Məhkəmə qərarları › İş №2(125)-5625/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5625/2025

25.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5625/2025 25.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: X4 ilə Cavabdeh2 xx.xx.1973-cü ildə Gəncə şəhəri VVAQ şöbəsində 837 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.1975-ci il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 doğulmuşdur. X4 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 640 nömrəsi ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, 2V-215 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X2 vərəsəsi Cavabdeh2 miras əmlak Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsindən tam hissədə irs almalıdır. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli Notariat hərəkətlərinin aparılmasından imtinaya dair imtina qərarına əsasən, İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 2V-215 nömrə ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası X2 arvadından başqa X3, İddiaçı1 və İddiaçı2 adlı varisi olmuşdur. Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmişdir. Lakin Nitariat kontoru onların vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 tələbi qəbul edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin təmsilçisi iddianın təmin olunmasına razı olduqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə ölmüş miras qoyan X2 birinci növbə vərəsələri qismində İddiaçı1 və İddiaçı2 digər vərəsə Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ididanın etirafı qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına V-16/2021 nömrəli vərəsəlik işi əsasında verilmiş 2V-215 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar