Məhkəmə qərarları › İş №2(125)-564/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-564/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-564/2022 19.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Rzayeva Samı̇ rə Qasım qızının nümayəndəsi və vəkili, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 vəkili X7, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Rzayeva Samı̇ rə Qasım qızının cavabdehlər Kərı̇ mov Eldənı̇ z Şubay oğluna və Muradov Şamı̇ l Cəmı̇ l oğluna qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4 Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab ediməsi və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********27-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən X18 23 fevral 2007-ci il tarixli, 1-1656 nömrəli etibarnamə verilmiş və həmin etibarnamə əsasında Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1İZ nömrəli ev 16 mart 2007-ci il tarixdə anası X1 və bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair 2017-ci ildə X24 anası X3 qarşı mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış və Natiq Rzayevin iddia tələbi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(043)-5697/2017 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Eləcə də, X19 cavabdehlər X8 və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(043)-1695/2017 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sonradan Cavabdeh1 ona olan etibardan sui-istifadə edərək aldatma yolu ilə etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlandığını əsas gətirib ünvan 1 ünvanda yerləşən evə dair X24 ilə X8 arasında 16 mart 2007-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 19 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)- 2050/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evə dair X24 ilə X8 arasında 16 mart 2007-ci ildə bağlanmış AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında mülkə dair X2 adına verilmiş MH seriyalı ******* nömrəli 19 aprel 2007-ci il tarixli çıxarış ləğv olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)- 2050/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər X24, Rzayeva (Əliyeva) Samirə Qasım qızı, X19, Gəncə şəhəri 1 saylı notariat kontoru və üçünücü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiasının təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4344/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2010/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra apellyasiya şikayəti verilmiş, lakin məhkəmə tərəfindən icra şöbəsinə icranın dayandırılması ilə bağlı məktub göndərilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də qətnamədə icra barədə heç bir qeyd edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin heç bir əhəmiyyəti qalmır. Belə ki, dövlət reyestrində olan məlumatlar əvvəlki vəziyyətə qaytarıla bilmir. Bu səbəbdən də o, icrada dönüş ilə bağlı ərizə ilə müraciət etmək məcburiyyətində qalmış və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2010/2020 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş və icrada dönüş edilərək Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarında Gəncə şəhəri Həsən Əliyev küçəsində yerləşən 1 Z nömrəli ev Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin Cavabdeh2 satılması və ona xx.xx.2020-ci il tarixli DƏDRX-dən Çıxarış verilməsi nəzərə alınaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin etmək mümkün olmadığı qeyd edilmişdir. Sözügedən alğısatqı müqaviləsi etibarsızdır. Çünki, iddiaçı mübahisəli evə dair apellyasiya məhkəməsində işə baxıldığından məlumatı olduğu halda məqsədli şəkildə evi özgəninkiləşdirmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin iş üzrə tərəflərə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə, mübahisəli evin Cavabdeh1 mülkiyyətinə verilməsi üçün əsas olmuş birinci instansiya məhkəməsinin qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Yəni, hazırda qanuni qüvvədə olan qətnamə ilə satıcı Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi olmadığından o, subyektiv hüququ olmayan şəxs kimi mülkə dair alğı-satqı müqaviləsi bağlamış sayılır. Halbuki, Cavabdeh1 həmin mülkə dair heç bir marağı yoxdur. Belə ki, mübahisəli evə marağı olan X20 öz məsqsədinə çatmaq üçün başqa şəxslərin adından əsassız iddialar qaldıraraq və ya digər yollarla işi uzadaraq mülki vermək istəmir. Bu səbəbdən də mübahiəli evə dair məhkəmədə iş baxılan zaman onun vasitəsilə ev Cavabdeh1 tərəfindən Sevda Rzayevanın qohumu Cavabdeh2 satılmışdır. Halbuki, hazırda mübahisəli ev mövcud deyildir, həmin evlər dövlət ehtiyacları üçün sökülmüş və əvəzinə vətəndaşlara yeni mənzillər verilmişdir, hansı ki, hazırda həmin ev bu işdə marağı olan X13 istifadəsindədir və 2 ildir ki, həmin evi kirayəyə verərək qazanc əldə edir. Qeyd olunanlardan görünür ki, mövcud olmayan mülkə dair bağlanmış alğı-satqı müqaviləsi yalnız görüntü üçün bağlanmış, işin məhkəmədə olduğunu bildikləri üçün evi öz adından çıxarmaq məqsədilə bağlanmışdır. Bu səbəbdən də hesab edir ki, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməli, həmin evin sənədləri ilkin vəziyyətə qaytarılaraq əvvəlki mülkiyyətçi X2 adına çıxarış verilməlidir. Göstəriləblərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Rzayeva Samı̇ rə Qasım qızının nümayəndəsi və vəkili, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 vəkili X14 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, alğı-satqının predmeti olmuş fərdi yaşayış evi 2016-cı ildə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Mübahisələndirilən alğı-satqı müqaviləsi isə 2020-ci ildə bağlanmışdır. Göründüyü kimi alğı-satqı müqaviləsi olmayan əmlaka dair bağlanmışdır. Bu isə müqavilənin uydurma əqd olduğunu təsdiq edir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, fərdi yaşayış evinə dair çıxarış qanunun tələbinə uyğun olaraq verilmişdir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 və T.Əliyeva arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən həmin qətnamənin icrası qaydasında fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə qaytarılmış, sonradan Cavabdeh1 və Cavabdeh2 arasında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh2 keçmişdir. Daşınmaz əmlakın təkrar qeydiyyatı zamanı texniki pasportun alınması barədə müraciət edilmədikdə əmlaka baxış keçirilmədiyi üçün çıxarışın verildiyi əmlak müayinə olunmamışdır. Eyni zamanda alğısatqı müqaviləsinin tərəfləri və ya hər hansı orqan, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətindən onlara mübahisə predmeti olan evin sökülməsi barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 2 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(043)- 1695/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 cavabdehlər X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsinə qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(043)- 5697/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 cavabdeh X9 qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2 (043)- 2050/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhərinin Həsən Əliyev küçəsində yerləşən 1Z saylı evə dair X24 ilə X8 arasında xx.xx.2007-ci ildə bağlanmış AN- İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mülkə dair X2 adına verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(104)-2010/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər X24, Rzayeva (Əliyeva) Samirə Qasım qızı, X19, Gəncə şəhəri 1 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçünücü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2 (102)-4344/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X24, Rzayeva (Əliyeva) Samirə Qasım qızı, X19, Gəncə şəhəri 1 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçünücü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (104)-2010/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsinin icrasında dönüşünün edilməsi və həmin qətnamə əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəmə qətnaməsinin icra olunması barədə 10 may 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdeh1 iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(104)-2010/2020 saylı icra vərəqəsi və qəraradadının icra edilməsi barədə məktuba Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evə dair X24 ilə X8 arasında 16 mart 2007-ci ildə bağlanmış AN-İ seriyalı ******* nömrəli alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mülkə dair X2 adına verilmiş MH seriyalı ******* nömrəli 19 aprel 2007-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Ərazi İdarəsinə göndərilmiş, qətnamə icra edilmişdir. Vətəndaş Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh2 satılmış, ona xx.xx.2020-d il tarixli, **********27-1 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr çıxarış verilmişdir.Bundan sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsindən cavabdeh Rzayeva (Əliyeva) Samirə Qasır tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16.11.202 tarixli, 2(104)-2010/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2010/2020 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)- 2050/2019 nömrəli qətnaməsinin icrasının geri dönüşü ilə bağlı cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsinin icrasında dönüşü edilməsi və həmin qətnamə əsasında Cavabdeh1 adına verilmiş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evin vətəndaş Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh2 satılması, ona xx.xx.2020-ci il tarixli, **********27-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi nəzərə alınaraq Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2010/2020 nömrəli qərarının icrasını təmin etmək mümkün olmamışdır. İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2050/2019 saylı qətnaməsi əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Lakin Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evin vətəndaş Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh2 satılması və ona xx.xx.2020-ci il tarixli, **********127-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi nəzərə alınaraq, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2010/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1 Z nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin və çıxarışın surətlərinin təqdim edilməsi barədə 20 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-135 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, 1Z saylı fərdi yaşayış evini Cavabdeh2 satmışdır. Cavabdeh2 0.0091 ha istifadədə olan torpaq sahəsində yerləşən 60.5 kvm ümumi tikilinin sahəsi olan bu fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 2010/2020 saylı qərardadına əsasən cavabdeh Rzayeva (Əliyeva) Samirə Qasım qızının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)- 2010/2020 saylı qətnaməsi əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2050/2019 saylı qətnaməsinin icrasının dönüşü ilə bağlı ərizəsi təmin edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 2050/2019 saylı qətnaməsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2010/2020 saylı qərardadına əsasən bu mülkə dair hər hansı əməliyyatın aparılmasına qadağa qoyulmuşdur. Gəncə şəhəri 3 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13 may 2020-ci il tarixli, AN-İ ******* nömrəli, 4Ə-135 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 14 noyabr 2019-cu il tarixdə verilmiş **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Gəncə şəhəri, X27 küçəsi, 1Z ünvanında 0,0091 ha istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvm olan fərdi yaşayış evini Cavabdeh2 18.000 manat məbləğində pula satmışdır. Müqaviləni satıcının nümayəndəsi qismində X20 imzalamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavininin 03 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat vəsait ayrılmışdır. Həmin ərazidən 95 fərdi yaşayış evi sökülmüş, həmin evlərin sakinlərinə Gəncə "xxxx" ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində inşa olunmuş fərdi yaşayış evləri verilmişdir. Bu işlər çərçivəsində 2016-cı ildə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşən, X2 mülkiyyətindəki, sənəd üzrə bir otaqlı 33,8 kv.metr ümumi, 26,7 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evi sökülmüş, həmin evin əvəzinə Gəncə "xxxx" ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 400 kv.metr torpaq sahəsinin üzərində 45 kv.metr sahəsi olan iki otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Tamella Əliyeva xx.xx.2017-ci ildə vəfat etdiyi və vərəsəlik haqqında hər hansı sənəd təqdim edilmədiyi üçün yeni tikilən fərdi yaşayış evinə dair sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. AZ-İ seriyalı, 901695 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 yanvar 1973-cü il təvəllüdlü X10 və xx xxxx 1975-ci il təvəllüdlü X11 atası- X21, anası X4r. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması məsələsinə qiymət verərək qeyd edir ki, iddiaçı mərhum T.Əliyevanın qızı və birinci növbə vərəsəsidir. Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-2050/2019 nömrəli qətnaməsinin icrasında dönüş edilmiş və həmin qətnamə əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardad icra olunacağı təqdirdə tərəflər qətnamənin icrasından əvvəlki vəziyyətə qayıdacaq, yəni mübahisə predmeti olan fərdi yaşayış evinə X2 mülkiyyət hüququna dair qeyd bərpa olunacaqdır. Bu halda iddiaçının qanun üzrə vərəsə kimi məhv olmuş daşınmaz əmlakın əvəzinə verilmiş və miras kütləsinə daxil edilməli olan əmlakdan pay almaq hüququ yaranacaqdır. Hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə icrada dönüş edilməsinə maneə yaradır. Buna görə də iddiaçının həmin müqavilənin etibarsızlığını və çıxarışın ləğvini tələb etməkdə hüquqi marağı mövcuddur. İddiaçı cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsini hər hansı hüquqi nəticə yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqd hesab edərək etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində etibarsız əqdlər əhəmiyyətsiz və mübahisə edilən əqdlər olmaqla iki növə bölünür. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alğı-satqı müqaviləsinin mühüm şərti satılan əşyadır. Alğı-satqı müqaviləsi bağlandıqda satıcı öz mülkiyyətində olan əşyanı alıcının mülkiyyətinə vermək barədə öhdəlik götürür. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, X8 mülkiyyətindəki fərdi yaşayış evini 2007-ci ildə alğı-satqı müqaviləsi əsasında almış və ona müvafiq çıxarış verilmişdir. Daha sonra həmin alğı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılmış, birinci instansiya məhkəməsi iddianı təmin etsə də apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən, Cavabdeh1 alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin olunmamışdır. Fərdi yaşayış evi 2016-cı ildə sökülmüşdür. X8 14 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi isə 13 may 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. Həmin tarixdə isə alğı-satqının predmeti olan ev mövcud olmamışdır. Bu da onu göstərir ki, həmin evə dair alğı-satqı müqaviləsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında formal olaraq, görünüş üçün bağlanmışdır. Çünki, alğı-satqı müqaviləsinin mühüm şərti olan satılan əşyanın mövcud olmaması həmin müqavilənin müvafiq hüquqi nəticə (əşyaya mülkiyyət hüququnun alıcıya keçməsi) yaratmaq imkanını aradan qaldırır. Bu da cavabdehlərin alğı-satqı müqaviləsini bağlayarkən ona uyğun hüquqi nəticə yaratmaq niyyəti daşımadıqlarını təsdiq edir. Buna görə də həmin müqavilə uydurma əqd kimi əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mübahisələndirilən alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan o, heç bir hüquqi nəticə yaratmamış, yəni daşınmaz əmlaka mülkiyyət hüququ Cavabdeh2 keçməmişdir. Buna görə də daşınmaz əmlakın dövlət reyestrində Gəncə şəhəri, X27 küçəsi, 1Z ünvanda 0,0091 ha istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvm olan fərdi yaşayış evinin üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Gəncə şəhəri, X27 küçəsi, ev 1Z ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısına dair ünvan 4ə bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Gəncə şəhəri, X27 küçəsi, ev 1Z ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar