Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-579/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) – “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı X12 xx.xx.2006-cı ildə anadan olmuşdur. X1 TSEK-nin xx.xx.2024-cü il tarixli qərarı ilə orqanizm funksiyalarının 85 faiz pozulması, “ağır dərəcəli əqli gerilik İQ20, nitq artikulyasiyasının spesifik pozuntusu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə, birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. O, anadan olandan bu günə qədər Gəncə şəhəri X15 qeydiyyatda olmaqla müalicə alır. Belə ki, o, müstəqil olaraq özünü idarə edə bilmir, bu səbəbdən onun daimi köməyə ehtiyacı vardır. O, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. O, əqli inkişafdan geri qalır, nitqi tam inkişaf etməyib və onda ağıl kəmağıllığı vardır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi X5 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün zəruridir. Qeyd edilən səbəblərdən övladı X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 025823 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 arasında nikah 01 oktyabr 2005-ci il tarixdə Gəncə şəhər Nikah Evində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 oktyabr 2005-ci il tarixdə 388 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə: Qarayev, arvada: Qarayeva soyadı verilmişdir. AZ-İ seriyalı, 687942 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 13 iyul 2006-cı il tarixdə doğulmuşdur. Atası: X13, anası: Ərizəçidır. AZ-İİ seriyalı, 219303 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 yanvar 2009-cu il tarixdə doğulmuşdur. Atası: X13, anası: Ərizəçidır. AZ-İİİ seriyalı, 501984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 yanvar 2015-ci il tarixdə doğulmuşdur. Atası: X13, anası: Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 birinci dərəcəli əlildir. Ağır dərəcəli əqli gerilik, İQ20, nitq artikulyasiyasının spesifik pozuntusu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli, 05/09İS/105919-24 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avromatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:
1. əri (arvadı): X13 (xx.xx.1981)
2. oğlu: X12 (xx.xx.2006)
3. qızı: X14 (xx.xx.2009)
4. qızı: X10 (xx.xx.2015) xx.xx.2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 şəhəri, M.Bağırov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs 18 noyabr 2024-cü il tarixli, 5-1/2-Q-19-1405/2024 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, Cəmil Qarayevin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, C.Qarayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6892/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 X11 Şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 X11 Şöbəsinin 23 yanvar 2025-ci il tarixli, 46 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X6 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (TSEK-dən verilmiş şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin kobud qrammatik səhvlərlə olması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, təndiqi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi İQ=28 faiz və s.) sübut edir. xx.xx.2006-cı il təvəllüdlü X12 hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X12 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən, o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X5 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi oğlu olan X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 46 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X12 hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X12 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən, o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Beləliklə, X5 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X12 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək , X12 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X12 Ərizəçi oğludur. Odur ki, Ərizəçi oğlu - X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov