Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-560/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASCnin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzili almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********71-05101- 093016 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən əldə etdikləri arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı Unibank KB ASC ilə keçmiş mülkiyyətçiləri ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilərinin Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatda olması və orada yaşaması qeyriqanunidir. Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı Massivi, ev 8 ünvanında yerləşən 28 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayarqaq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 16 mart 2021-ci il tarixli 2(104)-42/2021 sayı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2017-cı il tarixli, 2(044)14/2017 saylı qətnaməsinin qismən, yəni faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissələrdə dəyişdirilməsi, cavabdeh X1 20 sentyabr 2012-ci il tarixli 212m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04 avqust 2014-cü il tarixli 212m3/14 saylı əlavə kredit müqaviləsinə əsasən 13.160,64 ABŞ dolları faiz borcu, 04 avqust 2014-cü il tarixli 212m-4/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 15.013,21 ABŞ dolları faiz borcunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 28 saylı mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində və Göygöl rayonu, Toğana kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 105.000 (bir yüz beş min) manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən şaxlanılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli 496/21 saylı X3 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanı "xxxx" KB ASC tərəfindən 38250 manata əldə edilmişdir. xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanına dair "xxxx" KB ASC ilə Bakı Hərrac Mərkəzi MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı "xxxx" KB ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 2 ünvanı xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin əmlakdan çıxmadıqlarından iddiaçının mülkiyət hüquqlarını pozmuşlar. İddiaçı qanuni əsaslarla özünə məxsus ünvan 2 ünvandan cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmasını və banka təhvil verməsini tələb etmiş, cavabdehlər həmin ünvandan çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 2 ünvandan istifadə hüquqları itirilmiş hesab olunmalı, Cavabdeh2 həmin evdən çıxarılmalı, ünvan 2 ünvanı boşaldılaraq iddiaçıya təhvil veriməli, cavadehlərdən ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvandan istifadə hüquqları itirilmiş hesab olunsun və Cavabdeh2 həmin evdən çıxardılaraq ev boşaldılsın. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-560/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-560/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver