Məhkəmə qərarları › İş №2(125)-5751/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5751/2023

04.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5751/2023 04.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5* Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X1* iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı alqı satqı və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1* cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunmasına və miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə (bundan sonra-3 saylı Gəncə ərazi idarəsi) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X19 məxsus olmuş “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1.*6.2*23-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 34.*5.2*23-cü il tarixli, 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianın predmetinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək, mərhum X19 məxsus olmuş “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1.*6.2*23-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 34.*5.2*23-cü il tarixli, 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair ünvan 2 28.*8.2*23-cü il tarixli, 4Ə-355 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması,“Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə və ünvan 4 yerləşən fərdi yaşayış evinə İddiaçı miras payının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə zalında dəqiqləşmə verərək əvvəlki tələblərində bağışlanmış əmlaklardan məcburi pay tələb etdiklərini, hazırda isə qanun üzrə vərəsəlik qaydasında üçdə bir hissədə payların müəyyən olunmasını tələb etdiklərini göstərmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın predmetinin dəyişdirildiyi kimi baxmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 vəsatətinə əsasən Gəncə şəhəri 1 saylı notariat ofisi cavabdeh qismində və X39 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bundan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2* cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi verərək, mərhum atası X19 məxsus olmuş “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1.*6.2*23-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 34.*5.2*23-cü il tarixli, 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (hazırda həmin əmlakın üzərindəki tikililər məhv edildiyinə görə torpaq sahəsi kimi qeydiyyata alınmışdır) dair ünvan 2 28.*8.2*23-cü il tarixli, 4Ə-355 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (hazırda həmin əmlakın üzərindəki tikililər məhv edildiyinə görə torpaq sahəsi kimi qeydiyyata alınmışdır) və ünvan 4 yerləşən fərdi yaşayış evinə onun miras payının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evi, “Kia Sportage”markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobil məhrum atası X18 adına olmuşdur. Atası *4.*6.2*23-cü il tarixində onkoloji xəstəlikdən vəfat etmişdir. X4 isə daha əvvəl, yəni *5.1*.2*11-ci il tarixində vəfat etmişdir. Ailədə 3 övlad olmuşdurlar: o, qardaşı Cavabdeh1 və bacısı X2*. Atası onkoloji xəstəlikdən vəfat etmişdir. Hələ vəfat etməzdən təxminən 6 ay əvvəl onun vəziyyəti xeyli ağırlaşaraq xəstəliyi metastaz vermişdir. 2*11-ci ildə anasının ölümündən 6 ay sonra, iş üzrə Cavabdeh2 ilə qeyri-rəsmi ailə qurmuşdur. Ölümündən bir müddət əvvəl isə bacısı ona, yəni zəng vuraraq şəxsiyyət vəsiqəsinin surətini istəmiş və atasının adına olan əmlaklardan ona 5 % pay veriləcəyini bildirmişdir. Lakin həmin vaxt o, buna etiraz edərək razılaşmamış və bacısına bildirmişdir ki, qanunun tələbinə görə ona daha artıq pay düşür. Sonra özü atasına zəng etmiş, lakin o, cavab verməmişdir. Sonradan öyrənmişdir ki, atası ona ümumiyyətlə əsasən anasının pulu ilə əldə olmuş əmlakdan pay verməmişdir. Atasının ölümünə bir ay qalmış dəfələrlə onunla telefon vasitəsilə əlaqə saxlamaq istəsə də, o xəstəliyindən əziyyət çəkdiyinə görə telefonlara cavab verə bilməmişdir. Digər məsələ ondan ibarətdir ki, ona atasının ölümü barədə məlumatı *4.*6.2*23-də Arzu adlı xalası vermişdir. Və o, təəcüblə ondan soruşmuşdur ki, atasının səhhəti *1.*6.2*23-dən ağır vəziyyətdə olmaqla, can verir və bütün qohumlar bir neçə gündür onun yanındadır, o, niyə orada deyildir. O isə xalasına bildirəndə ki, ona bu barədə məlumat verilməyib, hətta ölüm xəbərini belə, qardaşı və bacısından deyil, ondan, yəni xalasından eşitmişdir, xalası da buna təəcüblənmişdir. Göründüyü kimi, yaxın qohumları tərəfindən hansısa məqsədlərlə atasının durumu ilə bağlı vəziyyət ondan gizlədilmişdir. Eyni zamanda mübahisəli əmlakların qardaşına bağışlanması ilə bağlı məlumatlar da onlar tərəfindən eyniliklə ondan gizlədilmişdir. Halbuki, o, yas mərasimində iştirak edən zaman, qardaşının bu məlumatları bildirməsi üçün imkanı var idi. Ona yalnız bu günlərdə məlum olmuşdur ki, qardaşı Cavabdeh1 mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksini (Xanlar- Aqrotexservis) (ünvan 34 may 2*23- c:i il tarixli 4Ə-95 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən) və ünvan 4 yerləşən fərdi yaşayış evini (ünvan 34 may 2*23-cü tarixli 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən) özünə bağışlatdırmaqla, onu və bacısını qanunla onlara düşən miras payından məhrum etmişdir. Həmin vaxt atasının vəziyyəti xeyli ağır oilmuşdur və həmin vəziyyətdə o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilməzdi. Ona görə də qanunun tələbinə əsasən hesab etmişdir ki, atasının həmin vəziyyətində bu əmlaklar bağışlana bilməzdi. Bağışlama əməliyyatları həyata keçirilməklə onu mirasdan düşəcək paydan məhrum etmişlər. Anası vəfat edən zaman, hazırda mübahisəli olan ev və əmlakdan ona 16,5 faiz qanunun tələbinə görə pay düşmüşdür. Lakin mərhum atasının xahişinə görə o, övladlıq borcumu yerinə yetirərək mirasdan imtina etmiş, daha dəqiq olaraq mirasın açılması üçün ərizə ilə notariusa müraciət etməmişdir. Lakin o, mərhum anasından qalan 16,5 faiz miras payından övladlıq borcunu yerinə yetirərək atasının xeyrinə imtina etdiyi halda, mübahisəli əmlaklar qardaşına bağışlanmaqla o, miras payından məhrum edilmişdir. Bundan başqa “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobil də mərhum atasının adına olmuş və ölümündən cəmi 3 gün əvvəl, yəni *1.*6.2*23-cü il tarixində, hansı ki, həyatının son günlərini yaşamış və huşu özündə olmamışdır, vəfatından sonra Cavabdeh2 kürəkənləri X29 verilmiş etibarnaməyə xitam veriləcəyini bilib, tələm-tələsik avtomobili guya qeyri-rəsmi həyat yoldaşı olan iş üzrə Cavabdeh2 satmış, o isə öz növbəsində yenidən həmin avtomobili kürəkənləri X32 etibar etmişdir. Yəni sözügedən alqı-satqı müqaviləsinin uydurma, yalan əqd olması açıq-aydın göz qabağında olması səbəbindən həmin müqavilə etibarsız hesab olunmalıdır. Eyni zamanda qardaşına bağışlanmış əmlaklar hazırda daşınmaz əmlakın dövlət reyestrində qardaşının adına qeydə alınmışdır. Ona görə də, həmin bağışlanma müqavilələri ləğv olunduqdan sonra, bu əmlaklara dair qardaşının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, mərhum X25 onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə çoxsaylı kimyaterapiyalar almış, ağır xəstə olmuş, ölümündən bir ay əvvəl isə vəziyyəti daha da ağırlaşaraq öz hərəkətlərinin mənasını dərk edə bilməmişdir. Belə olduğu halda mərhumun ölümündən 2 gün öncə, sözügedən “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh2 satması olduqca absurd olmaqla, uydurma əqddir. Konstitusiya Məhkəməsinin Plenum Qərarlarına əsasən bağışlanma müqavilələri etibarsız hesab olunmalı, paylar bərabər bölünməlidir. Həmçinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi və ünvan 4 yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəmə tərəfindən 1*.*8.2*23-cü ildə qərardad qəbul edilmiş və dərhal icra olunması qərara alınmışdır. Ancaq həmin əmlaklar üzərinə həbs qoyulması 3 saylı Gəncə Ərazi İdarəsi tərəndən sistemə gec işləndiyindən, Cavabdeh1 bundan istifadə edərək, 28.*8.2*23-cü il tarixdə ünvan 1 ünvanında yerləşən əmlak kompleksini X3* dəyərindən daha aşağı qiymətə, 5** *** manatdan çox qiymətə satılmasına baxmayaraq, müqavilədə 3** *** manat olaraq rəsmiləşdirilmişdir. X39 vicdanlı alıcı olmamışdır. Çıxarış verilməmiş, sadəcə alqı-satqı olmuşdur. X39 əvvəllər də həmin əmlakı almaq istəmiş, ancaq baha verildiyinə görə alınmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, bağışlanma və alqı satqı müqavilələri etibarsız hesab edilməli, miras əmlak üzərində paylar 1/3 hissədə bərabər şəkildə müəyyən edilməlidir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2* iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evi, “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobil məhrum atası X18 adına olmuşdur. Atası *4.*6.2*23-cü il tarixində onkoloji xəstəlikdən vəfat etmişdir. Son 2 həftə atası yataq xəstəsi olmuş, ona pampers taxılmışdır. Özü Gəncədə yaşayır, atasının yanında ölməmişdən 1 həftə əvvəl olmuşdur, həmin vaxt yoldaşı atasının pamperslərini dəyişmişdir. Atasının vəziyyəti çox ağır olmuş, adamları çətinliklə tanımış, danışa bilməmiş, demək olar ki, yalnız nəfəs almışdır. Onun özü də xərçəng xəstəsidir, atasından fərqli olaraq bu xəstəlik onda daha da ağırlaşıb, digər orqanlara yayılmamışdır. Ximyalar qəbul etdiyi üçün pula ehtiyacı vardır. Qardaşı Oqtay 2 ay onun müalicə xərclərini ödəmiş, onun tərəfini saxlamasını, əməliyyat pulunu da ödəcəyini demişdir. Hazırda isə qardaşı Oqtay onu ölümə tərk etmişdir. 25 *** manat çox azdır, qəbul etmir. Atası qızılları ona vermişdir, onu aldatmışdırlar ki, qızılları lombarda qoyaq sənə pul verəcəyik, ancaq qızıllar da batmışdır. Pul işinə qarışmamış, hər şeyi Oqtayın öhdəliyinə buraxmışdır. Onun kimliyinin kopyası ilə qardaşı Oqtaya bağışlama etmişdirlər. Ata mülkündən öz payını istəyir, 1/3 hissədə payı müəyyən olunmalıdır. *7.11.2*23-cü il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı tərəflərə 25*** manat verməklə barışıq təklif etmiş, ancaq qəbul etməmişdirlər. Mərhum atasının ölənə qədər ağlı yerində olmuşdur. Ölməmişdən 1 ay əvvəl hər gün atası ilə danışmışdır. Atası onu yanına çağırmış və bütün əmlakı ona bağışlayacağını demişdir. O isə Zaqatalada olduğu üçün gələ bilməyəcəyini, ancaq etibarnamə göndərəcəyini demiş və göndərmişdir. Adil ona zəng edib demişdir ki, “atam mənə 5% qoyur. 25%-3*% versin.” O isə Adilə gedib atası ilə danışmağını desə də, Adil getməmişdir. Mərhum atası özü notariusa getmişdir. Atası ona demişdir ki, “sat, mənim borclarımı ödə.” Birinci dəfə satmaq istəmişdir. Köhnə əmlak olmuşdur. 2-ci dəfə satanda isə əmlak üzərində həbs olmamışdır. Notariusda əmlakın yüklülüyünün olmaması ilə bağlı Forma 1 arayışı almış, alqı-satqı etmişdir. Təkcə yas xərclərinə 35*** manat pul ödəmişdir. Bununla yanaşı mərhum atasının borclarından ödəniş etmişdir. Hamısı o puldur. Atası mülkiyyəti ona vermiş, o da ata mülkündən ona veriləni satmışdır. Atası ona demişdir ki, bacısına, yəni Sevincə ev alsın. O isə bacısına, ömür boyu köməklik edəcəyini demişdir. Atası demişdir ki, Sevincə 7** qramlıq brilyant, qızıl vermiş, Sevinc isə it-bat etmişdir. Bundan sonra Sevinci aldatmasınlar deyə, ona kart hesabı verəcəyini demişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 hər iki iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, bağışlama müqavilələri imzalanan vaxt mərhum X25 anlaqlı vəziyyətdə olmuşdur, müqavilələr bağlandığı andan qüvvəyə minir. Notariusda fotoçəkiliş ilə müqavilə bağlanmışdır, fotoçəkilişdən belə görünür ki, mərhum bağışlanma müqaviləsini imzalayarkən sağlamlıq vəziyyəti yaxşı olmuşdur. Mərhumun anlaqsız vəziyyətdə olmasını sübut edən hər hansı ekspert rəyi yoxdur. Sevinc özü də onkoloji xəstədir, bu o demək deyildir ki, sərbəst deyil, rahat danışır. Onkoloji xəstə olub işləyənlər belə vardır. Mərhumun heç bir psixi pozğunluğu olmamışdır, ölənə qədər nərd oynamış, sərbəst danışmışdır. İddiaçının atasının ölümündən belə xəbəri olmamış, onun vəziyyəti ilə maraqlanmamışdır. X39 vicdanlı alıcıdır. Əmlak satılmış, mərhumun borcları ödənilmişdir. İddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 hər iki iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mərhum X25 ilə rəsmi nikahları olmamışdır. Maşını yoldaşı ölməmişdən 2* gün əvvəl bacısının kürəkəni Namazov Turala satmışdır. Daha sonra Turalın pula ehtiyacı olduğu üçün, maşını satmaq istədikdə ərindən xatirə qaldığı üçün, satılmasını istəmədiyi üçün Turaldan 1* *** manata alqı-satqı yolu ilə almış, 4*** manat da əlavə təmirinə pul qoymuşdur. Sevincin əməliyyatına 12*** manat pul vermişdir. Var-dövlət özlərinə qalsın, maşına görə onu məhkəməyə vermişdirlər. Sevinc 2 həftədən bir 1* dəqiqəlik gəlib getmişdir. Yoldaşına özü baxmışdır, İsmayıl onu qolundan tutub ayaqyoluna aparmışdır. Ölümündən 2 həftə əvvəl Sevinc gəlmiş atasını soruşmuş, yatdığını dedikdə isə heç 1* dəqiqə gözləməyib getmişdir. Sevinc qəsəbəsində yaşamışdırlar. Elçin hər gün gəlibgetmişdir. Ölməmişdən 1 gün əvvəl Sevincə zəng edib gəlməsini demiş, Sevinc isə cavabında “Mən planlaşdırmamışam, bazar günü gələcəm. Atam qalmaz ki?” sualını vermişdir. Kişi Xanlarda vəfat etmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər Gəncə şəhər 3 saylı notariat ofisinə və 3 saylı Gəncə ərazi idarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Gəncə şəhər 3 saylı notariat ofisinin və 3 saylı Gəncə ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 izahatında göstərmişdir ki, notariusda ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin alqı-satqısı aparılan zaman həmin əmlak üzərində həbs olmasından xəbəri olmamışdır. Həmin əmlak kompleksini almışdır. «Əgər qadağa var idisə, notarius niyə onun pulunu götürmüş, müqavilə imzalanmışdır?» Onun heç bir günahı olmamışdır. Həbsin mövcudluğu barədə sonradan məlumatı olmuşdur. Alqı satqı müqaviləsi bağlanarkən vicdanlı olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 vəsatəti ilə dinlənilmiş şahidlər: - X23 izahatında göstərmişdir ki, Adil və Oqtay onun əmisi oğludur. Zərəngiz əmisinin 2-ci yoldaşıdır. Sevinc əmisi qızıdır. Münasibətləri normaldır. Əmisi Aydın normal vəziyyətdə, anlaqlı olmuş, sərbəst danışmışdır. O, hər gün, hər gecə əmisinin yanında olmuşdur. Oqtay da gəlmişdir, ancaq əmisi sağlam olanda da, xəstə olanda da Adil heç vaxt gəlməmişdir. Yalnız ölü yuyulan vaxt gəlmişdir. Əmisi Aydın sağ olan vaxt oğlu Adildən şikayət etmək istəmiş, o qoymamışdır. Əmisinin müalicəsi, yas xərci hamısı Oqtaylıq olmuşdur. Oqtay yasdan pul yığmamışdır. Əmisi Aydına qarşı dələduzluq olunduğuna görə borcu olmuşdur. Oqtay da əmlakı satıb əmisi Aydının borcunu ödəmişdir. Borcun məbləğinin nə qədər olduğunu bilmir. Əmisi Aydın özü anlaqlı, savadlı olmuşdur. Notariusa gedib, əmlakları Oqtaya bağışlama etmişdir. O, son 1 ayda hər gün gecə darıxmasın deyə əmisi Aydının yanına getmiş, nərd oynamışdırlar. Ölən günə kimi hər gün yanında olmuşdur. Ölməsini gözləməmişdirlər, vəziyyəti yaxşı olmuşdur. Son 1-2 gündə vəziyyəti dəyişmişdir. Ölməmişdən əvvəl Adillə münasibəti olmamışdır. Öldüyünü belə onlar Adilə xəbər vermişdirlər. Oqtayın bağışlamada iştirak etdiyini bilmir, ancaq bilir ki, Sevincə müəyyən köməklik etməyi vəsiyyət etmişdir. Şəmkirdə hospitala aparmışdırlar, o zaman bilmişdir ki, onun mədəsində xərçəng xəstəliyi vardır. Dişini müalicə etmişdirlər, ondan da əvvəl Oqtayın təşəbbüsü ilə müalicə üçün Bakıya göndərmişdirlər. Müalicə almış, ağır, bahalı ximyalar qəbul etmişdir. Yataq xəstəsi olmamışdır. Ölən gündən bir gün əvvələ kimi ayaq üstə olmuşdur. Ölməyinə 2 gün qalmış, vəziyyəti dəyişmişdir. «Adil gəlib özü cavab verməlidir, görək nə vaxtdan atasıyla danışmır.» İsmayıl ilə qonşudurlar. İsmayıl qonşu kimi Aydının yanında olub, Oqtay bağışlanmada iştirak etməyi İsmayıla etibar etmişdir. X7 izahatında göstərmişdir ki, tərəflərlə qohumluq əlaqələri yoxdur. Zərəngiz arvadının xalasıdır. Digərlərini isə tanımır, salam-sağolu vardır. Aydın müəllimə taksi sürücülüyü etmişdir. Pasyolkadan notariusa da birlikdə getmişdirlər, İsmayıl, Aydın və o. Aydın kişinin Sağlamlığı normal olmuşdur. Gediş-gəlişləri olmuşdur. Ağlı başında idi. Ayaqyoluna gedəndə gicəlməsin deyə qoluna girmişdirlər. Ölümünə 1* gün qalmış Aydın özü onu çağırmışdır ki, notariusa getsinlər. Ata əvəzi qoluna girib, kömək etmişdir. Nə xəstəliyi olduğunu bilmir. Bircə dəfə notariusa aparmışdır. Əlində əsası olmuşdur. Nə səbəbə getdiyini bilməmişdir. İsmayıl da kömək məqsədli, yoldaşdı deyə getmişdir, Aydın notariusa özü girmiş, heç İsmayıl kömək etməmişdir. Dədələri xəstə olanda uşaqlar bir yerə yığışmamışdırlar. Sevinc xanımı orada görməmişdir. Hətta Sevinc atası öləndə demişdir ki, “bazar gününə qalmaz ki, atam?” X6 izahatında göstərmişdir ki, mərhum Aydın bacısının əridir. Adili yas yerində, Oqtayı hər gün, Sevinci xeyirdə-şərdə görmüşdür. Mübahisə olduğunu kişi öləndən sonra bilmişdir. Qonşudurlar. Hər gün getmişdir. Aydın hər gün özü gəzmiş, ayaqyoluna özü getmişdir. Hamı ilə birlikdə gecə 12-yə qədər oturmuşdur. Göygöldə rəhmətə getmişdir. Yası Oqtay keçirmiş, pul yığmamışdır. Yas yerində Oqtay demişdir ki, Aydının borcu var. Hətta ondan da soruşmuşdur ki, “atamın sənə borcu var?” Notariusa Şəhriyarla getmişdir, axşam söz düşəndə İsmayıl demişdir bunu. Nə səbəbə getdiyini bilməmişdir, soruşmamışdır. Maşını etibarnaməylə Turala vermiş, sonra satmışdır. Sevinc yas yerinə hər gün gəlmişdir, ancaq atasının yanına həftədə bir dəfə bazar günü gəlmişdir, iş adamı olduğu üçün. Ona yas yerində demişdirlər ki, Aydının borcu var. Oqtay hamıdan atasının borcu olub-olmadığını soruşmuşdur. İş görmək üçün borc almışdır. Bacısı Zərəngizin sürücülük vəsiqəsi vardır, maşın sürə bilir, ancaq yüksək səviyyədə sürmür. X16 izahatında göstərmişdir ki, Aydın bacanağı, Zərəngiz isə baldızıdır. Aydın müəllimlə münasibətləri yaxşı olmuşdur. Oqtayı tanıyır, gəlib-getmişdir. Sevinc qızıdır. Adili tanımır. Mübahisə olduğunu bilməmişdir. Aydın xəstə olmuş, ancaq gəzmişdir. Oqtay zəng edib, etibarnamə verdi ki, ona etibar edib yaxın kimi. Şəhriyar, Aydın və özü birlikdə stadionun yanındakı notariusa getmişdirlər. Şəkil şəkdilər, qol çəkmişlər. Vəziyyəti pis olmamışdır. Qəsəbədə qardaşı uşaqları ilə nərd oynamış, çay dəmlə demişdir. Maşından özü düşmüş, özü pilləkənləri çıxmışdır. Sonra çay içək demişdir. Şəkər olduğu üçün susayırdı. Göygöldə vəfat etmişdir, halallıq da istəmişdir. Sevinci 1 dəfə görmüşdür. O da çağırmışdır ki, “Papa yemək yoxdu?” Özü yemək isidib Sevincə vermiş, çay vermişdir. Notariusda sənədləri vərəqləmiş, qol çəkmişdirlər. Evi, əmlakı Oqtaya bağışlama etmişdir. Aydın özü də əsəbləşmişdi, Aydın ona zəng edib demişdir ki, “Sevinc deyir əmlakı nə vaxt bölürsən?” O sözə görə Sevinci atası 2 dəfə evdən qovmuşdur. 1 dəfə Adili yasda görmüşdür. Aydın ağlayırdı ki, “oğul məni axtarmır.” Aydının borcu olmuşdur. Keçən il 35*** manat yoldaşından almışdır, X13 da sonradan 65*** manat almışdır. X2 izahatında göstərmişdir ki, Aydın əmisi olmuşdur. Tərəflər əmisi uşaqlarıdır. Həftənin 5-7 günü nərd oynamağa yanına getmişdir. Axır 5 gün oynamamış, sadəcə oturub baxmışdır. Sərbəst hərəkət etmişdir. Öz evində Göygöldə vəfat etmişdir. Gəncədə yaşamışdır, ölümünə bir neçə gün qalmış Göygölə aparmışdırlar. Atası 87, babası isə 9* yaşında ölmüşdür. Hər ikisi də eynəksiz olmuşdur. Əmisi Aydın da sağlam və şüurlu olmuşdur. Sevinci görməmişdir. Saat 9-dan sonra əmisinin yanına getmişdir, gecikən kimi danlamışdır. Ölümündən 1 gün qabaq da onu zəng edib çağırmış, danlamışdır ki, “niyə gec gəldin?” İsmayılı qohumluqla əlaqədar tanımışdır, nərd oynamışdırlar. Yası Oqtay keçirmişdir. Adili anasının vəfatından 11 il sonra, kişi yuyulanda görmüşdür. Mərhum gecə öləndə, Adili görməmişdir, həmin vaxt Adil gəlməmişdir. Aydın sağlığında da Adildən narazı olmuşdur. X8 izahatında göstərmişdir ki, mərhum Cahangirov Aydın dayısıdır. Zərəngiz dayısının yoldaşıdır. Göygöldə qonşu kimi yaxındırlar. Dayısı Aydın iyunun 4-də vəfat etmişdir. Ölənə yaxın Göygöldə olmuşdur. Gediş-gəlişləri olmuşdur. Dayısı onların evinə Göygölə piyada gəlib-getmişdir. Evinə, Göygölə gələnə qədər vəziyyəti yaxşı olmuşdur. Dayısı ölən gün də orada olmuşdur. O, özünü idarə etmiş, qəti şəkildə şüursuz olmamışdır. Eynəksiz loto oynamışdır. Ölümünə 1 həftə qalmış yoldaşı ilə nərd oynamış, o da çay gətirmişdir. Sevinc gəlib-getmişdir, ancaq qulluq etmirdi. X9 izahatında göstərmişdir ki, Zərəngiz bacısıdır. Əvvəl xəstə olmamışdır. Yoldaşı İsmayılla birlikdə Göygölə gedib-gəlmişdir. Xəstə olandan sonra ona baxmışdırlar. Son 2 ay vəziyyəti narahat olmuşdur. Öldüyü dəqiqəsində İsmayıl və Oqtayı çağırıb halallıq istəmişdir. Zərəngiz gecələr açkiylə maşın sürmüş, “yolda nəsə olar, sürmə” demişdir ona. İsmayılla özü baxmışdır Aydına. Sevinc xanım gəlib 5 dəqiqə oturub, öpüb getmişdir ki, “mən iş adamıyam.” Atasına qulluq etməmişdir. Adili yas yerində görmüşdürlər. 3 gün qalmışdır. Elçindən Adilin kim olduğunu soruşmuşdur. Aydınla Adilin münasibətləri soyuq olmuş, ancaq səbəbini bilməmişdir. Maddi vəziyyətləri yaxşı olmuşdur. Adilə sağlığında mağar işi üçün 35*** manat pul vermişdir. X17 ifadəsində göstərmişdir ki, Aydın kişi dayısının dostu olmuşdur. Onu nərd oynamağa çağırmışdır. Son 15 gündə isə oynamamış, oturub baxmışdır. 1 gün əvvəl Zərəngiz ona zəng etmiş, Aydının sulu armud və sok istədiyini demişdir. O isə alıb gətirmiş, ancaq Aydın sulu olmadığını deyib bəyənməmişdir. Sevinclə qonşu olmuşdurlar. Atası xəstə olanda Sevinci görməmişdir. Adili isə Lətifə bibi öləndə, bir də Aydın öləndə görmüşdür. Onlar nərd oynayanda Adil ilə Aydın telefonda danışmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.*7.2*23-cü il tarixli, 516 nömrəli arayışdan görünür ki, xx.xx.1971-ci ildə Göygöl rayonunda anadan olmuş İddiaçı ata qrafasında X25, ana qrafasında isə X5 qeyd olunmuşdur. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.*7.2*23-cü il tarixli, 516/2 nömrəli arayışdan görünür ki, X25 *4.*6.2*23-cü ildə Göygöl rayonunda ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən qeydə alınmış 14.*7.2*23-cü il tarixli, 8İ-1511* qeyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı X15 miras qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul etməsi barədə notariat ofisinə müraciət etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 18.*9.2*23-cü il tarixli, 8İ-211*9 reyestr nömrəli mirasın qəbulu barədə ərizənin surətindən görünür ki, X1 Aydın Qasım oğlundan qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul etməsi barədə notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 31.*7.2*23-cü il tarixli, 3-21-3-33/2-6826/2*23 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (Xanlar-Aqroservis) ünvan 54.*5.2*23-cü il tarixli, 4Ə-95 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, ona 28.*5.2*23-cü il tarixli, 5*8*13**4534- 123*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 3 daylı notariat ofisinin 14.*5.2*23-cü il tarixli, 4Ə- 96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, ona 28.*5.2*23-cü il tarixli, 5*8*13**8*32-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X54 İdarəsi Gəncə RQİTBŞ tərəfindən verilmiş *4.*8.2*23-cü il tarixli, 5/6*/2*23 nömrəli məktubdan görünür ki, “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nişanlı avtomobil *2.*4.2*19-cu il tarixdə X18 adına qeydiyyata alınmış, *1.*6.2*23-cü il tarixdə alqı-satqı yolu ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. *1.*6.2*23-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Kia Sportage” markalı, 9*-HH-7*2 dövlət qeydiyyat nişanlı avtomobil 1* *** manata X25 tərəfindən Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 16.*8.2*23-cü il tarixli, 4/465-724 nömrəli məktubda görünür ki, X25 ilk dəfə Milli Onkologiya Mərkəzinə 3*.*1.2*23-cü il tarixində müraciət etmişdir. Müxtəlif müayinələr aparılmış, “Mədə xərçəngi, Mədəaltı vəzə, çənbər bağırsağa invaziya, Regionar LAP. cT4bN1Mo İV A” diaqnozu qoyulmuş, kimyaterapiya təyin olunmuş, *1.*2.2*23-cü il tarixdən 2*.*2.2*23-cü il tarixdədək kimyaterapiya aparılmışdır. Sonuncu dəfə 27.*4.2*23cü il tarixində müraciət etmiş, daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. Gəncə şəhər 3 saylı notariat ofisində aparılmış 4Ə-95 nömrəli notariat işindən çıxarışdan görünür ki, *4.1*.2*21-ci il tarixli, 5*8*13**4534-123*1 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3698,1 kv.m olan əmlak kompleksi kimi müəssisə və həmin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 3,8*63 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X18 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 14.*5.2*23-cü il tarixli, 4Ə-95 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X25 5*8*13**4534-123*1 reyestr nömrəli, 1521*255554 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3698.1 kv/m olan əmlak kompleksi kimi müəssisəni və həmin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 3,8*63 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Müqavilənin bağlanmasında Cavabdeh1 Zaqatala rayon 2 saylı notariat ofisində 12.*5.2*23-cü il tarixdə verilmiş, 3694 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X33 təmsil etmişdir. 4Ə-96 nömrəli Notariat işində olan 11.*1.2*13-cü il tarixli, 1512*17383 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göygöl şəhəri, H.Əliyev prospekti, 139 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X18 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Həmin işdə olan AZ-18*8746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu ildə doğulmuş Cavabdeh1 ata qrafasında X25, ana qrafasında isə X5 qeyd olunmuşdur. Həmin işdə olan 14.*5.2*23-cü il tarixli, 4Ə-96 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X25 5*8*13**8*32- 1*3*1 reyestr nömrəli, 1512*17383 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus Göygöl şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən ümumi sahəsi 92.6 kv/m olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi *,*6 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Müqavilənin bağlanmasında Cavabdeh1 Zaqatala rayon 2 saylı notariat ofisində 12.*5.2*23-cü il tarixdə verilmiş, 3694 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X33 təmsil etmişdir. 28.*5.2*23-cü il tarixli, 1523*17663 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 92,6 kv/m olan fərdi yaşayış evi və onun yerləşdiyi *,*6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 28.*8.2*23-cü il tarixli, 4Ə-355 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1512*17383 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1 ünvanında yerləşən 3,8*63 ha torpaq sahəsini alıcı X3. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs hər ikisi iddia tələbinin əsasını bağlanmış alqı-satqı və bağışlanma müqaviləsinin etibarsız olması ilə əsaslandıraraq, müqavilə bağlanarkən şəxsin ağır xəstə olması və müqavilənin mahiyyətini dərk etməməsi ilə əlaqələndirmişdirlər. Məhkəmə qeyd edir ki, iddiaçılar müqavilə bağlanarkən şəxsin ağır xəstə olmaqla müqavilənin mahiyyətini dərk etməməsini və iradəsinə zidd olaraq bağlanmasının nə ilə sübuta yetirildiyini əsaslandırmamış və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, məhkəmə iclasında dindirilmiş şahidlər müqavilə bağlanan vaxtlarda şəxsin onkoloji xəstə olmasına baxmayaraq, yataq şəraitində olmadığını və qohumları ilə ünsiyyətdə olaraq özünü tam sərbəst şəkildə idarə etdiyini bildirmişdirlər. Digər tərəfdən bağışlanma müqaviləsindən də müəyyən olur ki, şəxs biləvasitə notariat hərəkətlərinin aparılması zamanı iştirak etmiş, fotoçəkiliş aparılarkən normal vəziyyətdə olmuş, əqd bağlanarkən hər hansı hüquqa zidd hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göründüyü kimi əqdlərin etibarsız hesab edilməsi üçün yuxarıda sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hər iki iddia tələbəi əsassız olduğundan təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia tələbi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar