Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5620/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti aparatına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti aparatına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi məhkəməyə xüsusi icraatı qaydasında müraciət etməli olduğu halda, tərəfləri iddiaçı və maraqlı şəxs kimi göstərməklə ərizəni formasına və məzmununa riayət etmədən vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Bu səbəbdən ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti aparatına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5620/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5620/2023
04.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver