Məhkəmə qərarları › İş №2(125)-5684/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5684/2025

03.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5684/2025 03.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il təvəllüdlü anası X4 onkoloji xəstəlik, beyin infaktının nəticələri, sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, spastik himeplepiya, sağ tərəfli himeplepiya səbəbindən tam olaraq hərəkətsiz qalmışdır. Hazırda heç bir hərəkətini anlamır və anlaqlı da deyildir. Onun xəstə olması, həmçinin dövlət və sair qurumlarda onun adından çıxış etmək üçün qəyyumu olması, sənədləşdirmə işlərini aparılması üçün onun üzərində qəyyumun olması ehtiyacı duyulur. Şəxsin xəstə olması və xəstə olması səbəbindən öz hərəkətlərini idarə edə bilməməsi halları ərizəyə əlavə edilmiş tibbi sənədlərdə öz əksini tapır. Anası Gəncə şəhər, Azərbaycan Bayrağı küçəsi 1-ci döngə, mənzil 26-da yaşayır. Sonda Ərizəçi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Ərizəçi və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan XX-ЖГ seriyalı 330731 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X5, anası X3r. İşə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin 28 avqust 2025-ci il tarixli 5-1/2- Q-2229/2025 nömrəli məktubundan görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələləsinə baxılması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin 12 sentyabr 2025-ci il tarixli 5- 1/3-2-336/2025 nömrəli sərəncamından görünür ki, Ərizəçi X1 üzərində patron təyin edilmişdir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci tarixli 739 nömrəli rəyindən görünür ki, xx.xx.1972-cı il tarixdə anadan olmuş X2 «damar mənşəli keçirilmiş beyin infarktı nəticəsində) dərin demensiya (ağıl zəifliyi)» psixi xəstəliyi müəyyən edilir. X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X1 «damar mənşəli keçirilmiş beyin infarktı nəticəsində) dərin demensiya-ağıl zəifliyi» xəstəliyindən əziyyət çəkir. xx.xx.1972-cı il tarixdə anadan olmuş X4 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1972-cı il tarixdə Füzuli rayonunda doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1972-cı il tarixdə Füzuli rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar