Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5579/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il tarixli, 5198 nömrəli torpaq qeydində qeyd olunan Kamal İsgəndər oğlu ilə X7 faktiki eyni şəxs olduğundan xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydi olan sənədin X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Sabir küçəsində yerləşən 3 saylı ev X1nun mülkü olmuşdur. Həmin mülkdə yalnız onun ailəsi yaşamış, daimi pasport qeydiyyatında olmuşdur. X9 qeyd olunan mülkdə anadan olmuş, böyümüş və ailə qurmuşdur. Sözügüdən mülkdə o və bacı qardaşı anadan olaraq bu günə qədər yaşayırlar. X1 1979-cu ildə rəhmətə gedib, nənəsi X17 1981-ci ildə, X9 isə 2002-ci ildə rəhmətə gediblər. Miras açıldığı gündən atası, atası rəhmətə gedəndən sonra isə onlar mirası qəbul edərək faktiki mirasa sahiblik etmişlər. Hüquqlarını rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edib. Evin hüquqmüəyyənedici sənədləri olmadığı üçün mülkə dair vəkil sorğusu almaq məcburiyyətində qalıblar. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 4589/25 nömrəli cavab məktubundan məlum olub ki, babasının soyadı xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydində ümumiyyətcə göstərilməyib, babasının ata adı isə soyadda olan adla səhvən qeyd edilib. Yəni qeyd olunan sənəddə X7 əvəzinə Kamal İsgəndər oğlu kimi ad və ata adı qeyd edilib. Bundan əlavə həmin cavab məktubunda göstərilib ki, 13 sentyabr 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunda X3 adı silinərək Kamal İsgəndər oğlunun adı qeyd edilmiş,Fərdi yaşayış evinin X3 adından Kamal İsgəndər oğlunun adına keçməsi ilə bağlı mülkün arxiv qovluğunda hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Göründüyü kimi xx.xx.1939cu il tarixli 5198 nömrəli torpaq qeydində buraxılmış bir texniki səhv nəticəsində babasının rəsmi adı düzgün qeyd edilməyib və bu səbəbdən hal-hazırda babadan qalmış miras mülkü rəsmiləşdirə bilmir. Qeyd edir ki, bütün nəsillərində qalan yaşlı insanlardan soruşduqdan sonra tam aydın olub ki, ailədə ümumiyyətcə Kamal İsgəndər oğlu adlı kimi şəxs olmayıb. Bu İdarənin əməkdaşları tərəfindən vaxtı ilə elədikləri səhlənkarlıq nəticəsində əmələ gələn bir addır. Hal-hazırda yaşadığı və babasına məxsus miras mülkün vərəsəlik etmək üçün müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Babasının sovadı və adı səhlənkarlıq nəticəsində dəyişik yazıldığından vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə məhkəmə qaydasında xx.xx.1939cu il tarixli 5198 nömrəli torpaq qeydində qeyd olunan Kamal İsgəndər oğlu ilə X3 faktiki eyni şəxs olması və bu səbəbdən xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydi olan sənədin həmin şəxsə, yəni X1na məxsus olması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Milli Arxiv İdarəsinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 atası, X7, anası X12r. İş materiallarında olan 466795 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1979-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ- İİ 418469 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1981-ci il tarixdə ölmüşdür. İş materiallarında olan № 393784 nömrəli xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1974-cü il tarixdə Goranboy rayonunda anadan olmuş Ərizəçi anası X8 , X9dur. İş materiallarında olan AZ- İ 069369 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ- İ 215750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan arayışdan görünür ki, X16 və X6 arasında bağlanmış nikah Ş.K.İsgəndərovun xx.xx.2003-cü ildə , X4 xx.xx.2007-ci ildə ölməsi ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-1174/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 23 mart 1939-cu il tarixli, 5198 nömrəli torpaq qeydində Kamal İsgəndər oğlunun istifadəsində göstərilmişdir. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 13 sentyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlar məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasportunda X3 adı silinərək Kamal İsgəndər oğlunun adına keçməsi ilə bağlı mülkün arxiv qovluğunda hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7555/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2025-ci il tarixli , ********** qeydiyyat nömrəli ərizəyə baxılmış, ancaq ərizəyə əlavə edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan ******* nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Ərizəçi yaşayış yeri üzrə qeydiyyat haqqında arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görsənir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 sentyabr 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunda X3 adı silinərək Kamal İsgəndər oğlunun adı qeyd edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin babasının adı, ona məxsus bütün sənədlərdə X2 göstərilsə də, babasının soyadı xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydində ümumiyyətcə göstərilməyib, ata adı isə soyadda olan adla səhvən qeyd edilib. Yəni qeyd olunan sənəddə X7 əvəzinə Kamal İsgəndər oğlu kimi ad və ata adı göstərilmişdir. Bununla yanaşı 13 sentyabr 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunda X3 adı silinərək Kamal İsgəndər oğlunun adı qeyd edilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Hazırda xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydində göstərilən “Kamal İsgəndər oğlu”nun digər sənədlərdə göstərilən “X7” ilə eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport , doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti və nikahın xitamı barədə arayış, ölüm haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində hüququnun qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, xx.xx.1939-cu il tarixli, 5198 nömrəli torpaq qeydində qeyd olunan Kamal İsgəndər oğlu ilə X7 faktiki eyni şəxs olduğundan xx.xx.1939-cu il tarixli 5198 nömrəli torpaq qeydi olan sənədin X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixli, 5198 nömrəli torpaq qeydi olan sənədin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5579/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5579/2025
07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver