Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-579/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5318 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFNE440839 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə Ne3) əsasən Cavabdeh illik 17,5% hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280.19 manat, ümumilikdə isə 18362 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18362 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 avqust 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə 09 avqust 2022-ci il tarixə ümumilikdə 1373.81 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5318 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma xx.xx.2022-ci il tarixə 1076.03 manat gecikdirilmiş əsas borc, 204.17 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 93.61 manat dəbbə pulu, ümumilikdə 1373.81 manat borc və ödənilmiş 34.14 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı MMC məhkəməyə ərizə göndərərək,iddia tələbinin həcminin artırılaraq Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5318 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma xx.xx.2022-ci il tarixə 1076.03 manat gecikdirilmiş əsas borc, 204.17 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 93.61 manat dəbbə pulu və inzibati protokola görə ödənilmiş 91.10 manat, ümumilikdə 1464.91 manat borc və ödənilmiş 35.05 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Lizinq şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC lizinq alan Cavabdeh sifariş etdiyi müqaviləyə 1 saylı əlavədə qeyd edilmiş “Khazar SD” markalı ağ rəngli Ban nömrəsi NVAWO1HHFNE440839 olan minik avtomobilini muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, Cavabdehi isə öz növbəsində ilkin olaraq 3000 manat ödəniş etməklə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq illik 17.5 faizlə 12 ay müddətinə 17000 manatı ödəməyi və İddiaçı MMC 17000 manatı ödədikdən sonra avtomobili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil təslim aktından görünür ki, “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAWO1HHFNE440839 olan minik avtomobilini Cavabdeh təhvil almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2022-ci il tarixdən başlayaraq 12 ay müddətində hər ay 1280.19 manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC-nin servisi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktından görübür ki, “Khazar SD” markalı, ağ rəngli, **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təhvil alınmışdır. İş materiallarında olan AE № 128012 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən surətindən görünür ki, “Khazar SD” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFNE440839 ban, 174H0639932 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə lizinq alanın Daxili lizinq müqaviləsi üzrə 1076.03 manat əsas, 204.17 manat hesablanmış faiz borcu, 93.61 manat dəbbə pulu olmaqla, cəmi 1373.81 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34.14 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 4525, 20548, 96465 saylı xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən görünür Elnur Atakişiyev tərəfindən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükısizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə müvafiq olaraq 13.0, 15.0 və 64.0 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 1.31 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsə əsasənİddiaçı MMC lizinq alan Cavabdeh sifariş etdiyi müqaviləyə “Khazar SD” markalı ağ rəngli Ban nömrəsi NVAWO1HHFNE440839 olan, **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində ilkin olaraq 3000 manat ödəniş etməklə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq illik 17.5 faizlə 12 ay müddətinə 17000 manatı ödəməyi və İddiaçı MMC 17000 manatı ödədikdən sonra avtomobili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil təslim aktıilə “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAWO1HHFNE440839 olan, **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh təhvil almışdır. xx.xx.2022-ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2022-ci il tarixdən başlayaraq 12 ay müddətində hər ay 1280.19 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixə lizinq alanın Daxili lizinq müqaviləsi üzrə 1076.03 manat əsas, 204.17 manat hesablanmış faiz borcu, 93.61 manat dəbbə pulu olmaqla, cəmi 1373.81 manat borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehdən Lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdeh həmin borcu ödəməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi vacib hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik lizinq müqaviləsindən yarandığı üçün həmin münasibətlərə lizinq müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1.-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi cavabdeh X2 müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı şirrkət öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin puzulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Məhkəmə iddia tələbinin 93.61 manat dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAWO1HHFNE440839 olan, **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh lizinqə verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə sonuncunun İddiaçı MMC-yə 1076.03 manat əsas, 204.17 manat hesablanmış faiz borcu, 93.61 manat hesablanmış cərimə borcu yaranmışdır. Qeyd edilənlərlə əlaqədar olaraq məhkəmə hesab edir ki, iddia əsas borc və faiz borcu hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı vaxtında borcun qaytarılması ilə bağlı tədbirlər görməmiş və bunun da nəticəsində 93.61 manat məbləğində tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin inzibati protokola görə ödənilmiş 91.10 manat hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia təşkilat cavabdehin törətdiyi inzibati xətaya görə ödənilmiş 91.10 manat pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də, təqdim edilmiş qəbzlərin surətindən görünür ki, inzibati xəta Elnur Atakişiyev tərəfindən törədilmişdir. Həmçinin tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsindən görünür ki, avtomobilin digər şəxsə idarəetməyə verilməsi üçün iddiaçı təşkilat tərəfindən etibarnamə verilməlidir. Lakin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən avtomobilin idarə edilməsi üçün Elnur Atakişiyev adlı şəxsə etibarnamə verməsi bağlı heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsi üzrə 1076.03 manat əsas borc, 204.17 manat hesablanmış faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 1 290,2 manat hissəsi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 35.05 manat dövlət rüsumunun 34.14 manatı Cavabdeh İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 220-220, 233 və 540-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5318 saylı Lizinq müqaviləsi üzrə 1076.03 manat əsas borc, 204.17 manat hesablanmış faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 1 290,2 (bir iki yüz doxsan manat iyirmi qəpik) manat borc və 34.14 (otuz dörd manat on dörd qəpik) manat dövlət rüsumu alınıb İddiaçı MMC-nə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-579/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-579/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver