaşdırır, 14.6 kv.m olan örtülü eyvan isə cavabdehin yataq otağıdır, 18.6 kv.m olan örtülü eyvan və 12,2 kv.m olan mətbəx ümumi istifadələrindən 11,5 kv.m olan zirzəmidən ibarətdir. Qeyd olunan əmlakda atasının sağlığında uzun illərdir yaşayır və pasport qeydiyyatındadır. Bacıları arasında əmlakın naturada bölünməsi barədə mübahisə yaranan zaman ona məlum olmuşdur ki, əmlakı bacıları qanun üzrə vərəsəlik qaydasında qəbul etmişlər. O, orta məktəbi 8-ci sinifə qədər bitirmiş və ondan sonra isə peşə təhsili almışdır. Uşaqlıqdan gözdən ikinci qrup əlildir. Bu hadisə onun gözdən əlil olmağından istifadə etməklə baş vermişdir. Belə ki, Arxiv İdarəsindən alınmış notariat işinin sürətindən göründüyü kimi, ondan qanuna zidd şəkildə razılıq ərizəsi alınaraq vərəsəlik qaydasında əmlak qəbul edilmişdir. İmzaladığı ərizənin vərəsəlikdən imtina sənədi olması barədə ona məlumat verilməmişdir. Uzun illərdir mübahisəli miras əmlakda yaşadığından elə zənn etmişdir ki, o da, vərəsəlik qaydasında pay almışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də, xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Notariat haqqında” Qanunda qanun üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi halı vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən fərqləndirilmişdir. Belə ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verməzdən öncə, sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Mülki Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan “miras şərikləri arasında mirasın bölüşdürülməsi” müddəası həmin Məcəllənin 1274-cü maddəsində verilən müddəanı — “mirası onu qəbul edən vərəsələrin hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun” bölüşdürülməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*2*-ci il 16 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirasıqəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Gözdən əlil olmağından istifadə edərək mətni izah edilmədən onun vərəsəlikdən imtina ərizəsi alınmışdır. Nəticədə vərəsəlik hüquqları pozularaq payından məhrum edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 nömrəli mülk ata babası Bağırov X24 adına olmuş, 1937-ci ildə Bağırov X28 vəfat edəndən sonra həmin mülkdə atası Bağırov X5*, əmisi X19, bibisi X13, anası X9 və onun 4 övladı-X39, Cavabdeh2, İddiaçı, Cavabdeh3 yaşamışlar. Gəncə şəhər Nərimanov prospekti bina 36, mənzil 34 anası X4 qardaşı Rizvan Adıgözəlovun varisi kimi X4 adına alınmışdır. Ailələrindəki bu dörd uşaqdan ən sakiti, üzüyola olanı elə Firdovsi olmuşdur. Hələ indiyə qədər nə ailədə, nə küçədə, nə qonşular arasında heç kəslə dalaşmamışdır. Sevda Firdovsinin dava-dalaş salaraq, evdə hər şeyi həyasızcasına əldə etməyə vərdiş etdiyini yazmışdır. Nəyi əldə edib? Əlil qardaşının ev varisliyini istəmədiyi üçün bu mülkü zəbt etmək məqsədilə o, özü həyasızcasına hər cür böhtanlara əl atır. Anaları 4 uşaqdan ən çox Firdovsini istəmiş, həmişə onun onu incitmədiyini demişdir. Firdovsi atası evində ailəsi ilə birlikdə yaşayırdı. Dayısından anasına miras qalan ev anasının adına olub. Lakin anası heç vaxt Firdovsiyə ev paylarını aldınız deməmişdir. Əksinə anası onu bir gün görməyəndə çox narahat olurdu. Mülkün iki bacıya verildiyi isə yalandır. Notariusda nə əmisi, nə bibisi, nə də anasının bu mülkdə Sevdanın da payının verilməsindən xəbəri olmamış, sənədləşdirmə vaxtı Sevdanın heç adı da, çəkilməmişdir. Mülkü əmisi və bibisinin yalnız ona verdiyi, çıxarış alanda sənəd düzəltdirərkən sənədlərin tək onun adından yazıldığı, dövlət rüsumlarının yalnız onun adından ödənildiyi qeydə alınmışdır. Sevda özü ona demişdir ki, ər evində dava-dalaş olur. Bu səbəbdən həmin mülkdə kirayəçi olması üçün ondan xahiş etmiş, o isə icazə vermişdir. Sonradan necə etmişsə özünü varis yazdırmışdır. İndi də deyir ki, evin küçə hissəsi onundur. Ev nə vaxt bölünüb ki, o, özündən təzə uydurmalar uydurmuşdur? Qardaşı İddiaçı gözdən əlil olduğu üçün oxuya bilmir, özünü ancaq idarə edir. Notariusda elə onun özünü də aldatmışlar. X43 2*1*-cu ildə, anası isə 2*15-ci ildə vəfat etmişdir. Anası və qardaşı xəstə olan zaman onlara təkcə o baxmış, bütün xərclərini çəkmişdir. O, heç vaxt öz payını bacısı və ya uşaqlarına verməz. Çünki, onlar onu döymüş, təhqir etmiş, əşyalarını qırmış, hətta üzərinə qaynar su töküb onu yandırmışlar. O, ata evində qorxa-qorxa yaşayır. Sevdanın Firdovsinin öz ata mülkündə yaşamasına etiraz etməsinə heç bir əsas yoxdur. Anasının vəfatından sonra Firdovsi və Mirinin Sevdaya təzyiqləri olmayıb. Əksinə Sevda onlara təzyiq göstərmişdir ki, onlar ata evinə getməsinlər. Firdovsinin arvadı və uşaqları Sevdanı heç danışdırmırlar. Sevda əri ilə boşanmış, Ali Məhkəmənin qərarına əsasən ona ərinin evində otaq verilmişdir. Hətta Sevda həmin otağa qıfıl vurdurmaq üçün pulu ondan almışdır. Sevdanın ərinin evi X58 8-ci dalan, ev 3, qızı Laçın Allahverdiyevanın adınadır. Sevdanın 4 uşağı da, bu ata evlərində qeydiyyatdadır. Bundan başqa qapılarında küçədən ocaq var. Həmin ocağa nəzir pulu qoyurlar. Bacısı həmin ocağın qıfılını dəyişdirərək pulun hamısını özü götürür və onların ehtiyacları olmasına baxmayaraq, hətta əlil, insult xəstəsi olan qardaşına da heç nə pay vermir. Odur ki, İddiaçı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmasını və evin 3 varis arasında bölünməsini, qapılarında olan Seyid ocağının da, yenə üç varis arasında bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz təqdim edərək və iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ona, Cavabdeh3 və Gəncə şəhər Notariat ofisinə qarşı məhkəmədə iddia qaldıraraq Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 27 oktyabr 2*11-ci il tarixli 1511*3177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 İddiaçı iddia ərizəsini qəbul etdiyini, onun yazdığı etiraz ərizəsini isə qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzili anaları X4 adına olmuş, həmin mənzil İddiaçı adına olmamışdır. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 223 saylı mülkün notarius tərəfindən bacısı, əmisi, bibisi və anası bacısı Cavabdeh3 adına keçməsini bildirmişlər, bacısının, əmisinin, bibisinin və anasının həmin mülkün onun adına keçməsini bilməmişlər. Notarius bunların hamısını aldatmış və həmin evdə onun da, payı yaranmışdır. Guya o, bacısına xahiş etmişdir ki, qoy onun adı da, bu evdə kirayəşin kimi olsun, bunu da, heç kim bilməsin. Belə ki, onu ər evində yola verməmişlər. Qardaşı İddiaçı gözdən əlil olduğu üçün oxuya bilmir, özünü ancaq idarə edir. Guya onun həmin evə qeydiyyata düşməsi evin plana getməsi ilə əlaqədar olmuşdur. O, İradəni döyür, təhqir edir, əşyalarını qırır, hətta üzərinə qaynar su töküb onu yandırmışdır. Guya ata evində qorxa-qorxa yaşayır. Hər gün dava-dalaşdadır. Anası Firdovsiyə ev verməmiş, həmin ev anasının adına olmuşdur. Qardaşı bir ilə yaxındır ki, insult xəstəsidir. Guya İradə X43un və anası Solmaz Adıgözəlovanın dəfn xərcini çəkmişdir. Guya evin dam örtüyünü və tavanını Firdovsi düzəltdirmişdir. Qalan bütün evin xərclərini İradə çəkmiş, o, isə heç bir xərc çəkməmişdir. Cavabdeh3 onun etiraz ərizəsinə yazmış olduğu ərizəsi yalandır. Belə ki, anası sağlığında qardaşı olan İddiaçı 2**7-ci ildə Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzilini almış, həmin ildən İddiaçı öz ailəsi orada yaşamış və qardaşı anasının vəfatından sonra təxminən 2*16-cı ildən tək olaraq onlarla yaşamağa başlamışdır. Hazırda qardaşının həyat yoldaşı və övladları anasının sağlığında anasının iddiaçıya almış olduğu əmlakda yaşayırlar. Hazırda həmin mülk İddiaçı adınadır. Anasının sağlığında iddiaçıya ev almasının səbəbi iddiaçını ondan və bacısı Cavabdeh3 uzaqlaşdırmaq və yaşadığı ünvandan onu ayırmaq olmuşdur. Çünki iddiaçının həyat yoldaşı İzzət anasının sağlığında həm onları, həm də, anasını yola verməmiş və onların heç birinə hörmət etməmişdir. Atası Nümayəndə2 Mirələsgər oğlu 1973-cü ildə, anası X9 2*15-ci ildə, əmisi Cəlal Bağırov 2*12-ci ildə və bibisi Bəyim Bağırova 2*19-cu ildə vəfat etmişlər. 2*11-ci ildə ata babasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 223 saylı mülk anasının, əmisinin, bibisinin və qardaşı Firdovsinin razılığı ilə onun və bacısı Cavabdeh3 paylı mülkiyyət kimi adlarına rəsmiləşdirilmişdir. Həmin vaxtı iddiaçı ailəsi ilə birlikdə anası Solmaz Adıgözəlovanın qardaşı İddiaçı adına almış olduğu mülkdə yaşamış və iddiaçının onların evə dair heç bir iddiası olmamışdır. Qardaşı İddiaçı notariat ofisində evin onun və bacısının adına keçməsində iştirak edərkən həmin vaxtı onlardan başqa notariat ofisində bacısı, anası, əmisi və bibisi olmuş, iddiaçı nəyə qol çəkməsini hələ notariat ofisinə gəlməmişdən qabaq bilmişdir. Çünki bibisi və əmisi evin onların atasından miras qaldığını və həmin evin də, qardaşı qızlarının adlarına keçməsini iddiaçıya bildirmişlər. İddiaçının isə anasının ona ev aldığı üçün mübahisəli mülkün onların adlarına rəsmiləşdirilməsinə etirazı olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı *261646 nömrəli Çıxarış əsasən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 223 saylı fərdi yaşayış evinin hüquq sahibləri o və bacısı Cavabdeh3 olmuşdur. 27 oktyabr 2*11-ci il tarixli Çıxarışı bacısı Cavabdeh3 həmin tarixdə almış, o isə yalnız həmin Çıxarışın surətini DƏDRX-nin Gəncə Ərazi İdarəsinə etdiyi müraciətdən sonra *7 yanvar 2*22-ci il tarixdə əldə etmişdir. Göründüyü kimi, Cavabdeh3 həmin mübahisəli əmlakın hər ikisinin adına keçməsini 27 oktyabr 2*11-ci il tarixdə məlumatı olsa da, heç bir narazılıq etməmişdir. Yalnız o, Gəncə Şəhər Məhkəməsinə 2*22-ci ildə həmin evə dair payının naturada ayrılması, ayırmaq mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılması tələbinə dair qaldırmış olduğu iddiadan sonra Cavabdeh3 və İddiaçı danışmağa başlamışlar. Cavabdeh3 etiraz ərizəsində onu yola vermədiyini, döydüyünü, söydüyünü qeyd etmiş, lakin nədənsə həmin evin naturada ayrılması, ayırmaq mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılması tələbinə dair iddianı o qaldırmışdır. Bundan əlavə anasının və qardaşının dəfn xərcinin çəkilməsində yaxından iştirak etmişdir. Qardaşı İddiaçı səhhəti 2*22-ci ilin sentyabr ayına qədər normal olmuşdur. Necə ola bilər ki, əgər İddiaçı gözü heç nə görməyərək yazıb oxuya bilmirdisə, Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin dövlət notariat kontorunun 14.*1.2*22-ci il tarixli, 2V-24 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun razılığı olmadan Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzilini adına keçirərək Çıxarış almışdır? Əgər o hər bir saxta yolları bilirsə, onda niyə anasından miras qalmış Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzilindən pay almamışdır? Yaxud necə ola bilər ki, İddiaçı guya həmişə onlarla mübahisəli evdə yaşamış, lakin anasından miras qalmış Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzilini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq öz adına keçirmişdir. Bundan əlavə İddiaçı Gəncə şəhəri N.Nərimanov prospekti, 36 saylı binanın 34 saylı mənzilində pasport qeydiyyatındadır. Bundan əlavə o, Cavabdeh3 Gəncə Şəhər Məhkəməsində payın naturada ayrılması, ayırmaq mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılması tələbinə dair iddia qaldırmışdır. Həmin mülki iş məhkəmənin icraatındadır. Onun iddia ərizəsinə Cavabdeh3 etiraz ərizəsi verərək öz ərizəsində qardaşı Firdovsiyə və ailəsinə maddi cəhətdən köməklik etdiyini, çətin yeridiyi üçün qardaşının ona kömək etdiyini bildirmişdir. Necə ola bilər ki, maddi cəhətdən əziyyət çəkən Firdovsi evin dam örtüyünün və tavanının xərcini çəkir? Bundan əlavə Cavabdeh3 etiraz ərizəsində gah Firdovsinin xəstəliyi ilə əlaqədar onun qulluğunda durmasını, gah da öz xəstəliyi ilə əlaqədar Firdovsinin onun qulluğunda durmasını qeyd edir? Buradan da, kimin yalan danışması hər kəsə məlumdur. Cavabdeh3 onun etiraz ərizəsinə vermiş olduğu etiraz ərizəsinin əsassız olduğundan rədd edilməsini və İddiaçı ona və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə dair” iddiasının əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə Gəncə şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 27.1*.2*11-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanda *.*199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evinin üzərində Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyət hüququ 27.1*.2*11-ci il tarixdə 2*1*13**39*7-1*3*1 reyestr nömrəsi ilə 1511*13177 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan arayışdan görünür ki, Cavabdeh3 təqdim etdiyi Kirovabad şəhər KTŞ-nin 13.*6.1933-cü il tarixli 6893 saylı torpaq qeydi haqqında sənəd, Gəncə şəhər icra mandatının *1.*6.1925-ci il tarixli 29 nömrəli qərarı, Kirovabad şəhər TİB-nun 25 №-li cizgi planı mərhum X6 aid olan Gəncə şəhəri, Atatürk pr. 223 ünvanındakı tik. “A” 74.8 kv.m ümumi sahəsi, 41.6 kv.m 2 yaşayış otağı, 33.2 kv.m köməkçi sahəsi və *.*199 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının vərəsəliyini qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. İşdə olan küçə üçlüyünün arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223-də yaşayan Cavabdeh3 onun babası X1* vəfat edən günə kimi Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223 də yaşamışdır. X5 valideynləri vəfat etmişdir. X5 vəfatından sonra ailə üzvü kimi X14, X2*, Nümayəndə2 Mirələsgər oğlu qalmışdır. X1 başqa ailə üzvü qalmamışdır. X14 və X2* mərhumun sağlığında ikən və halhazırda başqa-başqa ünvanlarda yaşayırlar və qeydiyyatdadırlar. Nümayəndə2 Mirələsgər oğlunun vəfatından sonra ailə üzvü kimi X15, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qalmışdır. X15 mərhumun sağlığında ikən və hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti ev 223-də qeydiyyatda olsa da, orada yaşamır. İddiaçı başqa ünvanda yaşayır və qeydiyyatdadır. Cavabdeh3 və Cavabdeh2 mərhumun sağlığında ikən və hal hazırda Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223-də yaşayırlar və bütün təsərrüfat işlərini idarə edirlər. X1 vəfatından sonra heç bir az yaşlı və əmək qabliyyətini itirmiş ailə üzvü qalmamışdır. İşdə olan 27.*9.2*11-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 1937-ci ilin may ayında vəfat etmiş X5 vərəsələri Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə pay almışlar. Miras əmlak ünvan 3 ünvanında *.*199 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 74.8 kv.m, yaşayış sahəsi 41.6 kv. M, köm. Sahə 33.2 kv.m. olan 2 otaqdan ibarətdir. İşdə olan X4 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X4 qaynatası X1* 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, həmin ünvanda pasport qeydiyyatında olsa da faktiki olaraq başqa ünvanda yaşayır, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan X16 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X16 atası X1* 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan X8 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X8 atası X1* 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı babası X1* 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Azərbaycan Sovet Sosialist Respublikası adından 1974-cü il tarixli qətnaməsi ilə, X33 X1* ilə 1921-ci ildə qeyri-rəsmi qaydada evlənmələri, 1937-ci ilin may ayına kimi ər-arvad kimi yaşamaları, X5 1937-ci ilin may ayında vəfat etməsi faktlarının təsdiq edilməsi qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4* 26.1*.1981-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Nümayəndə2 Mir-Ələsgər oğlu *9.*7.1973-cü il tarixdə ölmüşdür. İşdə olan evlənmə haqqında şəhadətnamədən görünür ki, Nümayəndə2 Mir-Ələsgər oğlu və X21 *2.*2.1952-ci ildə evlənmişlər. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə2 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə2 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə2 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan 3 saylı Gəncə Ərazi İdarəsinin 15 may 2*23-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər 1 saylı dövlət notariat kontorunda 31 oktyabr 1991-ci il tarixdə 19783 nömrə ilə təsdiq edilmiş yaşayış evi və ya mənzillərin alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 36 ünvanında yerləşən 34 saylı mənzil X27 adına qeydiyyata alınmış, ona *4.11.1991-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun *5.12.1991-ci il tarixli, 2-8-1*21 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil X2, ona 1*.12.1991-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 1*.11.1999-cu il tarixli, 3M-2-241 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil X3, ona *2.*2.2***-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 3*.*7.2**8-cü il tarixli, 4Ə-3-318 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 31.*7.2**3-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun *2.1*.2**3-cü il tarixli, 4Ə-3-385 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 13.1*.2**3-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun *9.*9.2**4-cü il tarixli, 4Ə-3-387 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 14.*9.2**4-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun 2*.*8.2**6-cı il tarixli, 4Ə-*2-4*4 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X34 15.*9.2**6-cı il tarixli, 2*2*11*****2-*51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunun 15.*2.2**7-ci il tarixli, 4Ə-1-75 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X11 27.*2.2**7-ci il tarixli, 2*2*11*****2-*51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin dövlət notariat kontorunun 14.*1.2*22-ci il tarixli, 2V-24 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı 31.*1.2*22-ci il tarixli, 2*2*11*****2- *51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin dövlət notariat kontorunun *1.*2.2*22-ci il tarixli, 4Ə-251 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə2 22.*2.2*22-ci il tarixli, 2*2*11*****2*51*1- *93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil ümumi sahəsi 39.6 kv.m, yaşayış sahəsi 17.4 kv.m olan bir yaşayış otağından ibarətdir. İşdə olan Azərbaycan SSR Sosial Təminat Nazirliyinin *51573 saylı arayışından görünür ki, İddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçının doğma bacısıdır. 27.*9.2*11-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə 1937-ci ilin may ayında vəfat etmiş X5 vərəsələri Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə pay almışlar. Həmin əmlaka paylı mülkiyyət hüququ əsasında Cavabdeh3 və Cavabdeh2 adına DƏDRX-nin Gəncə Ərazi İdarəsində qeydiyyatdan keçmiş və onlara 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə verərək İddiaçı babası X1* 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr. 223 saylı evin miras qaldığını, qeyd edilən vərəsəliyi qəbul etmədiyini, ona qarşı heç bir iddiasının olmadığını və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. Mübahisəli mülk *,*199 ha torpaq sahəsindən, bir mərtəbəli, iki yaşayış otağı olmaqla sahəsi 28,6 kv.m yaşayış otağından, 13.* kv.m yaşayış otağından, iki örtülü eyvan olmaqla 14,6 kv.m örtülü eyvandan, 18,6 kv.m örtülü eyvandan, 12,2 kv.m mətbəxdən və 11,5 kv.m zirzəmidən ibarətdir. İddiaçı gözdən əlil olduğu üçün mübahisəli əmlak sahəsinə dair ondan qanuna zidd şəkildə razılıq ərizəsi alınaraq vərəsəlik qaydasında əmlak qəbul edildiyini, imzaladığı ərizənin vərəsəlikdən imtina sənədi olması barədə ona məlumat verilmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə əlaqədar qeyd edir ki, iddia tələbi 2***-ci ildən sonra baş vermiş daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair münasibətləri normaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “Nümayəndə2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının *4 may 2**7–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı vərəsə olduğundan həmin hissədə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, yuxarıda qeyd edildiyi kimi, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması məsələləridir. Ona görə də məhkəmə yoxlanılmalı olan ikinci məsələ ilə bağlı qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən, 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Belə ki, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22-ci bəndinə istinad edərək qeyd edir ki, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də, xususi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlildir. Həmçinin iddaçının özünün izahatı ilə müəyyən olunur ki, iddiaçı orta məktəbi 8-ci sinifə qədər bitirmiş və ondan sonra isə peşə təhsili almışdır. Belə ki, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22ci bəndinin ikinci hissəsində qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Göründüyü kimi qanunverici notariusun sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa o halda nəzərdə tutmuşdur ki, şəxs savadsız və kor olsun. İddiaçı isə gözdən əlil olsa da, ikinci qrup əlildir. Yəni görmə qabiliyyətini tam itirməmiş, kor deyildir. Digər tərəfdən iddiaçı savadsız da, deyildir. Orta məktəbdə səkkizinci sinifə qədər təhsil almış, sonra isə peşə məktəbini bitirmişdir. Odur ki, məhkəmə iddiaçının 2*11-ci il tarixdə mübahisəli əmlakla bağlı notariusda imtina ərizəsi verərkən nəyə imza etdiyini bilməməsi ilə razılaşmır və hesab edir ki, qeyd edilənlərə əsasən iddia tələbi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlat Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsi hissəsində əsassızdır və həmin hissədə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233 və 36*-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar