Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5614/2023 01.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, onun mirasın qəbulu müddətini ötürməsini üzrlü hesab etməsini və vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğundan iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən hökumət ödəniş portalına 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənməli idi. Lakin, iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı dövlət rüsumunu ödəməmiş, yaxud da dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108, 149-152, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı «miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5614/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5614/2023
01.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver