Məhkəmə qərarları › İş №2(125)-563/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-563/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-563/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evinə cavabdehlərin və onların azyaşlı ailə üzvləri X5, X6, X23 və X7 istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evdən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Ə.Məmmədov iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. İddiaçı "xxxx" X43 səhmdar cəmiyyəti hərrac vasitəsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsində yerləşən 65 saylı evi almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaınında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********95- 10302 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən əldə edilən arayışa əsasən iddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin mükiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evində hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların azyaşlı ailə üzvləri X5, X6, X23 və X11 qeydiyyatda olduqları müəyyən edilir. Cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların azyaşlı ailə üzvləri X5, X6, X23 və X11 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən adları qeyd olunan şəxslərin Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Sonda S.Ə.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-37/2018 saylı qətnaməsinin surətindən görünür ki, X15 və X29 müştərək qaydada tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsinə əsasən 9.404 ABŞ dolları 57 sent əsas borc, 1.778 ABŞ dolları 49 sent faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq, iddiaçı "xxxx" X43 Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmiş, xx.xx.2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsinə əsasən cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi iddiaçı "xxxx" X43 Səhmdar Cəmiyyəti ilə cavabdeh X30 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X16 mülkiyyətində olan, ünvan 2 saylı evə yönəldilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi X15 və X29 müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.404 ABŞ dolları 57 sent, faiz borcuna görə 1.778 ABŞ dolları 49 sent, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 09 iyun 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə cavabdeh Fizuli Nəbiyevin mülkiyətində olan ünvan 2 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, evin satışı əldə qlunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehlə -müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 09 iyun 2008-ci il tarixli kredit müqa üzrə əsas borca görə 6.085 ABŞ dolları 32 sent, hesablanmış cəriməyə görə 1.150 ABŞ dollar 79 sent, cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 09 iyun 2008ci il tarixli ipoteka müqaviləsi üzrə cavabdeh Fizuli Nəbiyevin mülkiyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənii küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, evin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli 2(102)-3786/2020 saylı qətnaməsindən görünür ki, X30 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən kasasiya şikayəti təmin edilməmişdir və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli, 48/02-1 nömrəli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X24 məxsus ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi, 65 nömrəli fərdi yaşayış evi "xxxx" X43 səhmdar cəmiyyəti tərəfindən 38.250 manat məbləğinə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2673-1222 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında xx.xx.2006-cı il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X18, xx.xx.2007-ci il təvəllüdlü X32, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evi "xxxx" X43 səhmdar cəmiyyətinin mülkiyyətindədir. İşdə olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışlardan görünür ki, X3 ailə üzvləri qızları Cavabdeh2 və X19, Cavabdeh2 ailə üzvləri anası X2, Cavabdeh3 ailə üzvləri anası X8 və atası X26 ibarətdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-37/2018 saylı qətnaməsinin surətindən görünür ki, 09 iyun 2018-ci il tarixli 009v/8 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən ünvan 2 ünvanında X27, X20, X21 və X22 qeydiyyatda olmuşlar. Sonradan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evə və ya mənzilə qeydiyyata alınmış, orada yaşamağa başlamışlar. Cavabdehlərin qeyd olunan evə istifadə hüquqları daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmamışdır. Cavabdehlər ipoteka müqaviləsi bağlanarkən həmin evdə qeydiyyatda olmamışdır. İpoteka predmeti hərracdan satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Buna görə də hazırda evdə qeydiyyatda olan cavabdehlərin həmin evdən istifadə hüquqlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 72.2 və 72.4-cü maddələrinə görə bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun qeyd olunan normasının tələbindən göründüyü kimi şəxsin mənzildən çıxarılması həmin mənzilin boşaldılmasını özündə ehtiva edir. Buna görə də cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması ilə yanaşı həmin mənzilin boşaldılmasına dair hissədə iddia təmin edilə bilməz. Bundan başqa, X23, X9, X6 və X7 cavabdehlərin ailə üzvləri olduğu bildirilməklə, həmin şəxslərin cavabdehlərlə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılması xahiş edilsə də, «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlama zamanı X9, X6 və X7 cavabdehlərin ailə üzvü olmadığı, yalnız X23 cavabdeh X3 qızı olduğu müəyyən edilmişdir. X1, X13 və X14, eləcə də həmin şəxslərin qəyyumuna və ya himayəçisinə qarşı cavabdeh qismində tələb yönəldilməmişdir. Buna görə də X9, X6 və X7 Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evindən çıxarılması hissəsində iddianın təmin edilməsi qanuna müvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər və Cavabdeh1 qızı X10 şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti iddiaçıdan "xxxx" X43 səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 qızı X10 şəhəri, Kəpəz rayonu, Səmədağa Kəsəmənli küçəsi 65 saylı fərdi yaşayış evindən çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti "xxxx" X43 səhmdar cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" X43 səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar