Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5714/2023 21.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi Gəncə şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Gəncə Şəhər İcra Hakimiyyətinin maraqlı şəxs Gəncə Şəhər Psixiatriya Xəstəxanasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Gəncə Şəhər İcra Hakimiyyəti maraqlı şəxs Gəncə Şəhər Psixiatriya Xəstəxanasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Gəncə Şəhər İcra Hakimiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, X7 anadangəlmə ağır dərəcəli əqli gerilik xəstəsi olduğu üçün Ermənistan SSR-nin rayon sosial təminat şöbəsi tərəfindən ona xx.xx.1988-ci il tarixində birinci qrup əlillik verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu X18n Gəncə-Daşkəsən regional filialının pensiya alt sistemində olan məlumatlara əsasən, xx.xx.1997-ci tarixindən ona yenidən müddətsiz birinci qrup əlillik dərəcəsi verilmişdir. X2 xx.xx.2010-cu il tarixində, anası X10 isə xx.xx.2023-cü il tarixində vəfat etmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixinədək yoxlama aparılmış və ailə üzvləri barədə məlumat aşkar edilməmişdir. X7 xx.xx.2023-cü il tarixindən hal-hazıradək X3 “Ağır dərəcəli əqli gerilik, daun sindromu” diaqnozu ilə stasionar müalicədədir. O, birinci dərəcəli əlil olaraq sərbəst hərəkət edib, özünü idarə edə bilmədiyi və psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyi üçün ona kənar şəxsin köməyi lazımdır. Məhkəmə iclasında ərizəçi Gəncə şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə Şəhər Psixiatriya Xəstəxanasına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE 01267562 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1971-ci ildə Ermənistan, Tumanyan rayonunda anadan olmuşdur. İ-CL 390856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X4 ata qrafasında X9, ana qrafasında isə X5 qeyd olunmuşdur. AZ-İ 425267 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə ölmüşdür. AZ-İİ 324594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1139/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində xx.xx.2023-cü il tarixinədək yoxlama aparılmış və ailə üzvləri barəsində məlumat aşkar edilməmişdir. Gəncə şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdən hal-hazıradək Gəncə şəhər Psixiatriya xəstəxanasında “Ağır dərəcəli əqli gerilik, daun sindromu” diaqnozu ilə stasionar müalicədədir. Yaxın qohumu Bakıda yaşadığından ayda 1 dəfə yanına gələ bilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18nin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-89567/2023 nömrəli məktubdan görünür ki, X7 xx.xx.1997-ci il tarixdən müddətsiz 1-ci dərəcə əlilliyə görə əmək pensiyası alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X12 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 655 nömrəli rəydən görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X1 ağır dərəcəli əqli gerilik, daun sindromu, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1xəstəliyi ilə əlaqədar öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. Hal hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X7 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5714/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5714/2023
21.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver